Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6052/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 11003 (on bir min üç) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,01 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 29 avqust 2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. Sazişin Predmeti “Birinci tərəf” və “İkinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6052/2025 saylı iş üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.
2. Tərəflərin Öhdəlikləri 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 11003 (on bir min üç) manat təşkil edir. 2.2. “İkinci tərəf’ borcunun 5000 (beş min) manat hissəsini xx.xx.2025-ci il tarixdə “Birinci tərəf”ə ödədi. 2.3. “İkinci tərəf’ qalıq 6003 (altı min üç) manat borcu 01 sentyabr 2025-ci il tarixindən başlayaraq hər ay 600 (altı yüz) manat olmaqla, 01 iyul 2026-cı il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.4. Sazişə əsasən “İkinci tərəf” ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda “Birinci tərəf” borcunu və dəymiş ziyanı tam şəkildə birdəfəlik qaydada tələb etmək hüququna malikdir. 2.5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.6. Tərəflər bu barışıq saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər.
3. Sazişin hüquqi nəticələri 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. Sazişin Predmeti “Birinci tərəf” və “İkinci tərəf” (bundan sonra birlikdə tərəflər adlanacaq) razılığa gəlirlər ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6052/2025 saylı iş üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər.
2. Tərəflərin Öhdəlikləri 2.1. Tərəflər etiraf və qəbul edirlər ki, “İkinci tərəf”in “Birinci tərəf”ə olan borcu 11003 (on bir min üç) manat təşkil edir. 2.2. “İkinci tərəf’ borcunun 5000 (beş min) manat hissəsini xx.xx.2025-ci il tarixdə “Birinci tərəf”ə ödədi. 2.3. “İkinci tərəf’ qalıq 6003 (altı min üç) manat borcu 01 sentyabr 2025-ci il tarixindən başlayaraq hər ay 600 (altı yüz) manat olmaqla, 01 iyul 2026-cı il tarixədək tam şəkildə ödəməyi öhdəsinə götürür. 2.4. Sazişə əsasən “İkinci tərəf” ardıcıl olaraq 2 (iki) ay müddətində öhdəlik üzrə ödəniş etmədiyi halda “Birinci tərəf” borcunu və dəymiş ziyanı tam şəkildə birdəfəlik qaydada tələb etmək hüququna malikdir. 2.5. Məhkəmə araşdırması zamanı tərəflərin çəkdiyi digər real xərclər tərəflərin özünə aid ediləcək. 2.6. Tərəflər bu barışıq saziş üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir-birinin əleyhinə istifadə etməyəcəklər.
3. Sazişin hüquqi nəticələri 3.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu saziş imzalandıqdan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, bu sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər. 3.2. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. 3.3. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, bir nüsxəsi məhkəmədə qalmaqla, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. 3.4. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur, onlara öz hüquq məsləhətçiləri tərəfindən izahlar verilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova