Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6060/2021 08.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X3, Kreditor Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı kreditorlar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizlik Mallar üzrə Baş gömrük İdarəsi olmaqla “müflis elan olunma” barədə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı kreditorlar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizlik Mallar üzrə Baş gömrük İdarəsi olmaqla “müflis elan olunma barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli, Yeni massiv (Məhəmmədi) ev 09, mənzil 01 ünvanında yerləşən "xxxx" MMCnin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 07.12.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə vəsatət ilə müraciət edərək, işin aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında kreditor Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi vəsatətin təmin edilməməsini və işin Bakı Kommersiya Məhkəməsində baxılmasını məhkəmədən xahiş etdi. Digər kreditor Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizlik Mallar üzrə Baş gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumatlandırılmasına baxmayarq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, vəsatəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, vəsatət təmin edilməli və iş ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X1rumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən, müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə tələb İddiaçı müflis elan olunması tələbidir. "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2an Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Abşeron rayonu- Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəyə borclu hüquqi şəxsin hüquqi ünvanı üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı kreditorlar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizlik Mallar üzrə Baş gömrük İdarəsi olmaqla “müflis elan olunma” barədə ərizəyə dair e-2-2(113)-6060/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6060/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6060/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver