Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6065/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 dekabr 2021-ci il tarixli, Az 17/12-21 saylı alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş 35400 (otuz beş min dörd yüz) manat borc və 196,2 (yüz doxsan altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 35596,2 (otuz beş min beş yüz doxsan altı manat iyirmi qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 17 dekabr 2021-ci il tarixli, Az 17/12-21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin tələblərinə əsasən satıcı İddiaçı MMC malların dəyəri müqabilində alıcı Cavabdeh MMC-yə onun sifarişi əsasında malları təqdim etməyi, alıcı isə bunun müqabilində satıcıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, müddətdə və qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklər tam və keyfiyyətli yerinə yetirilsə də, alıcı öz öhdəliklərini yerinə yetirməmiş, nəticədə xx.xx.2023-cü il tarixli, EBDD 334022 e-qaimə əsasında 35400 (otuz beş min dörd yüz) manat borc yaranmışdır. xx.xx.2023-cü il tarixli, 13/04-23 saylı təhvil-təslim aktı ilə müəyyən olunur ki, “X1 LTD” MMC-nin direktoru və Cavabdeh MMC-nin direktoru akt tərtib edərək, bağladıqları xx.xx.2021-ci il tarixli, Az 17/12-21 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavə Razılaşmaya əsasən məhsulların satıcı tərəfindən alıcıya təhvil verilməsini, alıcının öz növbəsində təqdim edilmiş materialı icraçıdan təhvil almasını imzaları ilə təsdiqləmişlər. Nəzərə çatdırılır ki, yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739, 742-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, Az-17/12-21 nömrəli alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma Protokollarında göstərilən malların sifarişçiyə satır və sifarişçi öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən bu müqaviləyə görə mallar üçün ödəniləcək məbləğ müqavilənin ayrılmaz hissəsi olan müqavilə əlavəsində müəyyən ediləcək. Alıcı tərəfindən həmin məbləğ satıcıya müqavilə imzalandıqdan sonra 5 (beş) gün müddətinə ümumi məbləğin 50%-i (əlli faizi) ödəniləcək, qalan 50%-i (əlli faizi) mal təqdim olunandan sonra 5 (beş) iş günü müddətinə ödəniləcəkdir. Alıcı tərəfindən satıcıya 5 (beş) gün ərzində ödəniləcəkdir.
8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Az-17/12-21 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər: 2 ədəd tək tirli 5 tonluq kran 91480+43520=135000 + 24300 ƏDV məbləği=159300 manat. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Tərəflər arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 13/04-23 nömrəli təhviltəslim aktında qeyd edilmişdir ki, “X2 LTD 1” MMC-nin direktoru Qanuni nümayəndə2 və Cavabdeh MMC Qanuni nümayəndə1 bu aktı tərtib etdilər ki, xx.xx.2021-ci il tarixli Az- 17/12-21 saylı alqı-satqı müqaviləsinə Əlavə Razılaşma № 1 əsasən aktda göstərilən məhsul (2 ədəd tək tirli 5 tonluq kran) satıcı tərəfindən alıcıya təhvil verildi, alıcı öz növbəsində təqdim edilmiş materialı icraçıdan təhvil aldı. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2021-ci il tarixli, EBBP seriyalı, 013479 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 70800 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 854356 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23600 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 401672 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17700 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 206006 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11800 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 334022 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 35400 manat (ƏDV daxil) təşkil edir.
15. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, **********/333405888 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin AZ31AİİB400400C**********229 nömrəli hesabına 60000 manat məbləğində ödəniş edilmişdir.
16. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********/512266233 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin AZ31AİİB400400C**********229 nömrəli hesabına 20000 manat məbləğində ödəniş edilmişdir.
17. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, **********/528982920 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin AZ31AİİB400400C**********229 nömrəli hesabına 15000 manat məbləğində ödəniş edilmişdir.
18. "xxxx" ASC tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/566823142 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin AZ31AİİB400400C**********229 nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir.
19. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********620048 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 1800 manat məbləğində ödəniş edilmişdir.
20. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********164935 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 2700 manat məbləğində ödəniş edilmişdir.
21. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********961783 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 3600 manat məbləğində ödəniş edilmişdir.
22. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********399163 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) hesabına 10800 manat məbləğində ödəniş edilmişdir.
23. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, Az-06/23 nömrəli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
26. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alqısatqı müqaviləsinə görə əşyanı alıcının mülkiyyətinə versə də, əşyanı qəbul edən cavabdeh əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək öhdəliyini tam icra etməmiş, əşyanın dəyərinin bir qismi əvvəlcədən ödənilmiş, mal təhvil verilmiş, lakin əşyanın dəyərinin digər qismi ödənilməmiş qalmışdır.
27. İddia tələbini cavabdehdən 17 dekabr 2021-ci il tarixli, Az 17/12-21 saylı alqısatqı müqaviləsi üzrə 35400 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
28. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehə göndərilən yuxarıda qeyd olunan elektron qaimələr üzrə ödənişlər edilsə də, axırıncı 1 qaimə üzrə (xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 334022 nömrəli elektron qaimə, ƏDV daxil məbləğ 35400 manat) ödəniş həyata keçirilməmişdir. Həmçinin tədqiq olunan sübutlardan göründüyü kimi, təhvil verilən 2 ədəd kranın dəyəri olan 135000 manat (ƏDV daxil 159300 manat) məbləğdən ƏDV daxil ümumilikdə 123900 manat ödənilmiş (müvafiq sənədlər təqdim edilmişdir), 35400 manatı isə ödənilməmiş qalmışdır. (159300-123900=35400).
29. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 35400 (otuz beş min dörd yüz) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Eləcə də, iddiaçı 196,20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 196,20 manat (yüz doxsan altı manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 35400 (otuz beş min dörd yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 196,20 manat (yüz doxsan altı manat iyirmi qəpik) olmaqla, cəmi 35596,20 manat (otuz beş min beş yüz doxsan altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova