Məhkəmə qərarları › İş №e-2-2(113)-607/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-607/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-607/2021 17.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2 İnşaat,İxracat, Sənaye və Ticarət Şirkəti” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC Cavabdeh MMC-qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdeh distributer firma"Cavabdeh"MMC-dən xx xxx 2018-cı il tarixli distributerlik müqaviləsi üzrə 23.812,50 (iyirmi üç min səkkiz yüz on on iki) ABŞ dolları (əlli sent) miqdarında pul məbləğinin, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsiilə hesablanmış 2381,20 (ikimin üç yüz səksən bir) ABŞ dolları (iyirmi sent) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Tibbi ləvazimatlar İnşaat, İxracat, Sənaye və Ticarət Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət verərək bildirmişdir ki, müqavilənin 12-ci maddəsinə əsasən tərəflər arasında yaranan mübahisələrin həllində Sakarya məhkəmələrinin səlahiyyətli olması razılaşdırıldığından iddia ərizəsi verilərkən iddiaçı tərəfindən aidiyyət qaydalarının pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi etiraz edərək cavabdeh hüquqi şəxsin qeydə alındığı ərazi üzrə iddia ərizəsinin verilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. İş materiallarında olan “X2 İnşaat,İxracat, Sənaye və Ticarət Şirkəti” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-cı il tarixli distributerlik müqaviləsinin tərcümə edilmiş surətindən görünür ki, müqavilənin 12-ci bəndinə əsasən müqaviənin icra edilməsi zamanı meydana gələcək istənilən mübahisələrin həllində Sakarya məhkəmələrinin səlahiyyətli olması nəzərəd tutulmuşdur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı “X2 İnşaat,İxracat, Sənaye və Ticarət Şirkəti” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilmədiyindən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPMnin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X2 İnşaat,İxracat, Sənaye və Ticarət Şirkəti” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar