Məhkəmə qərarları › İş №e-2-2(113)-607/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-607/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-607/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi və iddianın artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30.04.2019-cu il tarixli 705-GL/19 nömrəli müqavilə üzrə 13939 manat gecikdirilmiş əsas borc, hesablanmış 4691,48 manat cərimə borcunun, habelə 100 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 19080,48 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 30.04.2019-cu il tarixli 705-GL/19 nömrəli müqaviləyə əsasən lizinq alan satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə lizinq obyektləri götürsə də, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə 13939 manat gecikdirilmiş əsas borc və hesablanmış 4691,48 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin nümayəndəsi X2 tələbi müdafiə edərək izahatında iddianın təmin edilməsini barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 30.04.2019-cu il tarixli 705-GL/19 nömrəli müqavilədən görünür ki, lizing alan Cavabdeh kombayn, traktor və kotan mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. 4.2ci bəndinə əsasən Lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə hesablanır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 14.02.2022ci il tarixə 13939 manat gecikdirilmiş əsas borc və hesablanmış 4691,48 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 465.2, 467-ci və 747.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinq obyektlərinə görə tam həcmdə ödənişləri etmədiyinə görə öhdəlikləri yerinə yetirməmiş və nəticədə 14.02.2022-ci il tarixə 13939 manat gecikdirilmiş əsas borc və hesablanmış 4691,48 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 13939 manat məbləğində əsas borc, 100 manat mediasiya xərci və hüquqi xidmətə görə ödənilmiş 350 manat məbləğində vəsaitin tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının müqavilənin 4.2-ci bəndinə əsasən 4691,48 manat cərimə tələbi ilə bağlı məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesab edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 461 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 30.04.2019-cu il tarixli 705-GL/19 nömrəli müqavilə üzrə 14.02.2022-ci il tarixə yaranmış 13939 manat gecikdirilmiş əsas borc, 461 manat cərimə, 100 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat cəmi 14850 manat məbləğində pul cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.04.2019-cu il tarixli 705-GL/19 nömrəli müqavilə üzrə 14.02.2022-ci il tarixə yaranmış 13939 manat gecikdirilmiş əsas borc, 461 manat cərimə, 100 manat mediasiya xərci və hüquqi yardıma görə ödənilmiş 350 manat cəmi 14850 manat məbləğində pul cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar