Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6078/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Baxşalıyev Cavid Şərif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 79 234,81 (yetmiş doqquz min iki yüz otuz dörd manat, səksən bir qəpik) manat məbləğində əsas borcun, 2 641, 16 (iki min altı yüz qırx bir manat on altı qəpik) manat məbləğində faiz borcunun və 4754 (dörd min yeddi yüz əlli dörd manat) manat əldən çıxmış fayda məbləğini, yekun olaraq 86 629,97 (səksən altı min altı yüz iyirmi doqquz manat, doxsan yeddi qəpik) manat məbləği və ödənilmiş olan 351 (üç yüz əlli bir) manat rüsumunun, hüquqi yardıma görə ödənilmiş 2 000 (iki min) manatın və vəkilə order üçün ödənilmiş 320 (üç yüz iyirmi) manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər Məhkəməyə tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. Tərəflər razılığa gəlirlər ki, 5122/015 saylı xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan əsas borcu 53317.88 AZN (əlli üç min üç yüz on yeddi manat səksən səkkiz qəpik), ƏDV borcu 5916.93AZN (beş min doqquz yüz on altı manat doxsan üç qəpik) olmaqla cəmi 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat) təşkil edir.
2. 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat) borcdan 50 %-i, yəni 26658.94 AZN (iyirmi altı min altı yüz əlli səkkiz manat doxsan dörd qəpik) əsas borc, 2958.46 AZN (iki min doqquz yüz əlli səkkiz manat qırx altı qəpik) ƏDV borcu xx.xx.2024-cü il tarixə kimi cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir. Qalan məbləğ isə, yəni 26658.94 AZN (iyirmi altı min altı yüz əlli səkkiz manat doxsan dörd qəpik) əsas borc, 2958.46 AZN (iki min doqquz yüz əlli səkkiz manat qırx altı qəpik) ƏDV borcu xx.xx.2024-cü il tarixə kimi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılacaq.
3. Barışıq sazişinin 1.2-ci bəndində nəzərdə tutulan ödənişlər həmin bəndin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən tam və vaxtında yerinə yetirilməzsə "xxxx" MMC, "AZSELL” MMC-yə ƏDV ilə birlikdə 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat), 2 641,16 AZN (iki min altı yüz qırx bir manat on altı qəpik) faiz borcu, 4754 AZN (dörd min yeddi yüz əlli dörd manat) əldən çıxmış fayda məbləği, 351 AZN (üç yaz əlli bir manat) dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 2000 AZN (iki min) manat, vəkil üçün ödənilmiş 320 AZN (üç yüz iyirmi manat) ödəyəcəkdir.
4. Bunun müqabilində, İddiaçı Cavabdehə qarşı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
5. Tərəflər bu barışıq sazişi üzrə öhdəliklər tam olaraq icra edildikdən sonra bir-birilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını öhdələrinə götürürlər;
6. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozması nəticəsində digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir;
7. Hazırkı Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Tərəflər razılığa gəlirlər ki, 5122/015 saylı xx.xx.2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə olan əsas borcu 53317.88 AZN (əlli üç min üç yüz on yeddi manat səksən səkkiz qəpik), ƏDV borcu 5916.93AZN (beş min doqquz yüz on altı manat doxsan üç qəpik) olmaqla cəmi 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat) təşkil edir.
2. 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat) borcdan 50 %-i, yəni 26658.94 AZN (iyirmi altı min altı yüz əlli səkkiz manat doxsan dörd qəpik) əsas borc, 2958.46 AZN (iki min doqquz yüz əlli səkkiz manat qırx altı qəpik) ƏDV borcu xx.xx.2024-cü il tarixə kimi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödəniləcəkdir. Qalan məbləğ isə, yəni 26658.94 AZN (iyirmi altı min altı yüz əlli səkkiz manat doxsan dörd qəpik) əsas borc, 2958.46 AZN (iki min doqquz yüz əlli səkkiz manat qırx altı qəpik) ƏDV borcu xx.xx.2024 -cü il tarixə kimi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılacaq.
3. Barışıq sazişinin 1.2-ci bəndində nəzərdə tutulan ödənişlər həmin bəndin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən tam və vaxtında yerinə yetirilməzsə "xxxx" MMC, "AZSELL” MMC-yə ƏDV ilə birlikdə 59234 AZN (əlli doqquz min iki yüz otuz dörd manat), 2 641,16 AZN (iki min altı yüz qırx bir manat on altı qəpik) faiz borcu, 4754 AZN (dörd min yeddi yüz əlli dörd manat) əldən çıxmış fayda məbləği, 351 AZN (üç yaz əlli bir manat) dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 2000 AZN (iki min) manat, vəkil üçün ödənilmiş 320 AZN (üç yüz iyirmi manat) ödəyəcəkdir.
4. Bunun müqabilində, İddiaçı Cavabdehə qarşı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
5. Tərəflər bu barışıq sazişi üzrə öhdəliklər tam olaraq icra edildikdən sonra bir-birilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını öhdələrinə götürürlər.
6. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozması nəticəsində digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir.
7. Hazırkı Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova