Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-61/2022 12.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMMC) Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (MTK) və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ünvan 1 ünvanda 16 mərtəbəli (+mansard), 8 girişli yaşayış binasının tikintisinin birinci növbəsi olan və iddiaçının sahə mülkiyyətçilərinin istifadəsinə verilmiş 3 və 5-ci girişlərindəki maneələrin aradan qaldırılması cavabdehin şəxsi vəsaiti hesabına Cavabdeh2 şəxsi vəsaiti hesabına 16 mərtəbəli binanın 3-cü girişin zirzəmisində inşa edilmiş hamam(sauna), 5-ci girişinin qarşısında hamama(saunaya) xidmət göstərən qazanxananın sökülərək sərbəst giriş-çıxışın təmin edilməsi, Cavabdeh1Mənzil-Tikinti Kooperativinin şəxsi vəsaiti hesabına binanın 5-ci girişində qanunsuz inşa edilmiş və girişi bağlanmış qeyri-yaşayış sahəsinin sökülərək sərbəst giriş-çıxışın bərpa edilməsi, 3-cü və 5-ci girişinin sərhədlərini müəyyən edən hasarın inşa edilməsi, istismara qəbul edilmiş 3, 4 və 5-ci girişlərinə xidmət göstərməli olan yanğın çıxısının şəhərsalma normalarına uyğun olaraq bərpa edilməsi, sakinlərinin həm binananın həm də parklanma ərazisinə sərbəst giriş-çıxışının mənzil tikinti normalarının tələblərinə uyğun olaraq ilkin vəziyyətdə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-61/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-61/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver