Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6105/2025 09.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2023-cü il tarixli, 001/23 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq əsas borc üzrə 1585 manat, ƏDV üzrə isə 285,30 manat olmaqla, ümumilikdə 1870,30 manat məbləğində (min səkkiz yüz yetmiş manat otuz qəpik) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayının 13-də İddiaçı ilə Cavabdeh MMC arasında 001/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, bu müqavilənin predmeti Satıcının mallarla/avadanlıqlarla təmin etməkdən ibarət olmuşdur. Müqaviləyə əsasən Satıcı malları və ya avadanlıqları 03 (üç) iş günü ərzində alıcının ünvanına çatdırmalı, malların və ya avadanlıqların tam və saz, yeni yararlı halda çatdırmalı, alıcı isə malları və ya avadanlıqları təyinat məntəqəsində çatdırıldıqdan dərhal sonra tamlığını yoxlamalı, əgər malların qəbulu zamanı qiymətləndirmə və dəyərləndirilməsi protokolunda(əlavədə) göstərilən qiymətdən fərqli element və müəyən olunan müddətdə dəyərini ödəməlidir. Qeyd edim ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 168670 nömrəli elektron qaimə-fakturaya əsasən əsas borc üzrə 576,27 manat, ƏDV üzrə isə 103,73 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 134023 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 144,07 manat, ƏDV üzrə isə 25,93 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 225579 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 288,13 manat, ƏDV üzrə isə 51,86 manat, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 972687 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 576,27 manat, ƏDV üzrə isə 103,73 manat, xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 870299 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 288,13 manat, ƏDV üzrə isə 51,86 manat, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 816941 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 576,27 manat, ƏDV üzrə isə 103,73 manat, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 472252 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 576,27 manat, ƏDV üzrə isə 103,73 manat, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 954911 nömrəli ektron qaimə-fakturaya əsasən əsas borc üzrə 762,72 manat, ƏDV üzrə isə 137,29 manat olmaqla, ümumilikdə 10688,68 manat dəyərində mallar alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən İddiaçı satıcı kimi üzərinə düşən öhdəlikləri icra etsə də, Cavabdeh MMC alıcı kimi Müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımınca və tam icra etməmiş, ödəməli olduğu məbləği tam şəkildə ödəməmişdir. Belə ki, hal-hazırda Cavabdeh MMC-nin İddiaçınə müqavilə öhdəlikləri üzrə əsas borc üzrə 1585 manat, ƏDV üzrə isə 285,30 manat olmaqla, ümumilikdə 1870,30 manat məbləğində borcu vardır. Belə ki, tərəflər arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli, 001/23 nömrəli alqı-satqı müqaviləsinin 4-cü maddəsində qeyd olunur ki, hər iki tərəf qiymətlərin əsasən malların müqayisəli qiymət və hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərildiyi şəkildə razılaşmış və imzalamışdır. Ödəniş vasitəsi manatdır. Ödəniş köçürmə yolu ilə Satıcının hesabına köçürülür. Hər iki tərəf müqaviləni imzaladıqdan sonra, Satıcının hesabına qiymətlərin razılaşdırılması protokolunda göstərilən məbləğ 03 (üç) ay ərzində köçürülməlidir. Qeyd olunan müqavilənin 8-ci maddəsinə əsasən bu müqavilə üzrə meydana çıxa biləcək bütün mübahisə və narazılıqlar tərəflər arasında danışıqlar vasitəsilə həll olunur. Mübahisələrin bu yolla həlli mümkün olmadıqda onlar müvafiq məhkəmələrə müraciət edə bilərlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək əlavə olaraq bildirir ki, cavabdeh tərəf keçən həftə iddia tələbi üzrə ödəniş olunacağını bildirsə də, bugünə qədər ödəniş olunmamışdır. Ona görə də iddianın tam təmin olunmasını məhkəmədən xahiş edir. Hər qaimə üzrə hissə-hissə ödəniş olunmuşdur. Cavabdeh tərəfin hesabında problem olduğuna görə ödənişlər nağd formada həyata keçirilmişdir. 8 qaimənin təsdiqinə dair sistemdən çıxarış təqdim olunub. Təsdiq olunmayan qaimə mövcud deyil.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti Satıcının mallarla/avadanlıqlarla təmin etməkdən ibarətdir. Satıcı alıcının fəaliyyətim aşağıdakı meyarlar üzrə dəyərləndirir: a) ödəniş şərtlərinə riayət etmək, b) Sifarişlərin vaxtında verilməsi, c) Malın vaxtında boşaldılması və s.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı:
10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən malları və ya avadanlıqları 3(üç) iş günü ərzində Alıcınin ünvanına çatdırmalı;
11. Müqavilənin 2.1.2-ci bəndinə əsasən malları və ya avadanlıqları tam və saz. yəni yararlı halda çatdırmalı.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı;
13. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mallar və ya avadanlıqlar təyinat məntəqəsinə çatdırıldıqda malların tamlığını yoxlamalı;
14. Müqavilənin 2.2.2-ci bəndinə əsasən müqavilənin aynimaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda (əlavədə) göstərilən malları qəbul etməli ve müəyyən olunan müddətdə deyərini ödəməli.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar və ya avadanlıqlar keyfiyyət və dəst baxımından müvafiq şərtlərə uyğun olmalıdır;
16. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqav$əyə əsasən matların dəyəri müqavilənin ayrılmaz protokoluna (1 saytı Əlavə: müvafiq surətdə müəyyən olunur.
17. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş vasitəsi manatdır, ödəniş köçürmə yolu ilə Satıcının hesabına köçürülür.
18. Müqavilənin 4.3-cü bəndinə əsasən hər iki tərəf müqavdən imzaladıqdan sonra. Satıcının protokolunda gostəniən məbləğ 3(üç) ay ərzində köçürməlidir.
19. Müqavilənin 5.1-ci bəndinə əsasən Malların çatdırlması 3(üç) iş günu ərzində həyata keçiriləcəkdir.
20. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcının səlahiyyətli nümayəndəsi məhsulu qəbul etdikdən sonra malların tam siyahısının əks olunduğu qaimələri imzalamalıdır. Satıcı məhsulu alıcının səlahiyyətli nümayəndəsinə təhvil verdikdən sonra məhsulun itməsi, zədələnməsi, tam və ya qismən məhv olmasına görə məsuliyyət daşımır.
21. Müqavilənin 6.1-ci bəndinə əsasən çatdırılmış malların nasazlığına görə Satıcı məsuliyyət daşıyır;
22. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin razılığına əsasən. xx.xx.2023-cü ıl tarixində müddotslz bağlanmışdır. Tərəflərdən birinin təşəbbüsü ilə 30 gün əvvəl qabaqcadan yazılı bildiriş verməklə müqaviləyə xitam verilə bilər.
23. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə malların satışına dair xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 168670 nömrəli - 680 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 134023 nömrəli - 170 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 225579 nömrəli 340 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 972687 nömrəli 680 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDU seriyalı, 870299 nömrəl 340 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 816941 nömrəli 680 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 472252 nömrəli 680 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 954911 nömrəli 900 manat məbləğində e-qaimələr göndərilmişdir. E-qaimələrin bəziləri cavabdeh şirkət tərəfindən, bəziləri sistem tərəfindən təsdiq edilmişdir.
24. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
29. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
32. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
33. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
35. Göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixli, 001/23 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən malları və ya avadanlıqları 3(üç) iş günü ərzində Alıcınin ünvanına çatdırmasini, Müqavilənin 2.2.2-ci bəndinə əsasən Alıcı müqavilənin aynimaz hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları qəbul etməli ve müəyyən olunan müddətdə deyərini ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 1870,30 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin EMİS-də e-kabineti mövcüd olmasına baxmayaraq heç bir məhkəmə iclasında iştirak etməmiş, nə də ki, iddiaya dair yazılı etirazı da məhkəməyə təqdim etməmişdir.
36. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təsdiq edilmiş e-qaimələr və iddiaçının bildirdiyi kimi nağd qaydada qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 1870,30 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 1870,30 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən 1870,30 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 39 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1870,30 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 39 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova