Məhkəmə qərarları › İş №e-2-2(113)-611/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-611/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-611/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri x1 üzrə Baş İdərəsinin Cavabdeh qarşı siyahya alınmış məhsulların müsadirə edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Vergilər Nazirliyinin Bakı şəhəri x1 üzrə Baş İdərəsi Cavabdeh (VÖEN: **********) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncuya məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatlarının və alış dəyəri 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri x1 üzrə Baş İdərəsinin 14 noyabr 2019-cu il tarixli **********0659 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən Bakı şəhəri, Yasamal rayonu, x3 küçəsi 22 ünvanda yerləşən, fiziki şəxs Cavabdeh məxsus mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatları və Ədliyyə Nazirliyinin Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi olan fiziki şəxs Cavabdeh barəsində "Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dari” 11 dekabr 2019-cu il tarixli akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar "Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” 11 dekabr 2019-cu il tarixli protokol tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan: - "Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dari” 11 dekabr 2019-cu il tarixli,VN000278 №-li aktdan görünür ki, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatları və 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkar edilmişdir. - 11 dekabr 2019-cu il tarixli "Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” VN 000278 №-li protokoldan görünür ki, aşkar edilən aksiz markaları ilə markalanmamış alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatları və 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki vergi ödəyicisindən götürülmüşdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. - 89.14-cü maddəsinə görə siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Cavabdeh məxsus obyektdə operativ nəzarət tədbiri həyata keçirilərkən aksiz markası ilə markalanmalı olan markalanmamış alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatları və 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkar edilərək götürülmüşdür. Həmin malların aşkar edilməsi, siyahıya alınması və götürülməsi zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedur qaydalarına əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 85 manat olan 38 qutu tütün məmulatları və 318 manat dəyərində 22 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, onların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar