Məhkəmə qərarları › İş №e-2-2(113)-611/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-611/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-611/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 2984,66 manat xidmət haqqı borcu və 8910 manat xidmət haqqı ödənişini gecikdirməyə görə cərimə məbələği, cəmi 11894,66 manat xidmət haqqı borcunun, 110 manat hüquqi yardıma görə ödəniş və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 2984,66 manat xidmət haqqı borcu və 8910 manat xidmət haqqı ödənişini gecikdirməyə görə cərimə məbələği, cəmi 11894,66 manat xidmət haqqı borcunun, 110 manat hüquqi yardıma görə ödəniş və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 23 oktyabr 2019-cu il tarixli CC********** saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi İcraçı tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirilir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir. Lakin Müqvilənin qeyd olunan bəndinin tələbləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 10 dekabr 2019-cu il tarixli TC 875\19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün Cavabdehə verilmiş invoys üzrə 2984,66 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 5.2-ci maddəsinə görə Cəmiyyət Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödəmədiyinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3%məbləğində cərimə hesablanır. Yəni təqdim edilmiş 10 dekabr 2019-cu il tarixli TC 875\19 saylı invoys üzrə xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 2984,66 x 0,3% =9,0 manat x 990 günə (2 il 8 ay 20 gün) = 8910 manat məbləğində xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi ödənilməlidir. Nəticədə, Şirkətə 11894,66 manat məbləğində ziyan vurulmuşdur. Bundan 2984,66 manat xidmət haqqı borcu və 8910 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizidir. Bundan başqa, mübahisənin məhkəmədənkənar həlli ilə bağlı Mediasiyaya müraciət edilmiş, cavabdeh “mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mediasiyanın keçirilməsi ilə bağlı iddiaçı tərəfindən Mediasiya təşkilatının hesabına 200 manat mediasiya xərci, 110 manat hüquqi yardım üçün vəkilə ödənilmişdir. İddiaçı tərəfindən 23 oktyabr 2019-cu il tarixli, CC********** saylı müddətsiz Xidmət Müqaviləsinin şərtlərinə əməl edilmiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, iddiaçının göstərdiyi xidmətin 11894,66 manat haqqını vaxtında ödəməmiş, nəticədə cavabdeh tərəfindən iddiaçıya 11894,66 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona görə də həmin 11894,66 manat, 110 manat hüquqi yardımla bağlı ödəniş və 200 manat mediasiya xərci məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli CC********** saylı müqavilədən görünür ki, iddiaçı cavabdehə Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması, Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması, sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətləri (gömrük rəsmləşdlrllməsi və s.) və digər hava nəqliyyatı əməliyyatları xidmətləri təqdim etməyi, cavabdeh isə müqavilənin 4-cü maddəsində qeyd olunmuş müddət ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli İİ seriyalı 701899 nömrəli elektron vergi hesab fakturasından və xx.xx.2019-cu il tarixli EBAD seriyalı 610572 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 2984,66 manat dəyərində xidmət göstərilməsinə dair cavabdehə elektron qaimə təqdim edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 23 oktyabr 2019-cu il tarixli CC********** saylı müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması, Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması, sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətləri (gömrük rəsmləşdlrllməsi və s.) və digər hava nəqliyyatı əməliyyatları xidmətləri təqdim etməyi, cavabdeh isə müqavilənin 4-cü maddəsində qeyd olunmuş müddət ərzində iddiaçı tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 2984,66 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən isə xidmət haqqı ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli CC********** saylı müqaviləyə əsasən iddiaçı tərəfindən 2984,66 manat dəyərində göstərilmiş xidmət haqqı cavabdehdən tutulmaqla iddia göstərilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsindən irəli gəlir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh iddiaçıya göstərilmiş xidmətin haqqını, hər təqvim ayının sonunda iddiaçı tərəfindən təqdim olunan hesab fakturaya əsasən, təqdim olunandan sonra 30 (otuz) gün ərzində bank köçürülməsi yolu ilə həyata keçirilməlidir. Əks təqdirdə har keçən gün üçün invoys məbləğinin 0.3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 150 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. xx.xx.2022-ci il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına 110 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 110 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 125,68 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 26,35 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 107,44 manat (200 manat (mediasiya xərci) – 92,56 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 107,44 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 2984,66 manat xidmət haqqı borcu və 150 manat cərimə, cəmi 3134,66 manat borcu, vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya xərcinə görə 107,44 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2984,66 manat xidmət haqqı borcu və 150 manat cərimə, cəmi 3134,66 manat borcu, vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya xərcinə görə 107,44 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar