Məhkəmə qərarları › İş №e-2-2(113)-6114/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6114/2022

20.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6114/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər ”Ante-Finans" MMC, ”X2" MMC və fiziki şəxs Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3707,25 manat, dövlət sosial müdafiə fonduna olan 850,31 manat, işsizlikdən sığorta fonduna olan 21,46 manat, icbari tibbi sığorta fonduna olan 88,70 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 172,10 manat məbləğində, dövlət sosial müdafiə fonduna 527,53 manat, işsizlikdən sığorta fonduna 8,41 manat, icbari tibbi sığorta fonduna 37,19 manat, ”Ante-Finans" MMCnin (VÖEN: **********) dövlət sosial müdafiə fonduna 322,78 manat, dövlət büdcəsinə 2660,87 manat məbləğində, işsizlikdən sığorta fonduna 13,05 manat, icbari tibbi sığorta fonduna 51,51 manat, "X2” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 874,28 manat məbləğində olmaqla, ümumilikdə 4667,72 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə ərizənin təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, ”Ante-Finans" MMC və "X2” MMC-nin qanuni təmsilçisi Maraqlı şəxs deyil, X1r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, vergi orqanı ”Ante-Finans" MMC, ”X2" MMC və fiziki şəxs Maraqlı şəxs tərəfindən ödənilməmiş vergi borcu ilə bağlı hüquqi şəxslərin icra orqanının rəhbəri və fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etsə də, məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət yalnız Maraqlı şəxs özünə aid olan ********** nömrəli VÖEN üzrə qoyula bilər Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, yalnız ********** nömrəli VÖEN üzrə vergi ödəyicisi olan fiziki şəxsin dövlət büdcəsinə, dövlət sosial müdafiə fonduna, işsizlikdən sığorta fonduna və icbari tibbi sığorta fonduna olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ərizə hüquqi şəxslər Ante-Finans" MMC və ”X2" MMC-nin icra oqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə 172,10 manat, dövlət sosial müdafiə fonduna 527,53 manat, işsizlikdən sığorta fonduna 8,41 manat, icbari tibbi sığorta fonduna 37,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizə hüquqi şəxslər Ante-Finans" MMC və ”X2" MMC-nin icra oqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hissədə isə rədd edilsin. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar