Məhkəmə qərarları › İş №e-2-2(113)-612/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-612/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-612/2024 30.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2236,67 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh "xxxx" MMC arasında SEL/080/02/023 nömrəli xx.xx.2023-cü il tarixli malların alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı cavabdehə mal satışı həyata keçirmiş, lakin cavabdehin 2236,67 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli SEL/080/02/023 nömrəli satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1-ci bəndinin tələbinə görə satıcı tərəfindən qiyməti, sayı, çeşidi, modeli və s müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (qiymətlərin razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiya, satınalma sifarişi (purchase order) və s adlandırıla bilər) (bundan sonra əlavələr) qeyd olunan yüksək keyfiyyətli elektrik mallarının (bundan sonra mal/mallar adlandırılacaq) müqavilə müddəti dövründə alıcıya satır və alıcı tərəfindən həmin mallar qəbul edilərək dəyəri hazırki müqavilədə nəzərdə tutulmuş qaydada satıcıya ödənilir. xx.xx.2023-cü il tarixli EBDR seriyalı 366242 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 62,50 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBDA seriyalı 670493 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 8007,18 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 957514 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 11578,60 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 957513 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 374,16 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 862977 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 1859,34 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 862976 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 2521,94 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBCO seriyalı 422254 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 142,27 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli EBDB seriyalı 371770 nömrəli elektron qaimədən görünür ki, İddiaçı QSC Cavabdeh MMC-yə 227,20 manat məbləğində mal satılmışdır. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00465-02 nömrəli arayışdan görünür ki, İddiaçı QSC 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli SEL/080/02/023 nömrəli müqavilə bağlanmış, İddiaçı QSC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 24773,19 manat dəyərində malları Cavabdeh MMC-yə satmış, sonuncu isə həmin malları dəyərinin çox bir hissəsini ödəsə də, 2236,67 manat məbləğində borc ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 2236,67 manat borc və mediasiaya xərçi kimi ödənilmiş 60 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2236,67 manat borc və mediasiaya xərçi kimi ödənilmiş 60 manat məbləğində vəsait tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar