Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6129/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 265.186,48 (iki yüz altmış beş min yüz səksən altı manat qırx səkkiz qəpik) Azərbaycan manatı məbləğində borc və 556.83 (beş yüz əlli altı manat, səksən üç qəpik) Azərbaycan manatı məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 265.743,31 (iki yüz altmış beş min yeddi yüz qırx üç manat, otuz bir qəpik) Azərbaycan manatı məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı tərəfindən barışıq sazişi təqdim edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, "Barışıq Sazişi"nin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 17 oktyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Sazişin Predmeti 1.1. Cavabdeh xx.xx.2022-ci il tarixli, PMZ220214-003 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” üzrə 265.186,48 (iki yüz altmış beş min yüz səksən altı manat qırx səkkiz qəpik) AZN məbləğində borcu və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 556.83 (beş yüz əlli altı manat, səksən üç qəpik) AZN məbləğində dövlət rüsumunu, habelə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 AZN məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 266.243,31 (iki yüz altmış min iki yüz qırx üç manat, otuz bir qəpik) AZN məbləğində pulun hissə-hissə, yəni bu Sazişin 1.2-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 22 ay müddətinə hər ayın sonuncu günündən gec olmayaraq İddiaçıə ödəməyi öhdəsinə götürür. . 1.2. Ödəniş cədvəli: 1 12 000 7 12 000 13 12 000 19 12 000 2 12 000 8 12 000 14 12 000 20 12 000 3 12 000 9 12 000 15 12 000 21 12 000 4 12 000 10 12 000 16 12 000 22 14 243.31 5 12 000 11 12 000 17 12 000 6 12 000 12 12 000 18 12 000 1.3 Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. Cavabdeh MMC öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı günə olan qalıq borc məbləği bu Saziş üzrə qəbul olunan qərardad üzrə verilmiş icra sənədi əsasında icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan 17 oktyabr 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Sazişin Predmeti 1.1. Cavabdeh xx.xx.2022-ci il tarixli, PMZ220214-003 nömrəli “Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsi” üzrə 265.186,48 (iki yüz altmış beş min yüz səksən altı manat qırx səkkiz qəpik) AZN məbləğində borcu və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 556.83 (beş yüz əlli altı manat, səksən üç qəpik) AZN məbləğində dövlət rüsumunu, habelə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 AZN məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 266.243,31 (iki yüz altmış min iki yüz qırx üç manat, otuz bir qəpik) AZN məbləğində pulun hissə-hissə, yəni bu Sazişin 1.2-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 22 ay müddətinəhər ayın sonuncu günündən gec olmayaraq İddiaçıə ödəməyi öhdəsinə götürür. 1.2. Ödəniş cədvəli: 1 12 000 7 12 000 13 12 000 19 12 000 2 12 000 8 12 000 14 12 000 20 12 000 3 12 000 9 12 000 15 12 000 21 12 000 4 12 000 10 12 000 16 12 000 22 14 243,31 5 12 000 11 12 000 17 12 000 6 12 000 12 12 000 18 12 000 1.3 Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. Cavabdeh MMC öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı günə olan qalıq borc məbləği bu Saziş üzrə qəbul olunan qərardad üzrə verilmiş icra sənədi əsasında icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icra edilir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov