Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6132/2022 05.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə 24 noyabr 2020-ci il tarixdə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 10.450,72 manatın və 17 fevral 2021-ci il tarixdə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən satılmış mallara görə 12.470,15 manatın, cəmi 22.920,87 manatın, alınmış malın dəyərinin ödənilməsinin gecikdirilməsinə görə cəmi 1.944,93 manatın, mediasiya xidməti xərci olaraq 210 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında 5 il müddətinə 02 mart 2020-ci il tarixində bağlanmış 06 nömrəli müqaviləyə görə, iddiaçı cavabdehin sifarişinə əsasən karxana avadanlıqları (hər hansı bir qazıntı işlərinin aparılması üçün) və ya onun ehtiyyat hissələri, o cümlədən inşaat işlərində istifadə olunan ələk, rolik ilə vaxtlı-vaxtında təmin etməli, cavabdeh isə aldığı materiallarının dəyərini ancaq köçürmə yolu ilə ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh müqavilə əsasında qarşılıqlı razılaşma və təqdim edilmiş E-qaiməyə əsasən alacağı malın pulunu göstərilən banka ödədikdən sonra malın buraxılışına icazə verir. 24 noyabr 2020-ci il tarixdə cavabdehə 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 10,450.72 manat olan ələk (ələk göz 07, ələk göz 05, ələk göz 13, ələk göz 19, əlk göz 19, ələk göz 26) satılmış və pulun köçürülməsi ilə bağlı 25 noyabr 2020-ci il tarixli, 026380 nömrəli elektron qaimə göndərilmişdir. 17 fevral 2021-ci il tarixdə cavabdehə 02 mart 2020-ci il tarixli 06 nömrəli müqaviləyə edilmiş “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi dəyəri ƏDV daxil 12,470.15 manat olan ələk və rolik (ələk göz 28, ələk göz 06 2 ədəd, ələk göz 29, ələk göz 28, rolik 59, rolik 74, rolik 94, 29, rolik 25, rolik 25) satılmış və pulun köçürülməsi ilə bağlı 17 fevral 2021-ci il tarixli, 609719 nömrəli elektron qaimə göndərilmişdir. Satılmış və təhvil alınmış mallara görə cəmi dəyəri 22,920.87 manat təşkil edən pulun 5 iş günü ərzində iddiaçının bank hesabına köçürülməsi ilə bağlı müxtəlif tarixlərdə cavabdehə pretenziya məktubları göndərilmiş, lakin vəsaitin köçürülməsini qarşı tərəf təmin etməmişdir. Bununla yanaşı cavabdeh həmçinin; - 24 noyabr 2020-ci il tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 10,450.72 manat olan vəsaitin köçürülməsini 1 il 10 ay (1 ay üçün alınan məbləğ 10,450.72 x 5%:12 = 43.54 manat, 22 ay üçün 22 x 43.54 = 957.88 manat), - 17 fevral 2021-ci il tarixli “qiymət razılaşması haqqında” Əlavəyə əsasən ümumi məbləği ƏDV daxil 12,470.15 manat olan vəsaitin köçürülməsini 1 il 7 ay (1 ay üçün alınan məbləğ 12,470.15 x 5% :12 = 51.95 manat, 19 ay üçün 19 x 51.95 = 987.05 manat) ödənilməsini gecikdirdiyi üçün ödənilməsi gecikdirilən məbləğə illik 5% əlavə vəsaiti ödəməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə 06 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə “Satıcı” (İddiaçı MMC) “Alıcı”nı ("xxxx" ASC) sifarişə əsasən karxana avadanlıqları və ya onun ehtiyat hissələi, o cümlədən inşaat işlərində istifadə olunan ələk, rolik ilə vaxtlı-vaxtında təmin etməyi, “Alıcı” isə aldığı materialların dəyərini ancaq köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə görə malın qiyməti, təhvil verilmə müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2” ilə müəyyən edilir. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin müddəti 5 il müəyyən olunmuşdur. İddiaçı tərəf 22,920.87 manat dəyərində malın cavabdehə verildiyini və qeyd edilmiş pulun ödənilmədiyini bildirərək pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və iddiaya hər hansı etirazını bildirməmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə xx.xx.2020ci il tarixli X3 Protokoluna əsasən tərəflər ƏDV daxil 10.450,72 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında xx.xx.2020-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin də İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2020-ci il tarixində 10.450,72 manat məbləğində EBAT seriyalı 026380 nömrəli elektron qaimə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 06 saylı müqaviləyə xx.xx.2021ci il tarixli X3 Protokoluna əsasən tərəflər ƏDV daxil 12.470,15 manat dəyərində olan malların adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər. Qeyd edilən qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra qeyd edilən protokolda göstərilmiş malların cavabdehə təhvil verilməsinə dair tərəflər arasında xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin də İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixində 12.470,15 manat məbləğində EBAX seriyalı 609719 nömrəli elektron qaimə göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəf ümumilikdə 22.920,87 manat dəyərində olan malları cavabdehə təhvil vermiş, cavabdeh tərəfindən isə təhvil verilmiş mallara görə hər hansı bir ödəniş aparılmamışdır. Belə olan halda iddia 22.920,87 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 1.944,93 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 108 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 339,1 (22.920,87x5/100=1.146 (1 il üçün), 1.146 /365=3,139 (1 gün üçün), 3,139x108 =339,1 (108 gün üçün) ) manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanma 339,1 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 210 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, mediasiya xərci olaraq tələb edilən məbləğin 10 manat hissəsi ilə bağlı ödəniş sənədi təqdim edilməyindən iddia həmin hissədə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 06 saylı müqavilə üzrə 22.920 (iyirmi iki min doqquz iyirmi) manat 87 (səksən yeddi) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 339 (üç yüz otuz doqquz) manat 10 (on) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6132/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6132/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver