Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6142/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC - dən 18.135,98 (on səkkiz min yüz otuz beş manat, 98 qəpik) (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün, cəmi 1000 ( min) manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəLindən dövlət rüsumu olaraq ödənilmiş 148 manat 37 qəpik ( yüz qırx səkkiz manat otuz yeddi qəpik ) və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş ) manat pul vəsaitinin tutularaq İddiaçı MMC -nin xeyrinə ümumilikdə 19.460,98 (on doqquz min dörd yüz altmış manat, 98 qəpik) məbləğində pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə tərəflər arasında barışıq müqaviləsi imzalandığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanmışdır. Odur ki, iş üzrə iraata xitam verilməsini xahiş edir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə hesab edir ki, barışıq sazişinin 2-ci bəndinə əsasən cavabdeh, tərəflərin razılığına əsasən, həmin xərclərdən azad edildiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: İddiaçı MMC ilə Cavabdeh QSC-yə qarşı İddiaçı və cavabdeh arasında bağlanmış 09 avqust 2023-cü il tarixli 234T/23 saylı Alğı-satqı Müqaviləsi üzrə yaranan 18.135,98 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pulun, müqavilədə nəzərdə tutulan gecikdırilmiş günlər üçün, cəmi 1000 (min) manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 149 (yüz qırx doqquz) manat və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyriə ümumilikdə 19.604,98 (on doqquz min altı yüz dörd manat, 98 qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair e-2-2(113)-6142/2025 saylı mülki iş hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim: Günay Namazova) Hazırda bir tərəfdən iddiaçı - İddiaçı, digər tərəfdən cavabdeh - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı və cavabdeh birlikdə Tərəflər adlandırıla bilər) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, mübahisənin barışıq sazişi bağlamaq yolu ilə həll edilməsi barədə razılığa gələrək, aşağıdakı şərtlərlə Barışıq Sazişi (bundan sonra mətndə Saziş adlandırılacaq) imzalayırlar.
1. Cavabdeh iddiaçıya yalnız, təhvil verilmiş malların üzərində olan məhsulların daşınması və depolanması üçün istifadə olunan, 27 (iyirmi yeddi) ədəd taxta platformaların əvəzində 283,20 manat (iki yüz səksən üç manat iyirmi qəpik) pul məbləğini ödəməyi öz öhdəsinə götürür.
2. Cavabdeh, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün, cəmi 1000 (min) manat məbləğində dəbbə pulunun, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 149 (yüz qırx doqquz) manat və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitini, ödəməkdən tam şəkildə azad edilir.
3. İddiaçı öhdəsinə götürür ki, bu Saziş bağlandıqdan sonra cavabdehə hər hansı bir iddia və tələb irəli sürməyəcək .
4. Cavabdeh iddiaçıya 283,20 manat (iki yüz səksən üç manat iyirmi qəpik) pul məbləğini 5 (beş) bank günü müddətində ödəyəcəkdir.
5. Bu Sazişin imzalanması ilə tərəflər arasında bağlanılan 09 avqust 2023-cü il tarixli 234T/23 saylı alğı-satqı müqaviləsi və ona olan bütün əlavələr qüvvədən düşmüş hesab edilir.
6. Bu Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara, yazılı və şifahi danışıqlara, razılaşmalara və tərəflər arasında olan digər sənədlərinə istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin şərtləri etibarlı olur.
7. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
8. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflər Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
9. Tərəflərdən heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
10. Tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
11. Hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mübahisə zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini təsdiqləyirlər.
12. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 12.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 12.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 12.3. qarşı tərəfin yazılı icazəsi ilə; 12.4. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 12.5. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 12.6. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. X2 imzalanması gündən qüvvəyə minir.
13. Tərəflər bu sazişi imzaladıqdan sonra ən geci 3 (üç) gün ərzində iddiaçı tərəfindən ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək, məhkəmənin icraatında olan e-2-2(113)-6142/2025 mülki işə bu barışıq sazişinin şərtlərinə uyğun olaraq xitam verilməsi tələb ediləcək.
14. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 3 nüsxədə tərtib edilir. Saziş 1 (bir) nüsxə işə baxan məhkəmədə, digər nüsxələr isə hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır.
15. Tərəflər yuxarıdakı şərtlərlə imzalanan Barışıq Sazişi ilə tam razıdır, həmin Sazişin şərtlərini tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürürlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova