Məhkəmə qərarları › İş №e-2-2(113)-616/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-616/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-616/2020 05.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iqtisadi işə qiyabi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixli, 18BQYF/QM saylı alqı-satqı müqaviləsinə əsasən 6208.56 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və Cavabdeh MMC arasında xx xxx 2018-ci il tarixli, 18 BQYF/QM saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci maddəsinə əsasən, “X2”-da göstərilmiş texniki xarakteristikalara və qiymətlərə uyğun olaraq, boya məhsulları üçün müxtəlif ölçülü metal qabları və metal qablarının hissələrini “xxxx” MMC Cavabdeh MMc-yə satmağı, Cavabdeh MMC isə onları qəbul edib, qiymətini “xxxx” MMC-yə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” tərəfindən təchiz edilən Mallar “Alıcı” və ya onun nümayəndəsi tərəfindən “Satıcı”-nın anbarında Müqavilənin keyfiyyət və kəmiyyət üzrə şərtlərinə uyğun olaraq qəbul ediləcəkdir. Müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, X6 fakturasının tarixindən 25 iş günü ərzində yekun ödəməni həyata keçirmədiyi halda vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0.05%-ni təşkil edən cəriməni Satıcının hesabına ödəməlidir. “xxxx” MMC tərəlindən Cavabdeh MMC-yə təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli, EAAO seriyalı, 656331 nömrəli Elektron Qaiməyə əsasən 7708.56 manat pul ödənilməlidir. Elektron qaimənin verilmə vaxtından on bir aydan çox keçməyinə baxmayaraq Cavabdeh MMC tərəlindən cəmi 1500 manat məbləğində pul ödənilmişdir və 6208.56 manat borc yaranmışdır. “xxxx” MMC ilə Cavabdeh MMC arasında olan xx.xx.2019-cu il tarixli Üzləşmə Aktından görünür ki, bu tarixə “xxxx” MMC-nin “xxxx” MMCyə 6708,56 manat borcu vardır. Bu üzləşmə aktından sonra Cavabdeh MMC tərəlindən 500 manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 6-cı maddəsinə əsasən, tərəllər bu müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. Tərəlimizdən bir neçə dəfə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, qeyd edilmiş məbləğ ödənilməmiş qalmışdır. Bu səylərin nəticəsiz qaldığını gördükdə tərəlimizdən cavabdehə xx xxxxxx 2019-cu il tarixli, BY 121 saylı Pretenziya verilmişdir. Pretenziyada 6208.56 manat borcun 7 iş günü ərzində Şirkətimizə ödənilməsini təkll etmiş, əks halda isə hüquqlarımızın müdafiəsi üçün Azərbaycan Rspublikasının qanunvericiliyinə və müqavilənin şərtlərinə uyğun olaraq məhkəməyə müraciət etməli olduğumuzu bildirmişik. Pretenziya Cavabdeh MMC-nin qanuni təmsilçisi İlqar Hacıyev tərəlindən xx.xx.2019-cu il tarixdə qəbul edilsə də borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-616/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış xx xxx 2018-ci il tarixli, 18 BQYF/QM saylı alqı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə əsasında 1-ci maddəsinə əsasən, satıcı “X2”-da göstərilmiş texniki xarakteristikalara və qiymətlərə uyğun olaraq, boya məhsulları üçün müxtəlif ölçülü metal qabları və metal qablarının hissələrini satmağı, alıcı isə həmin məhsulların əvəzini tam olaraq ödəməyi üzərinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” tərəfindən təchiz edilən Mallar “Alıcı” və ya onun nümayəndəsi tərəfindən “Satıcı”-nın anbarında Müqavilənin keyfiyyət və kəmiyyət üzrə şərtlərinə uyğun olaraq qəbul ediləcəkdir. Həmin müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, X6 fakturasının tarixindən 25 iş günü ərzində yekun ödəməni həyata keçirmədiyi halda vaxtında ödənilməyən məbləğin hər gecikdirilən gün üçün 0.05%-ni təşkil edən cəriməni Satıcının hesabına ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “X1”-dan görünür ki, tərəflər arasında məhsulların çeşidi və qiyməti əvvəlcədən razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli elektron qaimə faturasında görünür ki, satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumilikdə 7708.56 manat dəyərində məhsullar satılmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 289897 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə satılan malın dəyəri olaraq 500 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cü il tarixədək olan dövr üzrə Cavabdeh MMC-nin “xxxx” MMC-yə qalıq borcu 6708,56 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” MMC və Cavabdeh MMC arasında xx xxx 2018-ci il tarixli, 18 BQYF/QM saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən boya məhsulları üçün müxtəlif ölçülü metal qabları və metal qablarının hissələrini satmağı, cavabdeh isə satılan malları təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam olaraq yerinə yetirməmiş nəticədə 6208,56 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların və xidmətlərin dəyəri iddiaçıya tam ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, xx xxx 2018-ci il tarixli, 18 BQYF/QM saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMCdən 6208,56 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 6208,56 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx” MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar