Məhkəmə qərarları › İş №e-2-2(113)-6160/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6160/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6160/2025 26.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymnaova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi /vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 8127 (səkkiz min bir yüz iyirmi yeddi) manat məbləğində vəsaitin tutularaq “İddiaçı MMC -yə ödənilməsi; - Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 7800 (yeddi min səkkiz yüz) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC -yə ödənilməsi; - Cavabdehlərdən vəkilin göstərdiyi hüquqi yardıma görə 790 (yeddi yüz doxsan) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh3 8127 (səkkiz min bir yüz iyirmi yeddi) manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC -yə ödənilməsi; - Cavabdeh2 7800 (yeddi min səkkiz yüz) manat və 550 (beş yüz əlli) manat (törədilmiş inzibati xətalarla bağlı cərimə) tutularaq İddiaçı MMC -yə ödənilməsi;- Cavabdehlərdən vəkilin göstərdiyi hüquqi yardıma görə 790 (yeddi yüz doxsan) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixinə saat 11:00-a təyin edilmişdir. xx.xx.2026-cı il tarixində iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlərlə müvafiq razılıq əldə edilmişdir. Göstərilənlərə əsasən, e-2-2(113)-6160/2025 saylı kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 6000 manat hissəində qəbul etdiyini, həmin məbləği İddiaçı MMC-yə 6 ay müddətində ödənilməsini öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, razılıq əldə olunmuşdur. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 142 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar