Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6161/2025 02.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə əsas və dəbbə pulu borcu) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili X4, Cavabdeh1 MMC-nin nümayəndəsi/vəkili X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 34/22 saylı Alqı-satqı müqaviləsi üzrə Cavabdehdən İddiaçının xeyrinə 335 803,40 manat əsas borc, 60 444,61 ƏDV borcu, 730 681,33 manat cərimə borcu olmaqla, cəmi 1126929,34 manat borcunun və 1422,86 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Сavabdeh "xxxx" MMC arasında 5 avqust 2022-cü il tarixli 34/22 saylı Alqı-satqı müqaviləsi (“Müqavilə”) (Əlavə 1) imzalanmışdır. Müqaviləyə əsasən Satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən Malları Alıcıya satır, Alıcı isə bu malların alışını həyata keçirir. Müqavilə imzalandığı gündən İddiaçı Cavabdehə cəmi dəyəri 764 846,31 manat (648 174,84 manat əsas və 116 671,47 manat ƏDV) olan Malların satışını icra etmişdi. Cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 312 371,44 manat, ƏDV borcundan 56 226,86 manat olmaqla, cəmi 368 598,30 manat ödəniş edilmişdir. Gözdüyünüz kimi, Cavabdeh 60 gündən çoxdur ki, Müqavilə üzrə ödənişləri icra etmir. Cavabdehin İddiaçıya sözügedən müqavilə üzrə 28 iyul 2025-ci il tarixinə(335 803,40 manat əsas borc, 60 444,61 ƏDV borcu,730 681,33 manat cərimə borcu olmaqla), cəmi 1 126 929,34 manat borcu vardır. (Əlavə 2 və 3) Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 34/22 saylı Alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir. İddiaçı tərəfindən Cavabdehə borcun tam ödənilməsi üçün dəfələrlə pretenziya (mediasiya təklifi) göndərilmiş (Əlavə 4), həmçinin borcun tam bağlanması üçün dəfələrlə ona şifahi qaydada xəbərdarlıq edilmişdir. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məhkəməyə təqdim edilməsi ilə baglı xərcləri çəkmişdi (Əlavə 5) Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.
3. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-ə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Cavabdeh2 başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Baki Kommersiya Məhkəməsinin e-2-2(113)-6161/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Cavabdeh2 başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 34/22 saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 335 803,40 manat əsas borc, 60 444,61 manat ƏDV borcu, 730 681,33 manat cərimə borcu olmaqla, cəmi 1 126 929,34 manat borcunun və 1 422,86 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh2 məhkəməyə saxta sənəd təqdim etməsi nəzərə alınaraq haqqında xüsusi qərardad çıxarılmasını xahiş edir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı şirkətin özündə qanunsuzluqlar olmuşdur və qeyri-rəsmi proseslər həyata keçirilmişdir, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli iclas) iştirak edən Cavabdeh1 MMC-nin direktoru X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, şirkət sinif yoldaşına məxsus olub və onun adına işlər görülüb. Heç bir alğı-satqı münasibətindən və digər əməliyyatlardan xəbəri yoxdur. Cavabdeh qismində qardaşı Cavabdeh2 cəlb olunmasını xahiş etdi.
9. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 MMC-nin 77 faizi Rauf Abdullayev və Elnur Atakişiyev arasında bölünmüş, 33 faizi isə ona məxsusdur. Müqavilə üzrə malları qarşı tərəfin işçisi Yəhya adlı şəxs təhvil vermişdir, anbardarı isə təhvil almışdır. Müqaviləni şəxsən özü imzalamışdır, Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir. X13 bu əməliyyatların heç birində iştirak etməmiş, rolu olmamışdır. 8 qaimə üzrə müəyyən ödənişlər etmiş, 95613 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 MMC-nin adından satışları o həyata keçirmişdir. Ödənişlər həm nağd qayda da, həm də köçürmə yolu ilə həyata keçirilmişdir. Qarşı tərəf ödənişləri təhrif etmişdir. Qarşı tərəfin təqdim etdikləri sənədlər içərəsində 146.000 manat ödənişlə bağlı heç bir sənəd yoxdur. 02 dekabr 2022-ci il tarixli qəbz məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçı tərəfindən cəmi 2 təhviltəslim aktı təqdim olunmuşdur, digər təhvil-təslim aktları yoxdur. Müqavilə bağlandıqdan sonra 480.000 manat məbləğində pul ödənmişdir. İddiaçı gömrükdən mal çıxartmaq üçün, vergi ödənişləri üçün ondan rəsmi və qeyri-rəsmi pul tələb edirdi. Ona 595.000 manat məbləğində mal təhvil verilib və mübahisələndirilmir. İddiaçı ilə bütün münasibətlər sentyabr ayına kimi olmuşdur, sentyabr ayından sonra o, infakt keçirdiyi üçün xəstəxanada olub, bunu Raif Abdullayev və Elnur Atakişili sübut edə bilər. Bütün bunlara baxmayaraq iddiaçı o tarixdən sonra olan elekron qaimələri də təqdim etmişdir. Onun sifarişlərini təsdiq edən e-mail yazışmaları da iddiaçı tərəfindən təqdim olunmamışdır. İddiaçı şirkətin əməkdaşı olan Elnur Atakişili tərəfindən ona göndərilən email məktubundan da görünür ki, Cavabdeh1 MMC-nin "xxxx" MMC-yə 95613 manat məbləğində borcu mövcuddur, borcu yalnız həmin məbləğdə qəbul edir.
10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.
11. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05 avqust 2022-cü il tarixli 34/22 saylı Alqı-satqı müqaviləsinə əsasən:
14. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasan Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdan. qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı mallann keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında aynca razılaşdırılacaq və bu Müqaviləyə əlavə olunacaq.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən malların Alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzalan ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacaq.
16. Müqavilənin 1.3-cü bəndinə əsasən alıcı, bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən müstəqildir və Təchizatçı, Alıcının bu Müqavilə imzalanan ana qədər üçüncü şəxslər qarşısında yaranmış və bu Müqavilə imzalandıqdan sonra yarana biləcək maliyyət və digər öhdəliklərinə görə məsuliyyət daşımır.
17. Müqavilənin 1.4-cü bəndinə əsasən sifariş dəyəri 10.000$ ( on min USD) olduqda, ödəniş mallann Alıcının anbarına göndərildiyi gündən 90 (doxsan) gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdannda avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir, ödəniş bank vasitəsilə Təchizatçının bu Müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir.
18. Müqavilənin 1.5-ci bəndinə əsasən qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi Alıcının ƏDV depozit hesabından Təchizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təchizatçı ƏDV ödəyicisidir.
19. Müqavilənin 1.6-cı bəndinə əsasən Mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya bu Müqavilənin 1.2-ci maddəində qeyd edilmiş şərtlərə uyğun qaydada təhvil verildikdən sonra Təchizatçıdan Alıcıya keçir.
20. Müqavilənin 2.1-ci bəndinə əsasən təchizatçının hüquqları:
21. Müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilə qüvvədə olduğu müddət ərzində, öz şəxsi mülahizəsinə görə istənilən zaman Alıcının satış ərazisi və iş şəraitini mütəmadi olaraq nəzərdən keçirmək, aşkar etdiyi qüsurların aradan qaldırılmasını Alıcıdan tələb etmək və Malların satışı və müştərilərə göstərilən xidmətlərlə bağlı Alıcıya tövsiyə və məsləhətlər vermək;
22. Müqavilənin 2.1.2-ci bəndinə əsasən malların Alıcıya alqı-satqı Müqaviləsi əsasında və ya hər hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək, dəyişmək və ya ləğv etmək;
23. Müqavilənin 2.1.3-cü bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədikdə, bu haqda Alıcıya rəsmi xəbərdarlıq məktubu verməklə Alıcı ilə bu Müqavilə çərçivəsində əməkdaşlığın istənilən mərhələsində onu dayandırmaq və onun Təchizatçı ilə tam hesablaşmasını tələb etmək.
24. Müqavilənin 2.2-ci bəndinə əsasən təchizatçının öhdəlikləri:
25. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcının sifarişlərini qəbul etmək və onların icrasının mümkünlüyü barədə 5 (beş) iş günü ərzində ona məlumat vermək.
26. Müqavilənin 2.2.2-ci bəndinə əsasən malı Alıcıya həmin mala (əşyaya) aid ləvazimatı və ya sənədləri (zəmanət sənədi və s.) ilə birlikdə vermək.
27. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının hüquqları:
28. Müqavilənin 2.3.1-ci bəndinə əsasən satışa çıxarılmış Mallar, onların keyfiyyət göstəriciləri və əsas xüsusiyyətləri haqqında Təchizatçıdan məlumat almaq;
29. Müqavilənin 2.3.2-ci bəndinə əsasən malları əvvəlcədən sifariş etmək və sifarişinin yerinə yetrilib yetirilə bilməyəcəyi barədə bu Müqavilənin 2.2.1 -ci maddəsində təsbit edilmiş müddət ərzində Təchizatçıdan məlumat almaq;
30. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının öhdəlikləri:
31. Müqavilənin 2.4.1-ci bəndinə əsasən təchizatçını bu Müqavilə çərçivəsində özünün Satış Ərazisi və satışların həyata keçiriləcəyi məkan ilə tanış etmək və Təchizatçının tələbi ilə bu barədə ona müfəssəl məlumat vermək; malların satışının təşkili, pərakəndə qiymət müəyyən edilməsinə dair və müştərilərə göstərilən xidmətlərlə bağlı Təchizatçının tövsiyə və məsləhətlərinə əməl etmək;
32. Müqavilənin 2.4.2-ci bəndinə əsasən bu Müqavilə şənlərinin yerinə yetirilməsi ilə bağlı baş vermiş və ya gözlənilən dəyişikliklər haqqında Təchizatçıya 48 (qırx səkkiz) saat ərzində məlumat vermək;
33. Müqavilənin 2.4.3-cü bəndinə əsasən müştərilərin istək və tələbləri barədə Təchizatçıya mütəmadi məlumat vermək;
34. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 05 avqust 2022-cü il tarixli 34/22 saylı müqavilə üzrə Cavabdeh1 MMC-yə satılan cəmi malın dəyəri 764846,31 manat, ƏDV dəyəri 116671,47 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 312371,44 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 56226,86 manat, ödənilmiş cəmi borc 368598,30 manat, ödənilməyən əsas borc 335803,40 manat, ƏDV borcu 60444,61 manat, cərimə borcu 730681,33 manat, cəmi borc 1126929,34 manat təşkil edir.
35. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göndərilən EBCD seriyalı 456104 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 168759,24 manat, EBCG seriyalı 132222 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 95613,25 manat, EBCD seriyalı 300036 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 56887 manat, EBCİ seriyalı 529088 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 74987,82 manat, EBCB seriyalı 769525 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 0,67 manat, EBCB seriyalı 770013 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 75872,64 manat, EBCC seriyalı 217507 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 224397,65 manat, EBCC seriyalı 732933 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 68328,04 manat təşkil etmişdir (e-qaimələr üzrə cəmi məbləğ 764.846,31 manat). Elektron qaimələrin hər birinin əsası qismində 05 avqust 2022-cü il tarixli 34/22 saylı müqavilə göstərilmişdir.
36. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli göndərilən qaimələrin və edilmiş ödənişlərin siyahısından görünür ki, Cavabdeh1 MMC tərəfindən EBCD seriyalı 300036 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 56887 manat məbləğində, EBCD seriyalı 456104 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 168759,24 manat məbləğində, EBCG seriyalı 132222 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 95613,25 manat məbləğində, EBCİ seriyalı 529088 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 74987,82 manat məbləğində borclar qalmışdır, qalan bütün e-qaimələr üzrə tam ödənişlərin edildiyi qeyd edilmişdir.
37. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 MMC tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 75872,64 manat, xx.xx.2022-ci il tarixində 107000 manat, xx.xx.2022-ci il tarixində 19980 manat, xx.xx.2023-cü il tarixində 73029,78 manat və 68328,04 manat məbləğ köçürülmüş, ödənişin təyinatı olaraq EBCB seriyalı 770013 nömrəli, EBCC seriyalı 732933 nömrəli və EBCC seriyalı 217507 nömrəli elektron qaimələrə istinad olunmuşdur.
38. Köçürmələrin aparılması haqqında bildirişə əsasən Cavabdeh1 MMC tərəfindən iddiaçının ƏDV hesabına xx.xx.2022-ci il tarixində 24387,84 manat məbləğində ödəniş edilmişdir.
39. Elnur Atakişili tərəfindən Elektron ünvan 1 elektron poçt ünvanı vasitəsi ilə cavabdehə göndərilən 21 fevral 2023-cü il tarixli e-mail və ona əlavə olunmuş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-yə satılmış malın dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil edir.
40. Cavabdeh2 tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) Elektron ünvan 1 elektron poçt ünvanı tərəfindən Elektron ünvan 2 elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə göndərilən e-mail və ona əlavə olunan sənəd video qeydiyyatına alınmışdır.
41. İşəgötürən İddiaçı MMC və işçi X5 arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən Marvel Azerbaijan MMCdə pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrə əsasən “AR ƏM-nin 68.2.”a”-tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmişdir.
42. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, Marvel şirkətindən elektronik mallar alıb satdığını, qardaşı Rauf Qarayevin adına təsis etdiyi və Raufun direktoru olduğu “RER GROUP» MMC şirkətinin adından da "Marvel Azerbaijan” MMC-dən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb, dəyərinin 540.000 manat hissəsini ödəmiş, 240.000 manat isə "xxxx" MMC-yə borclu qalmışdır. Beləliklə, onun İddiaçı MMC-yə 1.860.000 manat borcu qalmışdır. "RER GROUP»MMC-nin direktoru olan qardaşı Raufdan da etibarnamə alıb onun adından bütün əməliyyatları onun özü tək həyata keçirmişdir. Hazırda "RER QROUP” MMC-nin İddiaçı MMC-yə 95.613 manat borcu qaldığını bildirir.
43. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X5 ifadəsində göstərmişdir ki, Rauf Qarayev "xxxx"MMC yaratdığını bildirərək 05 avqust 2022-ci il tarixdə onunla həmin şirkət arasında 3-cü alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə əsasında elektron qaimə ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixədək "xxxx"MMC-yə 764.846.31 manat dəyərində elektirik məişət avadanlığı dəyərinin 30 faizini ödəmək şərti ilə satmışdır. Cavabdeh2 həmin şirkətə nisyə aldığı malların dəyərinin 368.598.30 manatını ödəmiş, 396.248.01 manatını ödəməyibdir.
44. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/3725/2024 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış İddiaçı MMC (təchizatçı) ilə Cavabdeh1 MMC (Alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 34/22 saylı müqavilə üzrə tərtib edilmiş EQF-ra əsasən 2022-ci il üçün 321,259,48 manat( 272.253,80 AZN əsas, 49.005,68 AZN ƏDV) məbləğində malların təqdim edildiyi müəyyən edilir (təhvil-təslim aktlar yoxdur).Lakin qeyd edilir ki, xx.xx.2024-cü il tarixli audit aktında Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 344.210,46 manat və ƏDV üzrə 24.387,84 manat məbləğində ödəniş aparılması göstərllsədə, tədqiqi hissədə qeyd edildiyi kimi həmin ödənişləri özündə əks etdirən sənədlər( bank, xəzinə sənədləri (hesabatdan çıxarışlar, kassa mədaxil orderləri) və depozit hesabatından çıxarış) iş materiallarında mövcud olmadığından aparılan ödənişləri müəyyən etmək mümkün olmadı.
45. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, “Marvel Azerbaijan» MMC-nin direktoru işləmiş X6, həmçinin həmin şirkətin satış təmsilçisi X5 ilə Cavabdeh2 arasında mülki xarakterli biznes münasibətləri olmuşdur. Eyni zamanda həmin münasibətlər tərəflər arasında müqavilə bağlanaraq rəsmiləşdirilməklə aparılmışdır. Yəni, Elnur Atakişili, daha sonra Raif Abdullayev təmsil etdikləri "xxxx" MMC ilə Cavabdeh2 faktiki idarə etdiyi arvadı, fiziki şəxs X1 adına olan VÖEN, daha sonra Cavabdeh2 özünün adına olan "xxxx" MMC və qardaşı Rauf Qarayevin adına olan Cavabdeh1 MMC ilə rəsmi müqavilə bağlayaraq “Marvel Azerbaijan» MMC-nin xarici ölkələrdən idxal etdikləri müxtəlif elektirik məişət və digər avadanlıqlarını rəsmi qaydada dəyərinin 30 faizini əvvəlcədən ödəmək, qalan dəyərinin isə müəyyən vaxt, yəni əvvəl 30, daha sonra 120 günədək ödəmək şərti ilə sahibkar Cavabdeh2 nisyə olaraq satmışlar. Cavabdeh2 isə “Marvel Azerbaijan» MMCdən nisyə aldığı malları və özünün həmin şəxslərdən ayrılıqda xarici ölkələrdən sifariş edib gətizdirdiyi malları Bakı şəhərində və Respublikanın rayonlarında yerləşən mağazalara nisyə və nağd formada öz qazancını da nəzərə almaqla malların dəyərindən baha qiymətə öz işçiləri vasitəsilə satmışdır. Cavabdeh2 “Marvel Azerbaijan» MMC-nin satış təmsilçisi Elnur Atakişilidən mütəmadi olaraq 2021-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə rəsmi qaydada dəyərinin 20- 30 faizini əvvəlcədən ödəməklə nisyə olaraq elektirik məişət avadanlığı alıb satışını təşkil etmişdir. Həmin müddətdə Cavabdeh2 “Marvel Azerbaijan» MMC-nin bank hesabına və Elnur Atakişiliyə şəxsən aldığı əmlakların dəyərinin bir hissəsini ödəmişdir. Bundan başqa Cavabdeh2, qardaşı Rauf Qarayevin adına təssis etdiyi və sonuncunun direktoru olduğu “RER GROUP»MMC şirkətinin adından da “Marvel Azerbaijan" MMCdən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik-məişət avadanlıqları alıb, dəyərinin 540.000 manat hissəsini ödədiyini, 240.000 manat hissəsini isə "Marvel Azerbaijan” MMC-yə borclu qaldığını, beləliklə, onun “Marvel Azerbaijan" MMC-yə aldığı nisyə mallara görə ümumilikdə 1.860.000 manat borcu qaldığını göstərmişdir.
46. AR DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.
47. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından 2025-ci ilin aprel-may ayına qədər İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Cavabdeh2lə şirkət olaraq 2021-ci ilin sentyabr ayında müddətli müqavilə bağlamışlar. 2023-cü ildən etibarən aralarında ödənişlərlə bağlı problemlər yaşandı. Müddətli ödəniş şərtləri olmuşdur. Rafiq bəy dövriyyəsini şişirtməmək üçün nağd ödənişlər də edirdi. Yəni həm köçürmə yolu ilə, həm də nağd ödəniş olunurdu. Cavabdeh2 ona, yəni kassaya nağd ödənişlər edirdi, o da ödənişləri aparıb bank vasitəsilə İddiaçı MMC-nin hesabına mədaxil edirdi. Banka o da, digər əməkdaşlar da pulu aparırdı. Onlar VÖEN-i və elektron qaimənin nömrəsini yaxınlaşıb banka verirmişlər, bank da iddiaçı şirkətin hesabına mədaxil edirdi. Bank tərəfindən verilən mədaxil çeklərini də iddaçı şirkətə təqdim edirmişlər. Cavabdeh2 məxsus bütün şirkətlərlə bu cür işləyiblər. Cavabdeh2 gah hesabında sərəncam olduğunu bildirdiyi üçün və rəsmi dövriyyəsini şişirtmək istəmədiyi üçün ödənişlərin bir hissəsini nağd qaydada edirdi. Nağd qaydada olunan ödənişləri həmin qaiməyə vururdular, ona görə də qaimə açıq qalmırdı. Anbar tərəfindən olunan təhvil-təslim aktları iddiaçı şirkətin özündə mövcud olmalıdır. Cavabdeh2 məhkəməyə təqdim etdiyi e-mail ilə göndərilən faylın redaktə olunmuş forması onda mövcuddur. Cavabdeh2 vaxtında ödənişlər etdiyi üçün Şirkətin güvənini qazandığı üçün ona borcu ola-ola mallar verilirdi. Cavabdeh2 tərəfindən birdəfəlik yalnız 140.000 manat məbləğində ödəniş edilmişdir. Digər əməkdaş olan Məmmədov Natiq və onun tərəfindən Cavabdeh1 MMC, "xxxx" MMC və Qarayeva Sevda adına olan qaimələr üzrə ödənişi banka ediblər. Şirkət ona bildirdikdə o, təcili olaraq Cavabdeh2 10.000 manat və s. pullar almışdır. Cavabdeh2 tərəfindən ona verilən pullar elə həmin gün, ən geci səhərisi gün iddiaçı şirkətə çatdırılırdı. Cavabdeh ödənişləri hissə-hissə edirdi, şirkət isə pulları özündə saxlayıb qaimələri məbləğ tamamlandıqda birdəfəllik bağlayırdı. Onlar pulları "xxxx" vasitəsilə edirdilər. Rabitəbank hesabı iddiaçı şirkətə məxsus idi. Cavabdeh2 ödənişlərini Kapitalbank vasitəsilə edirdi. 2023-cü ilin mart ayından başlayaraq cavabdehlə problemləri yaranmağa başlamışdır. Cavabdeh2 ona şəxsən özünün də borcu vardır. O, Cavabdeh1 MMC-nin təsisçi deyil, əksini sübut etmək üçün sənədlər təqdim edilməlidir. Onun iddiaçı şirkətdə vəzifəsi əsasən cavabdehin ödənişinin vaxtını xatırlatmaq idi. Cavabdeh2 son götürülən malların ödənişini etməmişdir. Ödənişlərdən məsul olan xüsusi şəxs yox idi şirkətdə. Axırıncı kəsilən qaimələrdən heç bir nağd ödəniş cavabdeh tərəfindən olunmamışdır. Cavabdeh2 2023 və ya 2024-cü ilin dekabr 20-nə qədər olan tarixdə 140.000 manat məbləğində iddiaçının kassasına pul təqdim etdi və iddiaçı tərəfindən cavabdehin köhnə borcu silindi. 30 faiz avans ödənişi olmadan da cavabdehə mal verilirdi. Qardaşının adına avans ödənişi almadan mal vermişlər. Rafiq bəy birinci istintaq dövründə borcunu qəbul edirdi, sonradan mövqeyini dəyişmişdir. Cavabdeh tərəfindən heç vaxt 480.000 manat məbləğində birdəfəlik ödəniş olunmamışdır. Onun 480.000 manatın verildiyindən məlumatı yoxdur. O, Cavabdeh2 göndərdiyi videonu təsdiq edir. 95.000 manat ayrı, 300.000 manat ayrı borcu vardır. Biz məhsulları daxildə 2 hissəyə bölmüşlər. Biri elektrik məişət avadanlıqları və instrument məlumatları. Cavabdeh2 e-mail göndərəndə RER Groupa aid iki cədvəl var idi. Bugünə Cavabdeh1 MMC-nin borcu iddiaçı tərəfindən son təqdim olunmuş videodakı cədvəldəki kimidir. Cavabdeh2 bugünə 396247 manat məbləğində iddiaçı şirkətə borcu vardır. Həmin videogörüntüdəki cədvəli, yəni e-maili nə vaxt göndərdiyimi bilmirəm, onu korporativ maildən göndərmişdir. E-mailə onun girişi olmadığı üçün nə vaxt göndərilibçatdığını bilmir. O, sadəcə ümumi borcu əks olunan cədvəli Cavabdeh2 həm Whatsapp üzərindən, həm də mail üzərindən göndərmişdir. Cavabdeh2 bildirdiyi Cavabdeh1 MMC-nin 95.000 manat borcun olması yalan məlumatdır, MMC-nin iddiaçıya 396247 manat borcu qalıb.
48. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-6161/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə aşağıda qeyd olunan suallar üzrə məlumatların "xxxx" ASC və "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilməsi üçün sorğu göndərilmişdir. 1."xxxx" ASCnin qarşısında aşağıdakı suallar qoyulmuş: - Cavabdeh1 MMC-nin AZ88AİİB400600D**********221 nömrəli hesabından "xxxx" MMC-nin AZ73RBTA******************** nömrəli hesabına xx.xx.2022-ci il tarixində (təyinatı 3423 saylı 05 avqust 2022 tarixli müqaviləyə əsasən EBCC217507 göstərilməklə) 146.000 manat məbləğində ödəniş (köçürülmə) edilmişdir mi? - xx.xx.2022-ci il tarixdən bugünə kimi Cavabdeh1 tərəfindən "xxxx" MMC-nin hesabına nə qədər ödənişlər edilmişdir? 2. "xxxx" ASC-nin qarşısında aşağıdakı suallar qoyulsun:- AZ59RBTA******************** nömrəli hesab kimə məxsusdur? - xx.xx.2022-ci il tarixdən Cavabdeh1 tərəfindən "xxxx" MMCnin "xxxx" ASC-də olan hesablarına nə qədər ödəniş edilmişdir?
49. "xxxx" ASC sorğuya cavab olaraq 18 fevral 2026-cı il tarixli məktubunda qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin hesabında xx.xx.2022-ci il tarix üzrə 146.000 ( bir yüz qırx altı min,000) manat məbləğində köçürmə aşkar olunmamışdır.
50. "xxxx" ASC sorğuya cavab olaraq 12 fevral 2026-cı il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixindən sonra İddiaçı MMC-nin hesabına, Cavabdeh1 MMC tərəfindən köçürülürən (hesabatlarda görə bildiyimiz) və ya hesaba nağd olaraq mədaxil edilən vəsaitin məbləği 344 210.46 AZN təşkil edir. Bundan əlavə, sorğuda qeyd edilən AZ59RBTA******************** saylı hesab “Kaspian” filialının kassa (AZM) hesabıdır.
51. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-6161/2025 saylı qərardadı ilə Cavabdeh2 əməllərində cinayət tərkibinin (sübut qismində məhkəməyə təqdim edilmiş sənədin saxtalaşdırılması) əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.
52. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
54. 181.2-ci maddəsinə əsasən, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
55. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
57. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
58. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
59. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
60. 570.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
61. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır.
62. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
63. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
64. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
65. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.
66. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
67. Beləliklə, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 05 avqust 2022-cü il tarixli 34/22 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir, Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 08 elektron qaimə göndərilmişdir. İddiaçı hazırda cavabdehə 764846,31 manat dəyərində mal satıldığına, malların bir hissəsinin dəyərinin ödənilmədiyinə istinad edərək 335803,40 manat əsas borc, 60444,61 manat ƏDV borcu və 730681,33 manat hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi məhkəmə hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, alqı-satqı müqaviləsindən məlumatı olmayıb, şirkətin adından işləri onun qardaşı Cavabdeh2 icra etdiyi üçün onu cavabdeh qismində işə cəlb edilməsini xahiş etdi. Digər Cavabdeh2 isə bildirdi ki, həqiqətən də alınan mallara görə Cavabdeh1 MMC-nin iddiaçı şirkətə borcu qalıb, lakin iddiada göstərilən məbləğ gədər deyil, cəmi 95613,25 manat qalıb, həmin hissədə iddianı qəbul edir.
68. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 avqust 2022-cü il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və bu müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər.
69. Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (95613,25 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır.
70. Cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi “RER GROUP» MMC şirkətinin adından da "Marvel Azerbaijan” MMC-dən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb, dəyərinin 540.000 manat hissəsini ödəmiş, 240.000 manat isə "xxxx" MMC-yə borclu qaldığını bildirir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən Cavabdeh2 polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçının tələb etdiyi 8 qaimə üzrə borc məbləği üzrə həm nağd, həmdə köçürmə yolu ilə ödədiyini və 95613 manat borcun qaldığını bildirmişdir.
71. Bundan əlavə iddiaçının əvvəl işçisi olmuş Elnur Atakişili tərəfindən xx.xx.2023cü il tarixdə elektron poçt ünvanı vasitəsi Cavabdeh2 göndərilən sənəddə xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-yə satılmış malın dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları və iddiaçının nümayəndəsinin izahatı, bundan əlavə Elnur Atakişilinin şahid ifadəsi ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən İddiaçı MMC və işçi X5 arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən Marvel Azerbaijan MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Atakişili Elnurun hazırkı mübahisəli dövr ərzində iddiaçı şirkətin rəsmi işçisi olması işin mübahisəsiz halıdır.
72. Beləliklə iddiaçı şəxsən, nümayəndəsi vasitəsi ilə cavabdehə (Cavabdeh1 MMC-nin adından malları qəbul edib, realizə edən Cavabdeh2) elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 95613,25 manat təşkil etdiyini göstərmişdir. Lakin, iddiaçı və şahid qismində dəvət olunan X5 həmin məbləğə və həmin borc məbləğinin əks olunduğu cədvələ etiraz etdilər.
73. X5 iddiaçı şirkətin pərakəndə ticarət üzrə satış nümayəndəsi olaraq Cavabdeh1 MMC-nin qalıq borcu ilə bağlı e-mailın Cavabdeh2 göndərilməsini etiraf etmişdir. Sadəcə E.Atakişili bildirdi ki, həmin e-mail vasitəsi ilə Cavabdeh2a Cavabdeh1 MMCnin qalıq borcu ilə bağlı bir cədvəl deyil, iki cədvəl göndərib (malların növlərinə uyğun olaraq iki hissəyə bölüb), bir cədvəldə borc 95613,25 manat göstərilib, digər cədvəldə əlavə olaraq 300.000 borc öz əksini tapıb. Və buna dair flaş-kartda izahlı cədvəl iddiaçının nümayəndəsinə təqdim edib, iddiaçının nümayəndəsi də məhkəməyə təqdim etmişdir.
74. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən flaş-kart məhkəmə iclasında tətqiq edilmişdir. Həmin kartda olan görüntüdə exell-cədvəl öz əksini tapmışdır. Lakin, həmin cədvəlin (Cavabdeh1 MMC-nin borcunu iki hissədən ibarət olması) Elnur Atakişili tərəfindən e-mail vasitəsi ilə Cavabdeh2 göndərilməsi müəyyən edilmir. İddiaçının nümayəndəsinə və şahid qismində ifadəsi alınmış E.Atakişiliyə məhz e-mail yazışmasının (ələxsus da Cavabdeh2 məhkəməyə təqdim etdiyi e-mail yazışmasından fərqlənən) məhkəməyə təqdim edilməsi təklif edilsə də, məhkəməyə təqdim etməmişdilər. Belə olan halda isə iddiaçının və şahidin bildirdiyi kimi cavabdeh MMC-nin borcunun daha çox olması öz təsdiqini tapmamışdır.
75. Bir vacib məqam da ondan ibarətdir ki, baxmayaraq ki, şahid (iddiaçı şirkətin əvvəllər rəsmi işçisi olan Elnur Atakişili ) bildirir ki, MMC-yə satılan mallar növlərinə görə iki hissədən ibarət olmuşdur və qalıq borc məbləğlərini də bir e-mail məktubu ilə, iki cədvəl olaraq göndərmişdir, lakin bu ifadədə də ziddiyatlı məqamlar ortaya çıxır. Belə ki, Cavabdeh2 məhkəməyə təqdim etdiyi (ona e-mail üzərindən gələn cədvəldə) xx.xx.2023-cü il tarixə Cavabdeh1 MMC-yə satılmış malın cəmi dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil etdiyi qeyd olunmuşdur. İddiaçının nümayəndəsinin və şahidin verdiyi ifadəsinin doğruluq ehtimalı belə əsas götürülsə, yenə də ziddyatlı izahatları üzə çıxmış olur. Belə ki, Elnur Atakişili tərəfindən Cavabdeh2 göndərilən cədvəldə cəmi satılan malların dəyəri (764846,31 manat) ilə iddiaçı tərəfindən cavabdeh şirkətə göndərilən e-qaimələrin cəmi dəyəri ilə (764.846,31 manat) tamamilə üst-üstə düşür. Əgər şahidin dediyi kimi borc məbləğini əks etdirən başqa növdə olan mallara görə də ikinci borc cədvəli də həmin e-mail üzərində göndərilmişdirsə (borc məbləği iki hissəyə bölünmüşdürsə), o zaman ən azı göndərilən e-qaimələrin məbləği iki qat daha çox olmalı idi, bu da iş materialları ilə hər-hansı formada müəyyən edilmir. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair cəmi 764846,31 manatlıq e-qaimələr göndərilib, onların belə təhvil-təslim aktları məhkəməyə təqdim edilməmişdir.
76. Məhkəmə əlavə olaraq iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
77. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
78. Həmin qaydaların:
79. 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.
80. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur;
81. 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
82. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
83. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
84. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
85. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.
86. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
87. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
88. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.
89. Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 764846,31 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil-qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir.
90. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı dəqiq müəyyən etmək mümkün olmamışdır.
91. Lakin, iş materiallarında olan çoxsaylı sənədlər əsasında o müəyyən edildi ki, tərəflər arasında hesablaşmalar yalnız köçürmə yolu ilə deyil, nağd qaydada da həyata keçirilmişdir, həm malların ilkin ödənişi olaraq 20-30%, həm də malların dəyəri olaraq pul vəsaitinin. Bu həmçinin iddiaçının təqdim etdiyi “göndərilən e-qaimələrin və ödənişlərin siyahısına dair cədvəldən” belə görünür. Belə ki, məhz iddiaçının təqdim etdiyi həmin cədvəldə göstərilən hər bir e-qaimə üzrə ayrı-ayrılıqda ödənişlər (belə başa düşülür ki, nağd qaydada edilmişdir) ilə bank hesabından çıxarışda göstərilən ödənişlərdən fərqlənir (bank hesabından çıxarışda göstərilən ödənilən e-qaimələr ilə iddiaçının cədvəlində göstərilən ödənilən e-qaimələrin nömrələri və məbləğləri fərqlidir). E-qaimələrə münasibətdə isə cavabdeh Q.Rafiq bildirdi ki, 2022-ci ilin sentyabr ayından etibarən göndərilən e-qaimələrdən məlumatı olmamış və malları qəbul etməmişdir.
92. AR MPM-in:
93. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
94. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
95. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
96. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
97. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli Cavabdeh1 MMC-dən iddiaçın xeyrinə 95613,25 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh1 MMC-nin cəmi bir dəfə məhkəmə hazırlıq iclasında iştirak edən direktorunun “alqı-satqı müqaviləsindən heç bir məlumatının olmaması, cavabdeh qismində Cavabdeh2 olması” etiraz arqumentinə dair məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə direktor tərəfindən imzalanmamış olsa belə, həmin müqavilədə Cavabdeh1 MMCnin möhürü mövcüddur və MMC-nin adına iddiaçı şirkət tərəfindən göndərilən eqaimələr etiraz edilərək ləğv edilməsi üçün qeri qaytarılmamışdır, bütün eqaimələr sistem tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən əgər Cavabdeh2 (MMC-nin direktorunun doğma qardaşı) Cavabdeh1 MMC-nin adından hərəkətləri qanunsuz və şirkətin xəbəri olmadan həyata keçirmiş olseydi, MMC tərəfindən şirkət daxili araşdırma və hüquq-mühafizə orqanlarına müraciətlər edilərək hüquq müstəvisində araşdırmanın aparılmasını, Cavabdeh1 MMC-nin zərərçəkmiş şəxs qismində tanınmasını və Cavabdeh2 əməllərinə görə cəzalandırılmasını tələb edə bilərdi, lakin bu kimi hallar iş materialları ilə öz təsdiqi tapmır.
98. Bundan əlavə, möhür məsələsinə məhkəmə onu da qeyd edir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.
99. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, məhkəmə qənaəti belədir ki, hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.
100. Beləliklə, bütün yuxarıda qeyd edilənləri və iddiaçı ilə alqı-satqı müqaviləsi Cavabdeh2 ilə deyil, Cavabdeh1 MMC ilə bağlandığı üçün, iddia əsas borc hissəsində yalnız MMC-yə münasibətdə və qismən olaraq ƏDV daxil 95613,25 manat (iddiaçı şirkətin rəsmi işçisi olmuş Elnur Atakişi tərəfindən göndərilən e-maildə göstərilən qalıq borc) həddində təmin edilməlidir.
101. Bundan əlavə iddiaçı müqavilə bəndinə istinad edərək 730681,33 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
102. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
103. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
104. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
105. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ƏDV daxil cəmi 95613,25 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdeh MMC-dən tutulacaq dəbbə pulu azaldılaraq 4780 manat məbləğində müəyyən edilməlidir.
106. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1422,86 manat dövlət rüsumu ödənilmişdir.
107. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
108. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 390 manat məbləğində pul vəsaiti cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
109. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən ƏDV daxil 95613,25 manat əsas borc, 4780 manat dəbbə pulu olmaqla, cəmi 100.393,25 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 390 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edlsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova