Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6165/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğluna qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləg üzrə 2785.5 (iki min yeddi yüz səksən beş manat 50 qəpik) manat məbləğində borcun, 881 (səkkiz yüz səksən bir) manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 100 (bir yüz ) manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir, müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 6000 (altı min) manat olmaqla mal almışdır. Həmin məbləğin 1000 (bir min) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 5000 (beş min) manatı xx.xx.2021-ci il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 2785.5 (iki min yeddi yüz səksən beş manat 50 qəpik) manat, cərimə borcu isə 881 ( səkkiz yüz səksən bir) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə bildiriş və pretenziya məktubu da göndərilmişdir (cavabdehin elektron vergi kabinetinə). xx.xx.2022-ci il tarixdə "X3" MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC və Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlu arasında imzalanmış 5 avqust 2021 tarixli alğı-satqı müqaviləsinə əsasən “satıcı” ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 (Bunda sonra “Əlavə 1” adlandırılacaq) əks olunan texniki avadanlıqları (bundan sonra “mal” adlanacaq) dəyərini nağd və ya hissə-hissə ödənilməklə “alıcı”ya satmağı, “alıcı” isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-də əks olunmuş formada “satıcı”ya ödəməyi öhdəsinə götürür. İddiaçı MMC və Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlu arasında imzalanmış 5 avqust 2021 tarixli alğı-satqı müqaviləsi və təhvil-təslim aktına əsasən “satıcı” bu müqavilənin 1.2-ci bəndində qeyd olunan malları “alıcı”ya dəyəri bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş formada və məbləğdə ödəmək şərti ilə satır, “alıcı” isə alınan malların dəyərini bu müqavilənin 1.3 bəndinə uyğun formada və həcmdə “satıcı”ya ödəməyi öhdəsinə götürür. Təhvil-təslim aktını hər iki tərəf imzalamışdır. İddiaçı MMC və Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlu arasında imzalanmış xx.xx.2021-ci il tarixli tarixli alqı-satqı müqaviləsinə dair əlavə 1 olan X1 1.000 manat ilkin ödəniş xx.xx.2022 tarixinədək aylıq 500 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. 12 oktyabr 2022 tarixli 111 nömrəli maliyyə arayışında Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlunun 5 avqust 2021 tarixli alğı-satqı müqaviləsinə əsasən 2785,5 manat əsas borc, 881 manat cərimə borcu qeyd edilmişdir. xx.xx.2022 tarixli **********/427906244 nömrəli ödəniş tapşırığna əsasən 100 manat Bakı 2 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC və Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlu arasında 5 avqust 2021 tarixli alğı-satqı müqaviləsi imzalanmış, 6.000 manat məbləğində malın alğı-satqısı tərəflər arasında razılaşdırılmış, cavabdeh tərəfindən 1.000 manat məbləğində ilkin ödəniş olmuşdur. Daha sonra tərəflər arasında aylıq 500 manatın ödənilməsi razılaşdırılsa da cavabdeh öhdəlyini tam olaraq icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan tərəflər arasında imzalanmış təhviltəslim aktı, qiymətlərin razılaşma protokollarından 5 avqust 2021 tarixli alğı-satqı müqaviləsi üzrə Tağıyev Elçı̇ n Fı̇ rdovsi oğlunun borcu olması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, 2785,5 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı 881 (səkkiz yüz səksən bir) manat cərimənin ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 278 manat cərimə məbləği tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, 100 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2785.5 manat əsas borc, 278 manat cərimə məbləği, 100 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-6165/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6165/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver