Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-617/2023 03.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 1.500,85 manat xidmət haqqı borcu və 3.551,84 manat cərimə məbələği, cəmi 5.052,69 manat pulun, 110 manat hüquqi yardıma görə ödəniş və 100 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 07 oktyabr 2016-cı il tarixli, 100\02 saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3-cü bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi İcraçı tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirilir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir. Lakin Müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 05 dekabr 2019-cu il tarixli TC 814\19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 211,46 manat; -Təqdim edilmiş 09 yanvar 2020-ci il tarixli TC 023\20 saylı hesab-faktura ilə 2019-cu ilin dekabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 292.06 manat; -Təqdim edilmiş 31 may 2020-ci il tarixli 618\20 saylı hesab-faktura ilə 2020-ci ilin may ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 118,30 manat; -Təqdim edilmiş 30 iyul 2020-ci il tarixli 873\20 saylı hesab-faktura ilə 2020-ci ilin iyun ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 733,88 manat, -Təqdim edilmiş 30 aprel 2021-ci il tarixli 616\21 saylı hesabfaktura ilə 2021-ci ilin aprel ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 145,15 manat; cəmi 1 500,85 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 5.3-cü maddəsinə görə cavabdeh Şirkətin xidmət haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmçinin xidmət haqqı məbləğləri vaxtında ödənilmədiyinə görə hər keçən gün üçün müqavilə şərtinə uyğun olaraq ödənilməmiş məbləğin 0,3% məbləğində cərimə hesablanır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı ilə Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə sənədlərin və bağlamaların daşınması üzrə 100/02 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı (İddiaçı MMC) sifarişçi (Cavabdeh MMC) ilə razılaşdırılmış şərtlər əsasında göndərmənin qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərmənin həyata keçirilməsini üzərinə götürmüşdür. Müqavilə hər iki tərəfdən imzalanmış və möhürlə təsdiq edilmişdir. Hazırda iddiaçı icra edilmiş xidmətlər üzrə göndərilmiş 5 ədəd elektron qaimə (05.12.19-cu il, 09.01.20-ci il, xx.xx.2020-ci il, 30.07.20-ci il, xx.xx.2021-ci il) üzrə ödənilməmiş borcun qaldığını bildirərək cəmi 1.500,85 manat xidmət haqqı və 3.551,84 manat cərimə borcunu tələb edir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 isə xx.xx.2023-cü il tarixdə iddiaya etiraz göndərərək ancaq xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini, digər elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyini bildirmiş və iddianın 145,15 manat hissəsi istisna olmaqla, qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə yenidən ərizə göndərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli sənədlərin və bağlamaların daşınması üzrə 100/02 saylı xidmət müqaviləsi ilə bağlıdır. Ona görə də, sənədlərin və bağlamaların daşınması müqaviləsi üzrə yaranmış öhdəliyin icra edilməsinin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli baxımından aşağıdakı normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşdən göründüyü kimi, cavabdeh tərəf özü məhkəməyə göndərmiş olduğu xx.xx.2023-cü il tarixli iddiaya etirazda xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini və qeyd edilən xidmətin həyata keçirilməsini və bu hissədə iddianı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə xidmətin göstərilməsi təsdiqini tapmış və bu hissədə iddia əsaslıdır və əlavə araşdırma tələb olunmur. İşdə olan xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 211,46 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Rusiyanın Moskva şəhərinə göndərmə ilə bağlı olmuşdur. Adı çəkilən hesab faktura əsasında da, elə həmin gün yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli dekabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 023/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 292,06 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Qanuni nümayəndə tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Türkiyəyə göndərmə ilə bağlı olmuşdur. Adı çəkilən hesab faktura əsasında da, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli may ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 618/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 118,30 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Niderlanda göndərmə ilə bağlı olmuşdur. Adı çəkilən hesab faktura əsasında da, elə həmin gün yəni, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. Həmçinin də, qeyd edilməlidir ki, hesab-fakturadan görünür ki, Niderlanda göndərilməli olan əşyanın və yaxud sənədin çəkisi 0,5 kq olmuşdur. İddiaçı tərəf də, hazırkı xidmətin göstərilməsinin təsdiqi olaraq 0,5 kq çəkisində olan sənəd və yaxud əşyanın Niderlandın Amsterdam şəhərində olan X1 B.V şirkətinə çatdırılma ilə bağlı imzalı poçt göndərişinin qəbzini işə əlavə etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli iyul ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 873/20 saylı hesab fakturadan görünür ki, göstərilmiş xidmətin dəyəri 733,88 manat təşkil etmiş və hesab faktura DHL-in əməkdaşları tərəfindən imzalanmış möhürü ilə təsdiq edilmiş, eyni zamanda da, Kolisnikova Yuliya tərəfindən imzalanmışdır. Qeyd edilmiş hesab-faktura Rusiyanın Moskva şəhərinə göndərmə ilə bağlı olmuşdur. Adı çəkilən hesab faktura əsasında da, elə həmin gün yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə elektron qaimə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir. Qeyd edilmiş hesabfaktura Türkiyəyə, Böyük Britaniya və ABŞ-na əşya və ya sənədin göndərilməsi ilə bağlı olmuşdur. İddiaçı tərəf həmçinin qaimə-fakturada göstərildiyi kimi çəkisi 9 kq olan əşya və ya sənədin Türkiyəyə çatdırılması, çəkisi 0,3 kq olan əşya və ya sənədin ABŞ-na çatdırılması və Böyük Britaniyaya çatdırılması barədə imzalı poçt göndərişinin qəbzini işə əlavə etmişdir. Göründüyü kimi, cavabdeh tərəf sadalanmış 4 ədəd qaimə fakturada nəzərdə tutulmuş xidmətlərin göstərilməsini qəbul etməmiş və elektron qaimələrin sistem tərəfindən təsdiq edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli EBBB seriyalı 002193 saylı, dəyəri 145,15 manat təşkil edən elektron qaiməyə və digər elektron qaimələrin tarixinə nəzər yetirilsə görünür ki, sistem tərəfindən təsdiq edilmiş elektron qaimələr cavabdeh tərəfindən mübahisləndirilməyən elektron qaimədən əvvəlki tarixə aiddir, həmçinin də, tərəflər arasında sonradan cavabdehin özünün də, qəbul etdiyi xidmət göstərilmiş ancaq buna baxmayaraq, cavabdeh əvvəlki elktron qaimələrə heç bir etiraz etməmişdir. Bundan başqa da, qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli may ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 618/20 saylı hesab fakturada (xx.xx.2020-ci il tarixli elektron qaimə), xx.xx.2020-ci il tarixli iyul ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş 873/20 saylı hesab fakturada (xx.xx.2020-ci il tarixli elektron qaimə) əks edilmiş xidmətlərin göstərilməsinə dair məhz qeyd edilmiş hesab fakturalarda əks edilmiş çəkidə olan sənədin və əşyanın çatdırılması barədə qəbzlər təsdiq edir ki, qeyd edilmiş xidmətlər göstərilmişdir. xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab faktura və xx.xx.2020-ci il tarixli dekabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 023/20 saylı hesab fakturada əks edilmiş xidmətlərlə bağlı iddiaçı tərəfindən əlavə edilmiş sənədin və əşyanın çatdırılması barədə qəbzləri aydın şəkildə təhlil etmək mümkün olmasa da, görünür ki, tərəflər arasında işgüzar münasibətlər və sənədləşmələr oxşar formada həyata keçirilmişdir. Belə ki, ilk öncə hesab faktura tərtib edilmiş sonra elektron qaimə göndərilmiş və sistem tərəfindən qəbul edilmişdir. Həmçninin o da, qeyd edilməlidir ki, məhkəmə iclasında iddiaçıdan Kolisnikova Yuliya və Qanuni nümayəndə kim olması soruşulmuş və o da, cavabdehin əməkdaşları olduğunu qeyd etmişdir. Məhkəmə ona da, diqqət edilməsini zəruri hesab edir ki, Türkiyəyə, Böyük Britaniya və ABŞ-na əşya və ya sənədin göndərilməsi ilə bağlı hesab fakturanı Kolisnikova Yuliya da imzalamış və həmin hesab faktura üzrə də, çatdırılma ilə bağlı qəbz təqdim edilmişdir, həmçinin xx.xx.2019-cu il tarixli noyabr ayında göstərilmiş xidmətlərə görə tərtib edilmiş TC 814/19 saylı hesab fakturanı da, Kolisnikova Yuliya imzalamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən sadalanmış xidmətlərin hər biri icra edilmişdir. Ona görə də, iddia 1.500,85 manat xidmət haqqı tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndində öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, Cavabdeh MMC-nin 1500,85 manat məbləğində əsas borcuna münasibətdə 70 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 16 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 110 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı MMC ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhər 2 saylı Vəkil Bürosuna 210 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 110 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli 100/02 saylı müqaviləyə əsasən əsas borc üzrə 1.500 (bir min beş yüz) manat 85 (səksən beş) qəpik məbləğində pul, cərimə borcu üzrə 70 (yetmiş) manat məbləğində pul, ümumilikdə 1.570 (bir min beş yüz yetmiş) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 110 (yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-617/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-617/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver