Məhkəmə qərarları › İş №e-2-2(113)-619/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-619/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-619/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc 27500 manat, faiz borcu 2750 manat, cəmi 30250 manat pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında mal və materialların sonuncu tərəfindən İddiaçınə təchiz olunmasına dair razılaşma əldə edilmişdir. Həmin mallar cavabdehin sahibkarlıq fəaliyyəti çərçivəsində "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin aparılması üçün sonuncuya təchizedilməli idi. Cavabdeh 27500 manat pulu alıb razılaşmaya uyğun olmayan mallar təhvil vermişdir. Buna görə də "xxxx" MMC həmin malları digər təchizatçıdan almaq məcburiyyətində qalmışdır. Təchiz edilmiş mallar cavabdehə geri qaytarılsa da, cavabdeh aldığı 27500 manat pulu verməmişdir. İşə əlavə edilmiş 20.11.2019-cu il tarixli razılaşma protokolundan da görünür ki, Cavabdeh İddiaçınə 27500 manat pulun borclu olduğunu etiraf edir. Həmin razılaşma üzrə o 21.11.2019-cu il tarixinədək 5000, 26.11.2019-cu il tarixinədək 5000, 08.12.2019-cu il tarixinədək 17500 manat ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi vəkil məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin elektron siteminə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında alıcı "xxxx" MMC-nin 27500 manat məbləğində vəsaiti ödədiyini, bunun müqabilində sonuncuya 264,67 m2 miqdarında parket təhvil verildiyini, lakin həmin parket lazımi ölçü və formada olmadığından çox bir hissəsinin geri qaytarıldığını və bununla bağlı 20.11.2019cu il tarixli razılaşmanın imzaladığını bildirmişdir. Həmçinin sözügedən razılaşmaya əsasən "xxxx" MMC-yə 27500 manat məbləğində borcun olduğunu, lakin faiz borcu ilə razı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli “Merçant” hotel üçün təchiz edilmiş parket materialının ödənişinin geri qaytarılması barədə razılaşma protokolundan görünür ki, "xxxx" MMC 264.67 m2 miqdarında lazımi ölçü və formada olmayan parketi Cavabdeh geri qaytarır, sonuncu isə sifarişçiyə 21.11.2019-cu il tarixinədək 5000 manat, 26.11.2019-cu il tarixinədək 5000 manat, 08.12.2019-cu il tarixinədək 17500 manat ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi alıcı "xxxx" MMC “Merçant” hotel üçün parket materiallarını təchiz etmək məqsədilə satıcı Cavabdeh sifariş vermiş və öncədən 27500 manat məbləğində vəsaiti ödəmiş, lakin 264,67 m2 miqdarında parket lazımi ölçü və formada olmadığından alıcı tərəfindən satıcıya geri qaytarılmışdır. Cavabdeh isə 20 noyabr 2019-cu il tarixli razılaşma protokolunu imzalamaqla sifarişçiyə 21.11.2019-cu il tarixinədək 5000 manat, 26.11.2019-cu il tarixinədək 5000 manat, 08.12.2019-cu il tarixinədək 17500 manat ödəməyi öz öhdəsinə götürsə də, öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 27500 manat məbləğində tələbi əsaslı olduğundan təmin edilməli, 2750 manat məbləğində faiz borcu tələbi hissəsində rədd edilməlidir, belə ki, iddia ərizəsində həmin tələbin hüquqi əsası göstərilməmiş, məhkəmə iclaslarında iştirak etməmiş iddiaçının nümayəndəsindən isə qeyd olunanları dəqiqləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27500 manat məbləğində pu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia 2750 manat məbləğində faiz borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27500 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 2750 manat məbləğində faiz borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar