Məhkəmə qərarları › İş №e-2-2(113)-6198/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6198/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6198/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məhdud Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, DY-057.2023 saylı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə cavabdehdən əsas borc olaraq 34905 manat, cərimə kimi həmin məbləğin 0.2%-ini təşkil edən 19546 manat, dövlət rüsumu qismində ödənilmiş 254 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli, DY-057.2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdehə 34905 manat məbləğində mal-material satılmışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından da görünür ki, mal-material müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə faktura həmin mal-materialların cavabdehə göndərilməsi sübut edilir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, mal-materialların dəyərini ödəməmişdir. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə şərtlərini yerinə yetirməkdən birtərəfli qaydada boyun qaçırmışdır. Odur ki, mübahisənin məhkəmədə mübahisələndirilməsinə zərurət meydana gəlmişdir. Hesab edilmişdir ki, müqavilənin ümumi dəyərini təşkil edən 34905 manat, müqavilənin 4.4-cü bəndinə əsasın cərimə kimi hər gecikdirilən gün üçün həmin məbləğin 0.2%-ini təşkil edən 19546 manat, dövlət rüsumu qismində ödənilmiş 254 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməlidir. Cavabdeh axırıncı malı xx.xx.2023-cü il tarixində almışdır. Cərimə məbləği xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər aşağıdakı qaydada hesablanmışdır: 34.905 azn * 0.2% = 69.81 manat, 69.81 manat * 280 gün = 19.546, 80 manat.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 448, 449-cu maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində "xxxx" MMC arasında 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə satıcı alıcıya müqavilənin tərkib hissəsi olan əlavələr üzrə mal-material, avadanlıq və ya xidmətləri satır, alıcı isə mal-material, avadanlıq və ya xidmətləri qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən alıcının malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən sifariş göndərildikdən sonra həmin sifariş üzrə tərtib edilmiş əlavə qiymət razılaşma protokolunda göstərilmiş müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyənləşdirilir. Qiymətlərin razılaşdırılması protokollarında malların qiymətləri razılaşdırıla bilər. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən alıcı sifariş olunan malların dəyərinin 100% həcmində ödənişini satıcının təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 15 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malların dəyərinin 100% həcmində ödənişi satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra müqavilənin 4.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə həyata keçirmədiyi təqdirdə gecikdirilmiş hər gün üçün alıcı 0,2% cərimə ödənişi etməlidir.

8. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqısatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqısatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 70 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

10. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 02 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 02 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 900 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

12. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 03 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 12331 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

14. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 04 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 04 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 1275 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

16. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 05 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 05 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 11600 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

18. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 06 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 06 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 2700 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

20. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 07 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiyməti barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. Tərəflər arasında bağlanmış 31 avqust 2023-cü il tarixli, DY-057.2023 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 07 nömrəli təhvil-təslim aktından görünür ki, ƏDV daxil ümumi dəyəri 2250 manat olan mal İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

22. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 409703 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 69,99 manat (ƏDV daxil) təşkil edir.

23. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 724760 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 900 manat (ƏDV daxil) təşkil edir.

24. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 775635 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12331 manat (ƏDV daxil) təşkil edir.

25. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 110085 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11600 manat (ƏDV daxil) təşkil edir.

26. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 109658 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1275 manat (ƏDV daxil) təşkil edir.

27. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 604305 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2250 manat (ƏDV daxil) təşkil edir.

28. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 650474 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2880 manat (ƏDV daxil) təşkil edir.

29. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 651510 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5400 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 431432 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8800 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 698908 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2700 manat (ƏDV daxil) təşkil edir.

32. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 000İCZ********** Ref nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023 EBDN 409703, xx.xx.2023 EBDN 724760, xx.xx.2023 EBDN 775635 elektron qaimələr üzrə 11272,02 manat ödəniş edilmişdir.

33. **********753691 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən həmin qaimələr üzrə iddiaçının subuçot hesabına 2028,98 manat məbləğində ödəniş edilmişdir.

34. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 34905 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

37. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı malları cavabdehin mülkiyyətinə versə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu, işdə olan, yuxarıda qeyd olunan sübutlarla təsdiqini tapır.

38. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, DY-057.2023 saylı alqı-satqı müqaviləsi üzrə 34905 manat məbləğində qalıq borcun tutulması təşkil edir.

39. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, DY-057.2023 saylı alqı-satqı müqaviləsi üzrə 34905 (otuz dörd min doqquz yüz beş) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, təqdim olunmuş elektron qaimələr üzrə ümumi məbləğ ƏDV daxil 48206 manat təşkil edir. Həmin məbləğdən 13301 manat (11272,02+2028,98=13301) ödənilmişdir. Beləliklə, qalıq məbləğ ƏDV daxil 34905 manat (48206-13301=34905) təşkil edir.

40. Bundan əlavə, iddiaçı cavabdehdən 19546 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

41. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1800 (min səkkiz yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

42. Eləcə də, iddiaçı 254 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

43. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,80 manat (yüz yetmiş manat səksən qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 34905 (otuz dörd min doqquz yüz beş) manat borc, 1800 (min səkkiz yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170,80 manat (yüz yetmiş manat səksən qəpik) olmaqla, cəmi 36875,80 manat (otuz altı min səkkiz yüz yetmiş beş manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar