Məhkəmə qərarları › İş №e-2-2(113)-6199/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6199/2022

24.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6199/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə Ərizəçi İqtisadiyyat Nazirliyi X2 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna olan 2168,33 manat, işsizlikdən sığorta fonduna olan 78,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 503,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi X2 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna olan 2168,33 manat, işsizlikdən sığorta fonduna olan 78,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 503,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Ərizəçi İqtisadiyyat Nazirliyi X2 Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə Dövlət Sosial Müdafiə Fonduna olan 2168,33 manat, işsizlikdən sığorta fonduna olan 78,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 503,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar