Məhkəmə qərarları › İş №e-2-2(113)-620/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-620/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-620/2022 17.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı cavabdehdən 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1.243,00 manat gecikdirilmiş borc və hesablanmış 1,067.02 manat cərimə borcu, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208.00 manat gecikdirilmiş borc və 215.94 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 2,733.96 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 3,183.96 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 4,274.00 manat gecikdirilmiş borc və hesablanmış 861.34 manat cərimə borcu, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 1,008.00 gecikdirilmiş borc və 190.51 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 6,333.85 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 6,783.85 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1.243,00 manat gecikdirilmiş borc və hesablanmış 1,067.02 manat cərimə borcu, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208.00 manat gecikdirilmiş borc və 215.94 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 2,733.96 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 3,183.96 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli və 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) texnikanın ilkin dəyərinə 40% güzəşt tətbiq edilməklə və ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğinin ödəniş qrafikinə uyğun ödəmək şərtilə texnikaları lizinqə götürmüşdür. Cavabdehin 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1.243,00 manat gecikdirilmiş borc və hesablanmış 1,067.02 manat cərimə borcu, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208.00 manat gecikdirilmiş borc və 215.94 manat hesablanmış cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü, 442-ci və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda hüquqi yardım (müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılması) göstərilməsi üçün Agentlik tərəfindən vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 18.12.2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Həmçinin Müqavilələr üzrə ilkin iddia tələbinin 6,333.85 manat olmasını nəzərə alaraq “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MHİŞ 09779 nömrəli Arayışa əsasən Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği"nin 3.4-cü bəndinə uyğun oiaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 manat vəsait ödənilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmunlarına uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin iddiaçıya olan əsas borcu tamamilə ödənilmişdir. Ona görə də əlavə borcların silinməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli və 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli lizinq müqavilələrindən görünür ki, "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 16.03.2022-ci il tarixli Maliyyə arayışlarından görünür ki, cavabdehin iddiaçıya olan borcu 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208 manat gecikdirilmiş əsas borc və 215,94 manat cərimə borcu, 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1243 manat gecikdirilmiş əsas borc və 1067,02 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdeh arasında 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli və 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli lizinq müqavilələri bağlanmış və müqavilələrə əsasən "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafiklər üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilələr üzrə öhdəliylərini tam icra etməmişdir. Cavabdehin iddiaçıya olan borcu 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208 manat gecikdirilmiş əsas borc və 215,94 manat cərimə borcu, 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1243 manat gecikdirilmiş əsas borc və 1067,02 manat cərimə borcu təşkil etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərinin ödənilməsi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan lizinqi müqaviləsinə istinad edir. Məhkəmə iclasında tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli və 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli lizinq müqavilələri üzrə iddiaçıya olan gecikdirilmiş borclar təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqavilələrindən irəli gəlir. Belə ki, müqavilələrin 4.2-ci bəndinə əsasən cavabdeh ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan, onların məbləğlərini azaldaraq 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 10 manat, 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 50 manat hədlərində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 20.12.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə 350 manat Vəkil hesabına ödənilmişdir. Məhkəmə iddianın təmin edilmiş hissəsini və vəkillə müqavilə bağlansa da, vəkilin məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 350 manat məbləğin 100 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 100 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 50,84 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 52,23 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 75,71 manat (100 manat (mediasiya xərci) – 24,29 manat (dövlət rüsumunun cavabdehdən tutulmamalı olan hissəsi) = 75,71 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1243 manat gecikdirilmiş borc və 50 manat cərimə, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208 manat gecikdirilmiş borc və 10 manat cərimə, mediasiya xərci üzrə 75,71 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat, cəmi 1686,71 manat pul tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01.05.2019-cu il tarixli 709-GL/19 nömrəli müqavilə üzrə 1243 manat gecikdirilmiş borc və 50 manat cərimə, 16.09.2019-cu il tarixli 830-GL/19 nömrəli müqavilə üzrə 208 manat gecikdirilmiş borc və 10 manat cərimə, mediasiya xərci üzrə 75,71 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat, cəmi 1686,71 manat pul Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar