Məhkəmə qərarları › İş №e-2-2(113)-6200/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6200/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6200/2025 27.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə əsas və dəbbə pulu borcu) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh1 Şahismayilovna arasında imzalanmış xx.xx.2021-ci il tarixli 25/21 saylı Alqısatqı müqaviləsi üzrə Cavabdehdən İddiaçının xeyrinə 1 147 495,61 manat əsas borc, 206 549,21 manat ƏDV borcu, 2 583 384,88 manat cərimə borcu olmaqla, cəmi 3 937 429,7 manat borcunun və 2 758,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 Şahismayilovna arasında 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı Alqısatqı müqaviləsi (“Müqavilə”) (Əlavə 1) imzalanmışdır. Müqaviləyə əsasən Satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən Malları Alıcıya satır, Alıcı isə bu malların alışını həyata keçirir. Müqavilə imzalandığı gündən İddiaçı Cavabdehə cəmi dəyəri 2 241 523,99 manat (1 899 596,60 manat əsas və 341 927,39 manat ƏDV) olan Malların satışını icra etmişdi. Cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 752 100,99 manat, ƏDV borcundan 135 378,18 manat olmaqla, сəmi 887 479,17 manat ödəniş edilmişdir.(Əlavə 2 və 3) Gözdüyünüz kimi, Cavabdeh 60 gündən çoxdur ki, Müqavilə üzrə ödənişləri icra etmir. Cavabdehin İddiaçıya sözügedən müqavilə üzrə 1 avqust 2025-ci il tarixinə1 147 495,61 manat əsas borcu, 206 549,21 ƏDV borcu, 2 583 384,88 manat cərimə borcu olmaqla, cəmi 3 937 429,7 manat borcu vardır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 25/21 saylı Alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir. İddiaçı tərəfindən Cavabdehə borcun tam ödənilməsi üçün dəfələrlə pretenziya (mediasiya təklifi) göndərilmiş (Əlavə 4), həmçinin borcun tam bağlanması üçün dəfələrlə ona şifahi qaydada xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.

3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh1 Şahismayilovna arasında imzalanmış xx.xx.2021-ci il tarixli 25/21 saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 Şahismayilovna və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 1 147 495,61 manat əsas borc, 206 549,21 manat ƏDV borcu, 2 583 384,88 manat cərimə borcu olmaqla, cəmi 3 937 429,7 manat borcunun və 2 758,71 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh1 Şahismayılovanın iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı qaldırdığı bu iddia ilə qətiyyən razı deyil. Faktiki olaraq bu şirkət şəxsən onunla heç bir alqı-satqı müqaviləsi bağlamayıb. O, bu şirkətlə ümumiyyətlə tanış deyil. Rəsmi şəkildə yoldaşı olan, amma faktiki illərdir yaşamadığı Cavabdeh2 ilə İddiaçın arasında bağlanan müqavilələrdən onun heç bir mlumatı olmayıbdır. Cavabdeh2 onun adından ondan xəbərsiz bir neçə şirkətlərdən eləcə də onlardan biri olan İddiaçı ilə öz imzasi ilə saxtalaşdırmış şəkildə mallar əldə etmişdir. Onun tərəfindən Cavabdeh2 heç bir etibarnamə verilməyibdir. Onun adına xələl gətirmişdir və ona küllü miqdarda ziyan vurmuşdur. Bunu özü şəxsən etiraf edir və buna aid onun şəxsən özü tərəfindən etiraf etdiyi, göndərdiyi əlyazmasi mövcuddur. Bundan əlavə Bakı Kommersiya Məhkəməsində iş № e-2-2(113)-466)-2025 xx.xx.2025-ci il tarixli qətnaməsində digər şirkət olan iddiaçı “X6” X5 ilə cavabdehlər Cavabdeh1 Şahismayilovna, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə keçirilmişdir və həmin qətnamədə hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi ilə qərar verilmişdir ki, xx.xx.2021-ci il tarixli 116rtl-0921erc saylı alqı-satqı müqaviləsi üzrə satılmış mallara 62.590,80 manat məbləğində pul vəsaiti, 3100 manat dəbbə pulu, hüquqi yardım üçün 800 manat, medasiya xərci 405 man Cavabdeh2 tutularaq iddiaçiya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadi ilə məhkəmə-xətşünasliq ekspertizasi təyin edilmişdir. Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4-389 №-li Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş xx.xx.2021-ci il tarixli müqavilə üzrə qarşılıqlı üzləşmə X12 Sevda Şahismayilovna tərəfindən yox, başqa şəxs tərəfindən icra olumuşdur. Həmin Cinayət İşləri üzrə Yasamal Rpi-nin İstintaq Şöbəsinin xx.xx.2024 tarixli Qərari ilə ********* nömrəli Cinayət İşi üzrə o, Cavabdeh1 Şahismayilovna zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan əlavə Cavabdeh2 adına ümumilikdə 140000 man-dək Vergi borcu da yaratmışdır. Və bununla bağlı cinayət işi açılmışdır. Eyni zamanda adından müxtəlif vaxtlarda xaricə küllü miqdarda pul vəsaiti çıxarmışdır. O, bunu müəyyən müddətdən sonra adına rəsmi şəkildə cərimələr gələndən sonra xəbər tutmuş və dərhal aidiyyati qurumlara müraciət etmişdir. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinə müxtəlif vaxtlarda cərimələrlə bağlı şikayətləri olmuşdur. Və bunun nəticəsində Azərbaycan Respublikasi Mərkəzi Bank tərəfindən barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsində nəzərdə tutulmuş İnzibati Xəta törətdiyinə görə İnzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə nail olmuşdur və şikayətləri təmin olunmuşdur. Eyni zamanda Bakı şəhəri Xətai Rayonu İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən icraata xitam verilməsi haqqında Qərar digər bütün sənədlərlə birlikdə yerləşdirilmişdir. hazırda xx.xx.2025-ci il ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Polis Polkovnik-X1 tərəfindən materiallari nəzərdən keçirərək Cavabdeh2 X13, X8, Şahid, X7 və X4 xüsusilə küllü miqdarda əmlaklarını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar məcmusu və əməlində cinayət tərkibi olmadığından cinayət işinə xitam vermişdir. Onun bu şirkətlə heç bir iş birliyi olmamışdır. O evdar xanım olaraq çalışmır, iki azyaşlı övladı var. Və bu kimi işlərdən ümumiyyətlə anlayışı yoxdur.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 22 qaimədən 6 qaimə üzrə borc məbləği qalmışdır. Cavabdeh tərəfindən təqdim olunan mail yazışması tamamilə saxta sənəddir. Baş Polis İdarəsində Şahid ifadəsində cavabdeh tərəfin əsl borc məbləğini qeyd etmişdir, sonradan cavabdehə fərqli məbləğdə üzləşmə aktı göndərməsi inandırıcı deyil. Cavabdeh tərəfindən nağd ödənişlər olunmamışdır. Cavabdeh2 əvvəllər 3 dəfə iddiaçı tərəfə ödəniş etdiyini bildirmişdir. Həmin ödənişlər təhvil-təslim aktı, qiymət razılaşdırma protokolları olmadan edilmişdir, yəni tərəflər arasında işgüzar adət bu cür olmuşdur. Ödənişlər həm cavabdehin öz hesabından, həm də başqa hesablardan göndərilmişdir. Cavabdeh pulu nağd şəkildə gətirsə də, sonradan köçürmə yolu ilə hesaba qoyulmuşdur. Cavabdeh2 məhkəmə iclaslarında özü etiraf etmişdir ki, bütün müqavilələr və digər sənədlər Cavabdeh1 yox, onun tərəfindən imzalanmışdır. Qarşı tərəf polis idarəsində də iddiaçı şirkətə 2 milyondan çox borcu olduğunu etiraf etmişdir. Bakı Şəhər Baş Polis İdarəsində ifadə verən Şahid öz ifadəsində Cavabdeh2 1.354.000 manat borcu olduğunu etiraf etmişdir. Audit rəyində də Cavabdeh2 borc məbləği öz təsdiqini tapmışdır. Bütün bunlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, müqavilə bağlandıqdan sonra 1 il ərzində rəsmi şəkildə iddiaçıya 3 dəfə onun tərəfindən ödəniş olunmuşdur. Qarşı tərəf onlara verdiyi məbləğin bir hissəsini mənimsəmişdir. 16 sentyabr tarixindən sonra infakt keçirdiyi üçün iddiaçıdan mal götürməmişdir. Sentyabr ayından sonra göndərilən heç bir qaimədən məlumatı yoxdur. Onun Şahid tərəfindən göndərilən mail yazışmasında olan cədvəldəki 172.240 manat məbləğində borcu qaldığını qəbul edir. İddiaçı tərəfdən heç kim onunla üzləşmək istəmir, çünki rəqəmləri təhrif edirlər. 610.000 manatlıq malı iddiaçıdan əməkdaşları, yəni anbardarları ona məlumat verməklə həmçinin 30 faiz hissəsini ödəməklə götürmüşlər. İddiaçı tərəfindən təhvil-təslim aktları, qiymət-razılaşdırma protokolları təqdim olunmamışdır. İddiaçı tərəfindən elektron qaimələrdən kənar mal təhvil verilmişdir. 10.000 manat məbləğində elektrik süpürgələr iddiaçı tərəfindən ona hədiyyə göndərilmişdir. İddiaçı tərəf 30 faiz ödəniş olmasa mal vermirdi. Digər Cavabdeh1 iddia tələbinə heç bir aiddiyyatı olmamasını təsdiq edir. Bütün müqavilələr və digər sənədlər onun tərəfindən imzalanmışdır, digər cavabdehin məlumatı olmamışdır. Ona görə də Cavabdeh1 münasibətdə iddia tələbinin rədd edilməsini xahiş edir. Özünə aid hissədə isə iddia tələbini qismən – 172240 manat həddində qəbul edir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, borcun ona adiyyatı yoxdur. Həyat yoldaşı tərəfindən onun adına mallar götürülmüşdür. Bu mallara dair məlumatı yoxdur. Başqa şirkətlərlə də belə problemlər var. Hazırda adına 1 milyondan çox borc vardır. Şəxs həyat yoldaşıdır. Sadəcə birlikdə yaşamırlar. Başqa şirkətin də belə iddiası var idi. Həmin iş üzrə nəticə o, oldu ki, borc Cavabdeh2 tutuldu. Heç bir sənədi o imzalamamışdır. İş üzrə xəttşünaslıq ekspertizası da keçirilmişdir. Onun Vöen-i vardır. 2020-ci ildə balaca market açmışlar və bu zaman Vöen-i açılmışdır. Daha sonra VÖEN-i və Asan imzası yoldaşında qaldı. Müqavilədə olan heç bir imza onun deyildir. Digər borclar yoldaşının adına yönəldilmişdir. Yasamal rayon Polis Şöbəsində o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun heç bir müqavilədən və digər sənədlərdən məlumatı yoxdur. Sadəcə rəsmiyyətdə adından istifadə olunmuşdur. Ona görə də iddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi Cavabdeh2 fiziki şəxs olan işəgötürən Cavabdeh1 ilə xx.xx.2022-ci ildə müddətsiz əmək müqaviləsi bağlamış və Cavabdeh2 əmək funksiyası (vəzifəsi) sərəncamverici direktor qeyd edilmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh1 Şahismayilovna arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı Alqı-satqı müqaviləsinə əsasən:

11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklifədir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacaq və bu Müqaviləyə əlavə olunacaq.

12. Müqavilənin 1.2-ci bəndinə əsasən malların Alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacaq.

13. Müqavilənin 1.3-cü bəndinə əsasən alıcı, bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən müstəqildir və Təchizatçı, Alıcının bu Müqavilə imzalanan ana qədər üçüncü şəxslər qarşısında yaranmış və bu Müqavilə imzalandıqdan sonra yarana biləcək maliyyət və digər öhdəliklərinə görə məsuliyyət daşımır.

14. Müqavilənin 1.4-cü bəndinə əsasən sifariş dəyəri 5000$ (beş min USD)olduqda, ödəniş malların Alıcının anbarına göndərildiyi gündən 45 (qırx beş ) gün ərzində nəğd və elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir. Ödəniş bank vasitəsilə Təchizatçının bu Müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir.

15. Müqavilənin 1.5-ci bəndinə əsasən qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi Alıcının ƏDV depozit hesabından Təchizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təchizatçı ƏDV ödəyicisidir.

16. Müqavilənin 1.6-cı bəndinə əsasən mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya bu Müqavilənin 1.2-ci maddəində qeyd edilmiş şərtlərə uyğun qaydada təhvil verildikdən sonra Təchizatçıdan Alıcıya keçir.

17. Müqavilənin 2.1-ci bəndinə əsasən təchizatçının hüquqları:

18. Müqavilənin 2.1.1-ci bəndinə əsasən bu Müqavilə qüvvədə olduğu müddət ərzində, öz şəxsi mülahizəsinə görə istənilən zaman Alıcının satış ərazisi və iş şəraitini mütəmadi olaraq nəzərdən keçirmək, aşkar etdiyi qüsurların aradan qaldırılmasını Alıcıdan tələb etmək və Malların satışı və müştərilərə göstərilən xidmətlərlə bağlı Alıcıya tövsiyə və məsləhətlər vermək;

19. Müqavilənin 2.1.2-ci bəndinə əsasən malların Alıcıya alqı-satqı Müqaviləsi əsasında və ya hər hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək, dəyişmək və ya ləğv etmək;

20. Müqavilənin 2.1.3-cü bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədikdə, bu haqda Alıcıya rəsmi xəbərdarlıq məktubu verməklə Alıcı ilə bu Müqavilə çərçivəsində əməkdaşlığın istənilən mərhələsində onu dayandırmaq və onun Təchizatçı ilə tam hesablaşmasını tələb etmək.

21. Müqavilənin 2.2-ci bəndinə əsasən təchizatçının öhdəlikləri:

22. Müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcının sifarişlərini qəbul etmək və onların icrasının mümkünlüyü barədə 5 (beş) iş günü ərzində ona məlumat vermək.

23. Müqavilənin 2.2.2-ci bəndinə əsasən malı Alıcıya həmin mala (əşyaya) aid ləvazimatı və ya sənədləri (zəmanət sənədi və s.) ilə birlikdə vermək.

24. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının hüquqları:

25. Müqavilənin 2.3.1-ci bəndinə əsasən satışa çıxarılmış Mallar, onların keyfiyyət göstəriciləri və əsas xüsusiyyətləri haqqında Təchizatçıdan məlumat almaq;

26. Müqavilənin 2.3.2-ci bəndinə əsasən malları əvvəlcədən sifariş etmək və sifarişinin yerinə yetrilib yetirilə bilməyəcəyi barədə bu Müqavilənin 2.2.1 -ci maddəsində təsbit edilmiş müddət ərzində Təchizatçıdan məlumat almaq;

27. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının öhdəlikləri:

28. Müqavilənin 2.4.1-ci bəndinə əsasən təchizatçını bu Müqavilə çərçivəsində özünün Satış Ərazisi və satışların həyata keçiriləcəyi məkan ilə tanış etmək və Təchizatçının tələbi ilə bu barədə ona müfəssəl məlumat vermək; malların satışının təşkili, pərakəndə qiymət müəyyən edilməsinə dair və müştərilərə göstərilən xidmətlərlə bağlı Təchizatçının tövsiyə və məsləhətlərinə əməl etmək;

29. Müqavilənin 2.4.2-ci bəndinə əsasən bu Müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı baş vermiş və ya gözlənilən dəyişikliklər haqqında Təchizatçıya 48 (qırx səkkiz) saat ərzində məlumat vermək;

30. Müqavilənin 2.4.3-cü bəndinə əsasən müştərilərin istək və tələbləri barədə Təchizatçıya mütəmadi məlumat vermək;

31. Müqavilənin 2.4.4-cü bəndinə əsasən müştərilərin rəy və təkliflərini öyrənmək üçün Təchizatçının həyata keçirdiyi tədbirlərə yardım göstərmək və belə tədbirlərin təşkilində Təchizatçının tələbi olduğu halda bilavasitə iştirak etmək;

32. Müqavilənin 2.4.5-ci bəndinə əsasən təchizatçı bu Müqavilə çərçivəsində əməkdaşlıq, səbəbindən asılı olmayaraq dayandırıldıqda, Alıcının bu Müqavilə əsasında və ya tərəflərin razılaşdırdığı digər şərtlər əsasında aldığı və əməkdaşlığın dayandırılma gününə dəyəri Təchizatçıya ödənilməmiş malların, həmçinin əməkdaşlığın dayandırıldığı günə satılmış malların satışına dair sənədlərin (müqavilələrin, ödəniş qəbzlərinin, vəs.) surətlərini Təchizatçının ilk tələbi ilə tələb irəli sürülən gün iş gününün sonuna qədər ona təqdim etmək.

33. Müqavilənin 2.4.6-cı bəndinə əsasən bu Müqavilədən irəli gələn digər vəzifələrə vaxtında və keyfiyyətli əməl etmək.

34. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı müqavilə üzrə Cavabdeh1 satılan cəmi malın dəyəri 2241523,99 manat, ƏDV dəyəri 341927,39 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 752100,99 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 135378,18 manat, ödənilmiş cəmi borc 887479,17 manat, ödənilməyən əsas borc 1147495,61 manat, ƏDV borcu 206549,21 manat, cərimə borcu 2583384,88 manat, cəmi borc 3937429,70 manat təşkil edir.

35. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanan EBBK seriyalı 411877 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 5667,54 manat, EBBK seriyalı 895455 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 3759,95 manat, EBBM seriyalı 638459 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 6540,80 manat, EBBM seriyalı 733908 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 31984,58 manat, EBBM seriyalı 738087 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 60896,30 manat, EBBO seriyalı 070452 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 19880,25 manat, EBBP seriyalı 107143 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 87607,46 manat, EBBQ seriyalı 542432 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 37499,99 manat, EBBR seriyalı 205511 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 105370,91 manat, EBBT seriyalı 694256 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 73828,10 manat, EBBU seriyalı 896513 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 8623 manat, EBBX seriyalı 371410 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 336966,46 manat, EBBY seriyalı 879199 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 30010,66 manat, EBBZ seriyalı 025825 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 1628,94 manat, EBCA seriyalı 302063 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 4861,53 manat, EBCG seriyalı 146558 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 610244,14 manat, EBCH seriyalı 964174 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 85539,77 manat, EBCH seriyalı 964896 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 0,47 manat, EBCİ seriyalı 698623 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 514657,50 manat, EBCİ seriyalı 806133 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 54001,52 manat, EBCL seriyalı 405745 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 75250,26 manat, EBCL seriyalı 516059 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 86700,26 manat təşkil etmişdir. Elektron qaimələrin hər birinin əsası qismində 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı müqavilə göstərilmişdir.

36. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli göndərilən qaimələrin və edilmiş ödənişlərin siyahısından görünür ki, Cavabdeh1 tərəfindən EBBU seriyalı 896513 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 2901,63 manat məbləğində, EBCG seriyalı 146558 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 610244,14 manat məbləğində, EBCH seriyalı 964174 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 85539,77 manat məbləğində, EBCİ seriyalı 698623 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 514657,5 manat məbləğində, EBCJ seriyalı 806133 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 54001,52 manat məbləğində, EBCL seriyalı 516059 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 86700,26 manat məbləğində borclar qalmışdır, qalan bütün e-qaimələr üzrə tam ödənişlərin edildiyi qeyd edilmişdir.

37. İddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə 16949,15 manat, xx.xx.2021-ci il tarixində 1416,95 manat, xx.xx.2022-ci il tarixində 50847,46 manat və 1081,35 manat, xx.xx.2022-ci il tarixində 19823,10 manat, xx.xx.2022-ci il tarixində 24000 manat, xx.xx.2022-ci il tarixində 80040 manat, xx.xx.2022-ci il tarixində 34034,91 manat, xx.xx.2022-ci il tarixində 30005 manat, xx.xx.2022-ci il tarixində 23910 manat və 20000 manat, xx.xx.2022-ci il tarixində 22000 manat, xx.xx.2022-ci il tarixində 30090 manat, xx.xx.2022-ci il tarixində 10966,45 manat, xx.xx.2022-ci il tarixində 150000 manat, xx.xx.2022-ci il tarixində 80000 manat məbləğ köçürülmüş, ödənişin təyinatı olaraq EBBM seriyalı 738087 nömrəli və EBBP seriyalı 107173 nömrəli, EBBO seriyalı 070452 nömrəli, EBBQ seriyalı 542432 nömrəli, EBBU seriyalı 896513 nömrəli, EBBR seriyalı 205511 nömrəli, EBBT seriyalı 694256 nömrəli, EBBX seriyalı 371410 nömrəli elektron qaimələrə istinad olunmuşdur.

38. Şahid tərəfindən Elektron ünvan 1 elektron poçt ünvanı vasitəsi ilə cavabdehə göndərilən 21 fevral 2023-cü il tarixli e-mail və ona əlavə olunmuş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 satılmış malın dəyəri 2251403,84 manat, ödəniş 2079163,33 manat, qalıq borc 172240,51 manat təşkil edir.

39. Cavabdehin nümayəndəsi Cavabdeh2 tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) Elektron ünvan 1 elektron poçt ünvanı tərəfindən Elektron ünvan 2 elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə göndərilən e-mail və ona əlavə olunan sənəd video qeydiyyatına alınmışdır.

40. İşəgötürən İddiaçı MMC və işçi Şahid arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən X13-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrə əsasən “AR ƏM-nin 68.2.”a”-tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmişdir.

41. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs qismində tanınmışdır.

42. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Cavabdeh2 izahatında Marvel şirkətindən elektronik mallar alıb satdığını, şirkətlə əvvəllər arvadı Cavabdeh1 adından fiziki şəxs kimi alqısatqı müqaviləsi bağlayaraq alış-veriş etdiyini, Sevdanın adından notarial qaydada etibarnamə aldığını və bütün hərəkətləri icra etdiyini, Cavabdeh1 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəmişdir. Hazırda fiziki şəxs Cavabdeh1” şirkətinin İddiaçı MMC-yə 172.240 manat borcu qaldığını bildirir.

43. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şahid ifadəsində göstərmişdir ki, Cavabdeh2 sonuncu dəfə ümüumi dəyəri 610.000 ABŞ dolları təşkil edən malları götürüb təxminən 10 gün sonra həmin malların 20 %, yəni 120.000 ABŞ dollarını şirkətə ödəsə də, sonramüxtəlif bəhanələr gətirərək, ödəməmişdir. Cavabdeh2 dəfələrlə pulu ödəyəcəyinə söz verib vaxt istəsədə, şirkətə borclu olduğu ******* manat pul ödəməkdən yayınmışdır.

44. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından İddiaçı MMC-nin direktoru vəzifəsində çalışmışdır. O,həmin vəzifəyə təyin olunmamışdan əvvəl İddiaçı MMC Cavabdeh2 ilə müqavilə bağlayaraq şirkətin gətirdiyi məişət avadanlıqlarının satışı sahəsində əməkdaşlıq etməyə başlamışdır. Şərtlər bu cür olmuşdur ki, Cavabdeh2 satılan malların 20-30 faiz dəyərini əvvəlcədən ödəməklə şirkətə məxsus elektrik məişət avadanlıqlarını götürüb satışını həyata keçirsin, satışdan əldə etdiyi pullarla nisyə aldığı mallardan qalan pulları şirkətə ödəyib yenə nisyə malalıb satsın. 2022-ci ilin sentyabr ayının 29-da Cavabdeh2 şirkətdən bir neçə dəfə mal götürüb dəyərini ödəməmişdir, sonuncu dəfə 610.000 ABŞ dollarını şirkətə ödəsə də, müxtəlif bəhanələr gətirərək qalan pulu ödəməkdən yayınmışdır. O, dəfələrə ondan və satış təmsilçisi Şahid vaxt istəsə də, İddiaçı MMC-yə borclu olduğu ******* manat məbləğində borcu qalmışdır.

45. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 3-16-16/2-9/3725/2024 nömrəli rəyində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış İddiaçı MMC (təchizatçı) ilə Cavabdeh1 (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 25/21 saylı müqavilə üzrə tərtib edilmiş EQF-ra əsasən 2021-ci il üçün 216336, 89 manat (183336, 35 AZN əsas, 33000,54 AZN ƏDV) məbləğində və 2022-ci il üçün 1951355,41 manat (1653691,03 AZN əsas, 297664,38 AZN ƏDV) məbləğində malların təqdim edildiyi müəyyən edilir (təhvil-təslim aktlar yoxdur). Lakin qeyd edilir ki, xx.xx.2024-cü il tarixli audit aktında Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin bank hesabına 744.060,61 manat, xəzinəsinə 125.032,17 manat və ƏDV üzrə 19.339,16 manat məbləğində ödəniş aparılması göstərilsə də, tədqiqi hissədə qeyd edildiyi kimi həmin ödənişləri özündə əks etdirən sənədlər (bank, xəzinə sənədləri (hesabatdan çıxarışlar, kassa mədaxil orderləri) və depozit hesabatından çıxarış) iş materiallarında mövcud olmadığından aparılan ödənişləri müəyyən etmək mümkün olmadı.

46. AR DİN-nin 30 may 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, “Marvel Azerbaijan» MMC-nin direktoru işləmiş X8, həmçinin həmin şirkətin satış təmsilçisi Şahid ilə Cavabdeh2 arasında mülki xarakterli biznes münasibətləri olmuşdur. Eyni zamanda həmin münasibətlər tərəflər arasında müqavilə bağlanaraq rəsmiləşdirilməklə aparılmışdır. Yəni, Şahid, daha sonra Raif Abdullayev təmsil etdikləri "xxxx" MMC ilə Cavabdeh2 faktiki idarə etdiyi arvadı, fiziki şəxs Cavabdeh1 adına olan VÖEN, daha sonra Cavabdeh2 özünün adına olan "xxxx" MMC və qardaşı Rauf Qarayevin adına olan "xxxx" MMC ilə rəsmi müqavilə bağlayaraq “Marvel Azerbaijan» MMC-nin xarici ölkələrdən idxal etdikləri müxtəlif elektirik məişət və digər avadanlıqlarını rəsmi qaydada dəyərinin 30 faizini əvvəlcədən ödəmək, qalan dəyərinin isə müəyyən vaxt, yəni əvvəl 30, daha sonra 120 günədək ödəmək şərti ilə sahibkar Cavabdeh2 nisyə olaraq satmışlar. Cavabdeh2 isə “Marvel Azerbaijan» MMCdən nisyə aldığı malları və özünün həmin şəxslərdən ayrılıqda xarici ölkələrdən sifariş edib gətizdirdiyi malları Bakı şəhərində və Respublikanın rayonlarında yerləşən mağazalara nisyə və nağd formada öz qazancını da nəzərə almaqla malların dəyərindən baha qiymətə öz işçiləri vasitəsilə satmışdır. Cavabdeh2 “Marvel Azerbaijan» MMC-nin satış təmsilçisi Şahid mütəmadi olaraq 2021-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə rəsmi qaydada dəyərinin 20-30 faizini əvvəlcədən ödəməklə nisyə olaraq elektirik məişət avadanlığı alıb satışını təşkil etmişdir. Həmin müddətdə Cavabdeh2 “Marvel Azerbaijan» MMC-nin bank hesabına və Şahid şəxsən aldığı əmlakların dəyərinin bir hissəsini ödəmişdir. Cavabdeh2 “Marvel Azerbaijan» MMC-dən malları əvvəl fiziki şəxs Cavabdeh1 adına almış, həmin fiziki şəxsin adına olan VÖEN vasitəsilə ilə uzun müddət “Marvel Azerbaijan» MMC ilə əməkdaşlıq edib nisyə mal götürüb satıb pulunu ödəyərək təkrarən nisyə olaraq malllar götürmüşdür. Belə ki, İddiaçı MMC-nin qanuni mənafelərini təmsil adən şəxslər İstintaqa billdirmişdir ki, Cavabdeh2 fiziki şəxs Cavabdeh1 adına 2.241523.99 manat dəyərində nisyə olaraq 20-30 faiz ilkin ödəniş edib elektrik məişət avadanlıqları alaraq həmin avadanlıqların dəyərinin 887.479.17 manat hissəsini ödəmiş, qalan 1.354.044.82 manatını hissəsini isə ödəməmişdir.

47. AR DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.

48. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edək, Şahid qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən həmin vəsatət təmin olunmuş və Şahid xx.xx.2025-ci il tarixə saat 15:15-ə təyin edilmiş və xx.xx.2026-cı il tarixə saat 14:30-a təyin edilmiş iclasları ilə bağlı ünvan 1 ünvana poçt vasitəsi ilə bildirişlər və adına olan bütün mobil telefon nömrələrinə sms-bildirişlərin göndərilməsinə baxmayaraq, Şahid qismində məhkəmə proseslərində iştirak etməmişdir.

49. Cavabdeh Tofiq Qarayev tərəfindən verilmiş ərizədə qeyd etmişdir ki, VÖEN********** dövlət vergi qeydiyyat nişanlı Cavabdeh1 məxsus müəssisəni o, aldırmışdır. Müəssisə əvvəllər ərzaq məhsullarının alqı-satqısı üçün nəzərdə tutulub. Daha sonra fəaliyyəti genişləndirmək məqsədi ilə İddiaçı MMC, “ERC Distruibition” şirkətləri ilə onların təşəbbüsü əsasında müqavilə bağlayaraq “Tesla” və “Scarleft” markalı məişət texnikalarının topdan satışı ilə məşğul olmuşdur. Bununla yanaşı xarici ölkələrdən “Samsung”, “Hitachi” “Bergman” markalı brendlərin idxal ixracı ilə məşğul olmaq məqsədi ilə əsasən Çin, Dubay, Almaniyaya 894.000 USD pul köçürmüşdür. Qeyd olunan məhsullardan yalnız 150.000 Usd olan hissəsi Azərbaycana göndərilib. Qalan 744.000 USD olan hissəsi isə dəfələrlə onlara yazılı şəkildə xəbərdarlıq etməyinə baxmayaraq Azərbaycana göndərilməyib və vaxt istənilib. Onlara Azərbaycan Respublikasın qanunvericliyini ərtaflı başa salmışdır və ölkədən axan pulların əvəzində 2 il ərzində ya malaın gəlməsini, ya da pulun geri qaytarılmasını ətraflı şəkildə izah etmişdir. Lakin bununla belə onlar fors major səbəbləri əsas gətirilərək məhsulun göndərilməsi üçün vaxt istməmişdir. Qeyd edir ki, həyat yoldaşı Cavabdeh1 bu proseslərlə heç birindən xəbəri olmayıb, sistemdə olan müqavilələrə baxdıqda bütün imzaların özünə məxsus olduğunu qeyd etmişdir. Eyni zamanda ödənişlər həyata keçirilərkən asan nömrə ilə ödənişlərin təsdiqini şəxsən özü həyata keçirmişdir. Həyat yoldaşı evdar xanımdır, təhsili yoxdur, bu proseslərdən xəbəri olmamışdır.

50. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə ona təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

52. 181.2-ci maddəsinə əsasən, əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

53. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

54. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

55. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

56. 324.6-çı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

57. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

58. 337.2-ci maddəsinin 1-ci cümləsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

59. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

61. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

62. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

63. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

64. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

65. 405.1-ci maddəsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

66. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

67. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

68. 570.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.

69. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır.

70. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

71. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

72. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

73. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

74. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

75. Əvvəla məhkəmə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı alqı-satqı müqaviləsinə münasibətdə qeyd edir ki, həmin alğı-satqı müqaviləsi ikitərəfli əqd olmaqla, onun bağlanması üçün iki tərəfin iradə ifadəsinin olmağı tələb edilir.

76. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 iş üzrə iddiaçı şirkət ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh1 VÖEN açaraq həyat yoldaşı olan Cavabdeh2a kiçik bir marketin işlədilməsi üçün vermişdir, sonradan həmin market bağlandıqdan sonra elə bilib ki, VÖEN və asan imza da bağlanılıb, Q.Rafiqin onun adından etdiyi digər fəaliyyəti barədə məlumatsız olub. Digər tərəfdən iddiaçı şirkət də müqavilə üzrə malların məhz Cavabdeh1 verilməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından olan alqı-satqı müqaviləsində olan imzanın Q.Rafiqə aid olması, malları iddiaçı şirkətdən Cavabdeh2 tərəfindən qəbul edilməsi və ödənişlərin də onun tərəfindən edilməsini Cavabdeh2 etiraf etmiş, iddiaçı şirkət də buna dair hər-hansı etirazını bildirməmişdir.

77. Cavabdeh2 məhkəməyə və digər orqanlara ünvanladığı ərizələrində Cavabdeh1 hazırkı müqavilədən məlumatı olmadığını, iddiaçının mallarını özü aldığını, imzaları özünün çəkdiyini etiraf etmişdir. Həmçinin cinayət işi üzrə olan qərarlardan da məlum olur ki, Cavabdeh2 başqa şəxslə də Cavabdeh1 adından müqavilə imzalamış, etibardan sui-istifadə edərək dəluduzluq cinayət əməlini törətməsinə görə barəsində cinayət işi başlanılmış, təqsirləndirilən şəxs kimi cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda həmin cinayət işi üzrə Cavabdeh1 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Bütün bunlar Cavabdeh2 səlahiyyətinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli olmadığını təsdiq edir.

78. Odur ki, iddiaçı Cavabdeh1 həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdə haqlı deyildir. Buna görə də iddia tələbi Cavabdeh1 Şahismaylovnaya aid hissədə təmin olunmamalıdır.

79. Lakin bununla belə iddiaçının 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı alqı-satqı müqaviləsinin icrasını tələb etmək hüququ vardır və iddiaçının Cavabdeh2 qarşı tələbi haqlıdır.

80. Beləliklə, tərəflər arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 25/21 saylı müqavilənin Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 22 elektron qaimə göndərilmişdir. İddiaçı hazırda cavabdehə 2241523,99 manat dəyərində mal satıldığına, malların bir hissəsinin dəyərinin ödənilmədiyinə istinad edərək 1147495,61 manat əsas borc, 206549,21 manat ƏDV borcu və 2583384,88 manat hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək ödənişlərin bir qisminin köçürmə yolu ilə, digər qisminin isə nağd şəkildə edildiyini və hazırda iddiaçıya ƏDV daxil ödənilməmiş 172.240 manat borcun qaldığını bildirir.

81. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və bu müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər.

82. Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (172.240 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır.

83. Cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi “Cavabdeh1 adından 4 milyon manat dəyərində, dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb dəyərinin 2.700.000 manat hissəsini ödəməsi” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehə 2241523,99 manat dəyərində mal satdığını qeyd etmiş, lakin cavabdeh izahatında 4 milyon manat dəyərində mal aldığını bildirmişdir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən Cavabdeh2 polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçının tələb etdiyi 6 qaimə üzrə borc məbləğinin 20-30 %-ni əvvəlcədən həm nağd, həmdə köçürmə yolu ilə ödədiyini və 172.240,51 manat borcun qaldığını bildirmişdir.

84. Bundan əlavə iddiaçının nümayəndəsi Şahid tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt ünvanı vasitəsi cavabdehin nümayəndəsi Cavabdeh2 göndərilən sənəddə xx.xx.2023-cü il tarixə Cavabdeh1 satılmış malın həcminin 2251403,84 manat, ödəniş 2079163,33 manat, qalıq borc 172.240,51 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin “istinad olunan sənədin Şahid tərəfindən özözünə göndərilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən İddiaçı MMC və işçi Şahid arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi xx.xx.2021-ci il tarixdən X13-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Şahid hazırkı mübahisəli dövr ərzində iddiaçı şirkətin rəsmi işçisi olması işin mübahisəsiz halıdır.

85. Beləliklə iddiaçı şəxsən nümayəndəsi vasitəsi ilə cavabdehə elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 172.240,51 manat təşkil etdyini göstərmişdir

86. İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

87. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

88. Həmin qaydaların:

89. 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaiməfaktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

90. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur;

91. 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

92. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

93. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

94. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

95. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

96. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

97. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

98. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.

99. Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2241523,99 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil-qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir.

100. Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı dəqiq müəyyən etmək mümkün olmamışdır.

101. Lakin, iş materiallarında olan çoxsaylı sənədlər əsasında o müəyyən edildi ki, tərəflər arasında hesablaşmalar yalnız köçürmə yolu ilə deyil, nağd qaydada da həyata keçirilmişdir, həm malların ilkin ödənişi olaraq 20-30%, həm də malların dəyəri olaraq pul vəsaitinin. Bu həmçinin iddiaçının təqdim etdiyi “göndərilən e-qaimələrin və ödənişlərin siyahısına dair cədvəldən” belə görünür. Belə ki, məhz iddiaçının təqdim etdiyi həmin cədvəldə göstərilən hər bir e-qaimə üzrə ayrı-ayrılıqda ödənişlər (belə başa düşülür ki, nağd qaydada edilmişdir) ilə bank hesabından çıxarışda göstərilən ödənişlərdən fərqlənir (bank hesabından çıxarışda göstərilən ödənilən e-qaimələr ilə iddiaçının cədvəlində göstərilən ödənilən e-qaimələrin nömrələri və məbləğləri fərqlidir). E-qaimələrə münasibətdə isə cavabdeh Q.Rafiq bildirdi ki, 2022-ci ilin sentyabr ayından etibarən göndərilən e-qaimələrdən məlumatı olmamış və malları qəbul etməmişdir.

102. AR MPM-in:

103. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

104. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

105. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

106. Belə ki, iddia ərizəsi yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Əgər maraqlı şəxs iddianın təqdim edilməsi hüququna malikdirsə hakim bu hüququn həyata keçirilməsi şərtlərinə əməl olub-olmamağını yoxlamalıdır. Qeyd olunanlara riayət edilməməsi, məhkəmənin iddianın təmin edilməsi barədə qərar qəbul etmək üçün sübut etmə bazasının olmaması deməkdir.Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

107. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli Cavabdeh2 iddiaçın xeyrinə 172.240,51 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

108. Bundan əlavə iddiaçı 258384,88 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

109. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

110. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

111. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

112. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ƏDV daxil cəmi 172.240,51 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 8612 manat məbləğində müəyyən edilməlidir.

113. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2758,71 manat dövlət rüsumu ödənilmişdir.

114. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

115. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 471 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

116. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 ƏDV daxil 172.240,51 manat əsas borc, 8612 manat dəbbə pulu olmaqla, cəmi 180.852,51 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 471 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edlsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar