Məhkəmə qərarları › İş №e-2-2(113)-6201/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6201/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6201/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11310,82 manat əsas borc, 334,5 manat dəbbə pulu olmaqla, cəmi 11645,32 manat məbləğində pulun və 124,97 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixində 17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 11310,82 manat əsas borc, 334,5 manat dəbbə pulu olmaqla, cəmi 11645,32 manat məbləğində borcunun olması müəyyən edilmiş, lakin bugünə kimi ödəniş edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, tərəflər arasında müqavilə bir neçə dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir. Qeyd edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixində bağlanan 17 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01%-i məbləğində dəbbə pulu ödəyir”

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etdi və iddianın təmin olunmasına etirazının olmadığını bildirdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2020ci il tarixli, 17 nömrəli (malların alqı-satqısı haqqında) müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra hazırkı müqavilədə “mal adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən satıcı malın verildiyi məqamda alıcının ona məlum olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən malın keyfiyyəti qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun olmalıdır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəmək öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla satış qiyməti X2 ilə müəyyən edilir. Materialların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən alıcı qayimə-faktura üzrə qəbul etdiyi malın dəyərinin qanunvericiliklə müəyyən edilmiş qayda ilə fakturada malın təslim anında və ya tərəflərin razılaşdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən vəd tarixində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı borcun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmiş, yaxud lazımınca yerinə yetirməmiş tərəf bunun nəticəsində digər tərəfə vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01%-i məbləğində dəbbə pulu ödəyir.

8. İddiaçı MMC və Cavabdeh arasında imzalanmış borcların qarşılıqlı üzləşdirilməsi aktında Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 11310,82 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 835605 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 853,4 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 438640 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 711,16 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDD seriyalı, 692068 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1422,32 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 924382 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1066,74 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 976892 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1280,09 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 314160 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 711,16 manat (ƏDV daxil) təşkil edir.

15. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 443616 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 711,16 manat (ƏDV daxil) təşkil edir.

16. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 721773 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 711,16 manat (ƏDV daxil) təşkil edir.

17. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 721766 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 355,58 manat (ƏDV daxil) təşkil edir.

18. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 949720 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1066,74 manat (ƏDV daxil) təşkil edir.

19. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 080824 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1066,74 manat (ƏDV daxil) təşkil edir.

20. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 479363 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1066,74 manat (ƏDV daxil) təşkil edir.

21. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 199281 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 355,58 manat (ƏDV daxil) təşkil edir.

22. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

25. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, qalıq borcu yaranmışdır.

26. İddia tələbinin bir hissəsini Cavabdeh ödənilməmiş 11310,82 manat əsas borcun tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh 11310,82 manat (on bir min üç yüz on manat səksən iki qəpik) əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapır, eyni zamanda cavabdeh də həmin borcun olduğunu etiraf etmişdir.

28. İddia tələbinin digər hissəsini cavabdehdən öhdəliyin icrasının gecikdirilməsinə görə 334,5 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması təşkil edir.

29. Müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 334,5 manat (üç yüz otuz dörd manat əlli qəpik) dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır.

30. Eləcə də, ödənilmiş 124,97 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,97 (yüz iyirmçi yeddi manat doxsan yeddi qəpik) manat (hazırkı tələblə bağlı ödənilməli olan dövlət rüsumunun məbləği 124,97 manat təşkil etmişdir) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11310,82 manat (on bir min üç yüz on manat səksən iki qəpik) əsas borc, 334,50 manat (üç yüz otuz dörd manat əlli qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124,94 manat (yüz iyirmi dörd manat doxsan dörd qəpik) olmaqla, ümumilikdə 11770,26 manat (on bir min yeddi yüz yetmiş manat iyirmi altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar