Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6208/2022 29.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh X3 qarşı “ xx.xx.2019-cu il tarixli 27-08 nömrəli alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi“ tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 avqust 2019-cu il tarixdə Alkoqollu işçilərin satışına dair 27-08 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallar üzrə yaranmış 51610.28 manat borcun, adıçəkilən müqavilənin 6.2-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 5729.02 manat faizin, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15000 manat həcmində dəbbə pulunun, ümumilikdə cəmi 72339.30 manat pulun və ödənilmiş 400 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh arasında 27 avqust 2019-cu il tarixdə Alkoqollu içkilərin satışına dair 27- 08 saylı Müqaviləni bağlamışdır. İddiaçı Müqaviləyə uyğun olaraq alkoqollu içkiləri cavabdehə satır, cavabdeh isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə (lakin mallar alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən iddiaçıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Qeyd olunan Müqaviləyə əsasən Alıcı müxtəlif tarixlərdə Satıcıdan ona məxsus alkoqollu içkiləri dəyərini razılaşdırılmış qiymətlərə əsasən və müəyyən edilmiş müddətdə (30 gün) satıcıya ödəmək şərti ilə almışdır. Malların alınmasına dair tərtib edilən Seriya: EBAD№ 273687 (20.695,99 manat, Seriya: EBAD №575551 (23.536,49 manat) və Seriya: EBAF № 324628 (13.057,80 manat) X6 göndərilmiş və qaimələr təsdiq edilmişdir. X8: EBAD№273687 (20.695,99 manat) qaimə üzrə qismən (5.680 manat) ödəniş aparılmış, lakin digər qaimələrlo bağlı ümumiyyətlə ödəniş edilməmişdir. X9 cəmi 51.610,28 (əlli bir min altı yüz on manat 28 qəpik) manat ödənilməmiş borcu qalmışdır.Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması üə bağlı Alıcıya şifahi və yazılı pretenziya qaydasmda (xx.xx.2021-ci il tarixli 31 nömrəli məktubla) mövcud borcun ödənilməsi bildirilmiş, daha sonra tərəflər arasınıla borcun təsdiqinə dair 22 sentyabr 2021-ci il tarixli Üzləşmə Aktı tərtib edilmişdir. Həmin Aktdan da görünür ki, Alıcı Satıcıya 51.185,70 (əlli bir min yüz səksən beş manat, 70 qəpik) manat borcunun olduğunu öz imzası ilə təsdiq etmişdir. Ötən dövr ərzində həmin mallara dair ödənişin aparılması ilə bağlı Cavabdehə dəfələrə şifahi şəkildə mövcud borcun ödənilməsi bildirilmiş, həmçinin yenidən xx.xx.2022 tarixli, 30/09 saylı Pretenziya məktubu göndərilmiş, lakin bu günə qədər Cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.Bundan əlavə,Cavabdehə dəfələrlə şifahi şəkildə yaranmış borcun ödənilməsini bildirmiş olsalar da, hər dəfə o, müəyyən vaxt verilməsini xahiş etmiş, lakin dediyi vaxtda öz vədini yerinə yetirməmişdir. Cavabdehin alınan və dəyəri ödənilməmiş mala görə yaranmış cəmi 51.610,28 borcunu artıq xeyli müddətdir ödəməməsi səbəbindən məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranmışdır. Tərəflər arasmda bağlanmış 27 avqust 2019-cu il tarixdə Alkoqollu içkilərin satışma dair 27-08 saylı Alğı-satqı Müqaviləsinin 9-cu maddəsinə əsasən Tərəflər aralarında yarana biləcək bütün mübahisə və tikir ayrılıqları bilavasitə ikitərəfli danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürmüşlər. Əgər mübahisə tərəflər arasmda qarşılıqlı danışıqlarla həll oluna bilməzsə mübahisəyə Satıcının yerləşdiyi ver üzrə ərazi vurisdiksivasına aid səlahiyyətli məhkəmədə baxılmalıdır.Həmin Müqavilənin 6.2-ci maddəsinə əsasən Abcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə (lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o hər gecikdirilən gün üçün Satıcıya həmin qaimə fakturalar və ya vergi hesab-faktura/vergi hesab-fakturalan üzrə mallara görə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində faiz ödəməlidir, lakin cərimələrin maksimal həddi 10 (on) faizdən çox ola bilməz. Nəzərə alınarsa ki, müqaviləyə əsasən mala görə ödəniş təhvil veriləndən sonra ən geci 30 (otuz) gün müddətində həyata keçirilməlidir, habelə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Elektron Qaimələrə əsasən mallar həmin tarixlərdə təhvil verilmişdir, o halda gecikdirilən gün üçün faizlər həmin məbləğlərin 10 faiz hissəsini təşkil etməlidir.Bundan əlavə həmin müqavilənin 10.7-ci maddəsinə əsasən müqavilənin şərtləri alıcı tərəfindən pozularsa satıcı ondan 15.000 manat həcmində dəbbə pulu tələb etmək və müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olacaqdır. Hazırda müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu üçün müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunu da tələb edirik. Cavabdeh mediasiya prosesi zamanı borcu hissə-hissə ödəyəcəyinə söz verdi. Buna görə də özüm rəhbərlikdən möhlət verilməsini xahiş etmişdir. Lakin cavabdeh öz vədinə əməl etmədi. 02 noyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, 27 avqust 2019-cu il tarixdə Alkoqollu işçilərin satışına dair 27-08 saylı müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallar üzrə yaranmış 51185.70 manat borcun, müqavilənin 10.7-ci maddəsinə əsasən müəyyən edilmiş 15000 manat həcmində dəbbə pulunun, ümumilikdə cəmi 66185.70 manat pulun və ödənilmiş 400 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 verdiyi izahatda həqiqətən də borcunun olduğunu bildirmişdir və əlavə olaraq qeyd etmişdir ki, 1 il 6 ay idi ki, heç bir yerdə işləmirdi. Sentyabr ayından etibarən işə düzəlmişdir. Mediasiya sessiyasında ödəniş edəcəyini bildirsə də, ödənişi həyata keçirə bilməmişdir. Mövcud borcun ödənişini hər ay hissə-hissə həyata keçirəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC və alıcı qismində X4 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli, 27- 08 nömrəli müqaviləyə əsasən satıcı bu müqaviləyə uyğun olaraq alkoqollu içkiləri alıcıya satış, alıcı isə öz növbəsində malları təhvil alıb, dəyərini razılaşdırılmış qaydada və müddətdə ( lakin mallar alındığı vaxtdan 30 gündən gec olmayaraq) və müəyyən olunmuş qiymətlərə əsasən satıcıya malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. 2.4-cü bəndə əsasən malın qiyməti sərbəst olaraq satıcı tərəfindən müəyyən olunduğundan və dövrlər üzrə dəyişidirilə bildiyindən malın satış qiyməti alğı-satqı zamanı alıcıya verilən qaimə-faktura və ya vergi hesab-faktura ilə müəyyən olunur və ödəniş zamanı həmin sənəd əsas götürülür. 4.2-ci bəndə əsasən Satıcı malın daşınmasını öz üzərinə götürür və daşınma xərci satış qiymətinə daxildir. Qarşılıqlı razılaşma əsasında satılan mal alıcının nəqliyyat vasitəsilə də daşına bilər. 4.3-cü bəndə əsasən alıcı malları yazılı və ya şifahi şəkildə sifariş verə bilər. Satıcı malların ona sifariş verildiyi gündən etibarən ( anbarda stokda olduğu təqdirdə) 5 iş günündən gec olmayan müddətdə alıcıya çatdırır və təhvil verir. 4.5-ci bəndə əsasən mal təhvil verilərkən tərəflər təhvil-qəbul aktını imzalayır və /və ya təhvil-qəbulu təsdiq edən müvafiq qaiməni imzalayırlar.6.2-ci bəndə əsasən alıcı qaimə-faktura və ya vergi hesab-faktura əsasında qəbul etdiyi mallara görə ödəmələri razılaşdırılmış qaydada və müddətdə ( lakin mal alındığı gündən 30 gün müddətindən gec olmayaraq) aparmazsa, o hər gecikdirililən gün üçün satıcıya həmin alğı-satqıya məxsus qaimə-faktura və ya vergi-faktura üzrə müəyyən olunan məbləğin ümumi dəyərinin 0,1 faizi həcmində cərimə ödəməlidir, lakin cərimələrin maksimal həddi müqavilə məbləğinin 10%-dən çox ola bilməz. - İddiaçı MMC-nin baş direktoru X5, X4 və MMC-nin baş mühasibi X7 arasında 22 sentyabr 2021-ci il tarixdə bağlanmış 27 avqust 2019-cu il tarixli , 27-08 nömrəli alğı-satı müqaviləsi üzrə qarşılıqlı hesablaşma aktına əsasən ( xx.xx.2019-xx.xx.2021-ci il dövrü üzrə) hər iki tərəf X2 ödənilməmiş 51185.70 manat məbləğində borcunun olmasını təsdiqləmişdir. - EBAD seriyalı 273687 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən X3 20695.99 manat, EBAD seriyalı 575551 nömrəli xx.xx.2019-cu il tarixli elektron-qaiməyə əsasən 23536.49 manat, EBAF seriyalı 324628 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 13057.80 manat məbləğində mal satılmışdır. - İddiaçı MMC tərəfindən X3 30 sentyabr 2022-ci il tarixdə 30/09 nömrəli pretenziya məktubu ünvanlanaraq, 51185.70 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli “Alkoqollu içkilərin satışı” barədə 27-08 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra edərək, cavabdehə müqavilə üzrə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq malların dəyərini ödəməmişdir. Belə ki, 22 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş qarşılıqlı üzləşmə aktına əsasən hər iki tərəf X2 ödənilməmiş 51185.70 manat məbləğində borcu olmasını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin özü də həqiqətən həmin məbləğdə borcu olmasını və hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 51185.70 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 51185.70 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən 15000 manat məbləğində dəbbə pulunun tutuımasını xahiş edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 1500 (min beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin 200 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 tərəflər arasında bağlanmış 27 avqust 2019-cu il tarixli “alkoqollu içkilərin satışı” na dair 27-08 saylı müqavilə üzrə 51185.70 (əlli bir min yüz səksən beş manat yetmiş qəpik) manat əsas borc, 1500 (min beş yüz) manat həcmində dəbbə pulu və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 52,885.70 (əlli iki min səkkiz yüz səksən beş manat yetmiş qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6208/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6208/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver