Məhkəmə qərarları › İş №e-2-2(113)-621/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-621/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-621/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 6493,30 (altı min dörd yüz doxsan üç manat otuz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24,94 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə EMİS vasitəsi ilə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə verilmiş etirazda göstərilən halların tərəfimizdən obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə müəyyən vaxt tələb olunur. Bu səbəbdən hal-hazırda işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsində maraqlı deyildir. Belə ki, iddiaçı tərəfindən aparılacaq araşdırma nəticəsində Cavabdeh etirazında göstərilən hallar öz təsdiqini taparsa ona qarşı hər hansı iddia və tələbimiz qalmayacaq. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən R.Allahverdiyev məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaçı tərəfindən verilmiş ərizəyə münasibətdə bildirdi ki, iddia ərizəsinin və ona əlavə olunmuş sənədərin geri qaytarılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar