Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6212/2022 02.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3009,80 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 300,98 manat məbləğində dəbbə pulu, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında 1431/M21 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Əməkdaşlığımız müddətində cavabdehin sifarişi əsasında, aramızda imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-ə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsək də hər dəfə bir bəhanə gətirir və bununla cavabdeh şirkətə olan 3009,80 manat borcunu ödəməkdən yayınır. Cavabdehlə aramızda bağlanan xx.xx.2021-ci il tarixli, 1431/M21 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı tarixdən ən geci 29 təqvim günü ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMC-ə olan 3009,80 manat borcunu ödəməmiş və aramızda bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, xx.xx.2021-ci il tarixli, 1431/M21 saylı alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara aldıq. Borc məbləği cavabdeh tərəfindən bu günə kimi qaytarılmamışdır. xx.xx.2021-ci il tarixli, 1431/M21 saylı müqavilənin 5.1-ci bəndinə əsaslanaraq, alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi malın məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkil edən 300,98 manat məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 3009,80 manat məbləğində əsas borcu və 300,98 manat məbləğində dəbbə pulu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh qeydiyyatda olduğu ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 1431/M21 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh sifarişi əsasında malları Cavabdehnə satır, Cavabdeh isə malların dəyərini nəğd və ya hazırki müqavilənin tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarının şərtlərinə əsasən İddiaçınə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən Cavabdeh kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə İddiaçı Cavabdehndən gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. Sistemə yerləşdirilən 07 sentyabr 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixə kimi olan elektron qaimələrdən görünür ki, İddiaçı Cavabdehnə 3009,80 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı X2 ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddələrindən görünür ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında malların alğı-satqısı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh satılan mallara görə borcunu ödəməmişdir. Odur ki, iddia 3009,80 manat məbləğində əsas borc və 70 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edirəm ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 40,20 manat hissədə təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 3009,80 manat əsas borc və 40,20 manat cərimə cəmi 3050 manat, həmçinin mediasiya sessiyasına ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3009,80 manat əsas borc və 40,20 manat cərimə cəmi 3050 manat, həmçinin mediasiya sessiyasına ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6212/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6212/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver