Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-622/2020 08.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən 12648,25 manat əsas borcun, 632,40 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 13280,65 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 8045,63 manat əsas borcun, 402,28 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 8477,91 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 12648,25 manat əsas borcun, 632,40 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 13280,65 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 18/68 saylı alqı - satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən elektrik mallarının “Satıcı” tərəfindən “Alıcıya” satılması, “Alıcı” tərəfindən isə həmin mallar qəbul edilərək haqqının ödənilməsini öhdəliyi nəzərdə tutulmuşdur. Cavabdehə iddiaçı tərəfindən 17560,78 manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar satılmışdır. Cavabdeh aldığı malların dəyərinin bir hissəni ödəsə də 8045, manat dəyərində malların borcunu bu günə kimi ödəməmişdir. Müqavilənin 3.1–ci maddəsinə əsasən “Alıcı” Satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyərini 30 təqvim günü ərzində köçürmə əsasında Alıcının hesabına ödəməlidir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malın tam dəyərini 9 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də ödəməmişdir. Qeyd edək ki, bu günə kimi cavabdehə dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq qeyd edilən borcdan hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərilərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadırlar. Hazırda cavabdehin iddiaçıya ödənilməli olan borcu 8045,63 manat (ƏDV-siz) təşkil etməkdədir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən ƏDV daxil 311890 saylı xx.xx.2018-ci il tarixli elektron qaimə əsasında 6891,59 manat, 354057 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 1220,32 manat, 431650 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 476 manat, 531620 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 548,08 manat, 576886 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 1968,60 manat, 950188 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 1836 manat, 928627 saylı xx.xx.2018-ci il tarxili elektron qaimə əsasında 8504,93 manat, 016578 saylı xx.xx.2019-cu il tarxili elektron qaimə əsasında 2437,12 manat, ümumilikdə isə ƏDV daxil 23882,64 manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar satılmışdır. 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən cavabdehə satılmış mallar üzrə onlar tərəfindən “Paşa Bank” açıq səghmdar cəmiyyətində olan hesablarından xx.xx.2018 - ci il tarixli köçürmə ilə 5067,35 manat, əlavə olaraq 913,20 manat ƏDV, xx.xx.2018 - ci il tarixli köçürmə ilə 4447,80 manat, əlavə olaraq 806,04 manat ƏDV, ümumilikdə ƏDV daxil 11234,39 manat ödəniş edilmişdir. Cavabdehə iddiaçı tərəfindən 2018-2019 - cu illər ərzində 23882,64 manat dəyərində elektrik sistemlərinə aid bəzi mallar satılmasına baxmayaraq, onlar bu malların dəyərindən 11234,39 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 12648,25 manat təşkil etməkdədir. cavabdeh ilə iddiaçı arasında bağlanılmış müqavilənin 5.3-cü bəndinə görə, “Alıcı” bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq gecikdirilmiş ödəniş məbləğinin 0.1%-i miqdarında “Satıcıya” cərimə ödəyir. Müqavilənin 5.4-cü maddəsinə əsasən, 5.2 və 5.3-cü maddələrində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 (beş) faizindən artıq ola bilməz. Cavabdeh tərəflər arasında bağlanılmış müqavilənin şərtlərini birtərəfli qaydada pozmaqla 12648,25 manat borc öhdəliyini 2 ilə yaxın müddət keçsə də icra etmədiyi üçün müqavilənin 5.4-cü maddəsi üzrə həmin borcun 5%-i həcmində cərimə haqqı olaraq 632,40 manat tutularaq iddiaçıya ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı1 xx xxxx 2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının Dövlət reyestri məlumatının surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2018-ci il tarixli 18/68 saylı Malların alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı cavabdehə elektrik mallarını satmağı, cavabdeh isə həmin malları qəbul edərək, haqqını ödəməyi öhdələrinə götürmüşlər. 8 ədəd elektron qaimənin surətlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 20721,71 manat məbləğində cavabdehə mal satılmışdır. Hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən ona satılmış mallara görə iddiaçının hesabına 9515,15 manat pul ödənilmişdir. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 23882,64 manat məbləğində cavabdehə mal satılmış, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 11234,39 manat ödəniş edilmiş, hazırda cavabdehin iddiaçıya borcu ƏDV daxil olmaqla 12648,25 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 18/68 saylı Malların alqı-satqısı barədə müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçıcavabdehə elektrik mallarını satmağı, cavabdeh isə həmin malları qəbul edərək, haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 23882,64 manat məbləğində cavabdehə mal satılmış, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 11234,39 manat ödəniş edilmiş, hazırda cavabdehin iddiaçıya borcu ƏDV daxil olmaqla 12648,25 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxx 2018-ci il tarixli 18/68 saylı Malların alqı-satqısı barədə müqaviləyə əsasən yaranmış 12648,25 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 5.3-cü bəndinə əsasən cavabdeh bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq gecikdirilmiş ödəniş məbləğinin 0.1%-i miqdarında iddiaçıya cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 632,40 manat dəbbə pulu məbləği yaranmış 12648,25 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 12648,25 manat əsas borc, 100 manat cərimə pulu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (12748,25 manat) iddia tələbinin (13280,65 manat) 96 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,8 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,2 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12648,25 manat əsas borc, 100 manat cərimə pulu tutularaq İddiaçı1nə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,8 manat məbləği Cavabdehndən tutularaq İddiaçı1nə ödənilsin, qalan 1,2 manat məbləği isə İddiaçı1nə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-622/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-622/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver