Məhkəmə qərarları › İş №e-2-2(113)-622/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-622/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-622/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 38523 (otuz səkkiz min beş yüz iyirmi üç) manat əsas borc, 12712,59 (on iki min yeddi yüz on iki manat əlli doqquz qəpik) manat məbləğində dəbbə pulu, 16370,43 (on altımin üç yüz yetmiş manat qırx üç qəpik) manat məbləğində əldən çıxmış fayda məbləği, 200 (iki yüz) manat məbləğində mediasiya xərcləri, 1600 (bir min altı yüz) manat vəkil qonorarı xərci olmaqla, ümumilikdə 69406,02 (altmış doqquz min dörd yüz altı manat iki qəpik) manat məbləğində pulun və 99,40 (doxsan doqquz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 26 yanvar 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı cavabdehə qarşı 69406,02 (altmış doqquz min dörd yüz altı manat iki qəpik) manat məbləğində borc tələbinin 28966,02 (iyirmi səkkiz min doqquz yüz altmış altı manat iki qəpik) manat hissəsindən imtina edir.

2. Cavabdeh iddiaçıya 40440 (qırx min dörd yüz qırx) manat məbləğində borcunun olmasını etiraf edir və həmin borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək, hər ayın birinci iş günü iddiaçının bank hesabına hər ay 3370 (üç min üç yüz yetmiş) manat olmaqla tam şəkildə ödəməyi öz öhdəsinə götürür.

3. Cavabdeh aylıq ödənişi 3 (üç) iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq iddiaçıya 30000 (otuz min) manat məbləğində dəbbə pulunu ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı bu sazişin şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu barışıq sazişinin təsdiq edilməsinə dair qərardadın icrası ilə bağlı icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

5. Bu saziş hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunub, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə saxlanılır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. İddiaçı cavabdehə qarşı 69406,02 (altmış doqquz min dörd yüz altı manat iki qəpik) manat məbləğində borc tələbinin 28966,02 (iyirmi səkkiz min doqquz yüz altmış altı manat iki qəpik) manat hissəsindən imtina edir.

2. Cavabdeh iddiaçıya 40440 (qırx min dörd yüz qırx) manat məbləğində borcunun olmasını etiraf edir və həmin borcu xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək, hər ayın birinci iş günü iddiaçının bank hesabına hər ay 3370 (üç min üç yüz yetmiş) manat olmaqla tam şəkildə ödəməyi öz öhdəsinə götürür.

3. Cavabdeh aylıq ödənişi 3 (üç) iş günü ərzində gecikdirdikdə və ya tam ödəmədikdə əlavə olaraq iddiaçıya 30000 (otuz min) manat məbləğində dəbbə pulunu ödəməyi öz öhdəsinə götürür.

4. İddiaçı bu sazişin şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu barışıq sazişinin təsdiq edilməsinə dair qərardadın icrası ilə bağlı icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

5. Bu saziş hər biri eyni hüquqi qüvvəyə malik olmaqla 3 (üç) nüsxədə tərtib olunub, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, digəri isə məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar