Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6236/2022 10.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs, "xxxx" Firmasının, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Firmasının dövlət büdcəsinə olan ümumilikdə 6437,99 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən Sığorta Fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix – xx xxxx 1955ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Ağstafa rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Firmasının (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 4364,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 3054,96 manat, faizlər üzrə 1209,68 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, "xxxx" Firmasının (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat məbləğində (o cümlədən, faizlər üzrə ,01 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, dövlət büdcəsinə 2073,34 manat məbləğində (o cümlədən, vergilər üzrə 1983,46 manat, faizlər üzrə 89,88 manat), İcbari Tibbi Sığorta Fonduna 0 manat olmaqla, ümumilikdə 6437,99 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********362300 nömrəli, xx.xx.2021-ci il tarixli **********171700 nömrəli, xx.xx.2022-ci il tarixli **********147200 nömrəli, xx.xx.2022-ci il tarixli **********146500 nömrəli, xx.xx.2022-ci il tarixli **********828300 nömrəli, xx.xx.2014cü il tarixli **********299000 nömrəli, xx.xx.2021-ci il tarixli **********697800 nömrəli, xx.xx.2022-ci il tarixli **********092500 nömrəli, xx.xx.2022-ci il tarixli **********514900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan hüquqi şəxslər və fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 6437,99 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0 manat, İşsizlikdən Sığorta Fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, borc məbləğlərini tam şəkildə ödəmişdir. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Maraqlı şəxs (VÖEN: **********), "xxxx" Firmasının (VÖEN: **********) şəxsi hesab vərəqələrindən görünür ki, xx.xx.2022-ci il tarixə sözügedən vergi ödəyicilərinin borcu yoxdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" Firması tərəfindən 111213 (digər hüquqi şəxslər üzrə mənfəət vergisi) büdcə təsnifat kodu üzrə 1170 manat və Maraqlı şəxs tərəfindən 111130 (fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi) büdcə təsnifat kodu üzrə 425 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.e-taxes.gov.az/) əldə olunmuş xx.xx.2022-ci il tarixli vergi borcu barədə məlumatlarla təsdiq edilir ki, "xxxx" Firmasının (VÖEN: **********), Maraqlı şəxs (VÖEN: **********) və "xxxx" Firmasının (VÖEN: **********) əvvəlki günə borcları mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Maraqlı şəxs, "xxxx" Firmasının, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Firmasının hazırkı iş üzrə borcunun olması müəyyən edilmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6236/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6236/2022
10.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver