Məhkəmə qərarları › İş №e-2-2(113)-624/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-624/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-624/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMM-yə qarşı xx.xx.2013-cü il tarixli, 12-LA/13 saylı müqavilə üzrə borcun tutulmasına dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı güzəştin tətbiq edilməsi və müqavilə üzrə hesablanmış məbləğin silinməsinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli müqavilə üzrə 633.148 manat gecikdirilmiş borcun və hesablanmış 392.813,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 400 manat mediasiyaya dair xərcin cəmi: 1.026.711,22 manat pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damcılı suvarma sistemi üçün avadanlıqları quraşdırılması ilə birlikdə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli müqaviləyə dair maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli müqavilə üzrə 633.148 manat gecikdirilmiş borcu və hesablanmış 392.813,22 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin iddiasının rədd edilməsinə, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddiasının təmin edilərək, qanunvericiliklə müəyyən edilmiş güzəştin tətbiq edilməklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 lizinq müqaviləsi üzrə ödəməli olduğu məbləğdən 747.136 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi dəyəri 1.867.840 manat olan Kürdəmir rayonunda 320 ha sahəsində damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə lizinq alana verir, lizinq alan isə 170.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməklə qalan hissəsini 10 il müddətinə 2 nömrəli əlavədə qeyd olunan şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.7-ci bəndində göstərilmişdir ki, bu müqavilənin 3.6-cı bəndində göstərilən şərtə əməl olunduqda lizinq verən lizinq alan tərəfindən təqdim olunan bütün sənədləri araşdırmalı və avadanlığa mülkiyyət hüququnun 10 gündən gec olmayaraq lizinq alana verilməsini rəsmiləşdirir. Cavabdeh MMM tərəfindən müqavilədə göstərilən 170.000 manat məbləğ lizinq verənə ödənildikdən sonra həmin müqavilənin 2 nömrəli əlavəsində göstərilən qrafik üzrə mütəmadi ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların surətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını rəhbər tutaraq "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarı ilə bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi qərara alınmışdır, (həmin qərar xx.xx.2014-cü il tarixində dərc edilmişdir və 5 il müddətinə qüvvədə olmuşdur.) "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2-ci bəndinə əsasən Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı xüsusi komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Cavabdeh МММ tərəfindən müqavilə öhdəliklərinə əməl olunmuş, 2015ci ilin 2-ci rübü daxil olmaqla 419.284 manat lizinq verənə ödənilmişdir. Sözügedən qərar qəbul ediləndən sonra da Cavabdeh МММ tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq ödənilmiş, 2013-cü ildə 186.784 manat, 2014-cü ildə 139.500 manat, 2015- ci ildə 186.000 manat, 2016-cı ildə 184.000 manat, 2017-ci ildə isə 183.200 manat vəsait Cavabdeh МММ tərəfindən ödənilmişdir. Cavabdeh МММ tərəfindən dəfələrlə güzəştin tətbiq edilməsi ilə bağlı müvafiq orqanlara müraciətlər edilsə də, bunlar nəticə verməmiş, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin 19 oktyabr 2018-ci il tarixli məktubu ilə normativ hüquqi aktın tələbləri təhrif edilmiş, qarşılıqlı iddiaçının ziyanına yönəlmiş tərzdə şərh verilmişdir. Həmin məktubda aşağıdakı kimi şərh verilərək normativ aktın tələbləri təhrif edilmişdir: “Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən Səhmdar Cəmiyyətdən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Müraciətdə qeyd olunan fiziki və hüquqi şəxslərlə "xxxx" ASC arasında lizinq müqavilələri güzəştin tətbiq edildiyi tarixdən əvvəl bağlandığından həmin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi nəzərdə tutulmamışdır”. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2.5-ci bəndinə əsasən bu qaydalarm 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt təthiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə xüsusi komissiya tərəfindən qərar qəbul edilir. Həmin bənddən də göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarının qüvvədə olduğu 2015-ci ilin 2-ci rübünə Cavabdeh MMM tərəfindən avadanlığın ilkin dəyərinin 20%-dən artığı, yəni 419.284 manat lizinq verənə ödənilmişdir. Cavabdeh MMM tərəfindən avadanlığın ilkin dəyərinin 20%-dən artığının, yəni 419.284 manatın lizinq verənə ödənilməsini nəzərə alaraq, xüsusi komissiya cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq etməli və yeni lizinq müqaviləsi bağlamalı idi. Qeyd edilən normativ hüquqi aktın tələblərini təhrif edən və özlərinə sərf edəcək şəkildə şərh edən ilkin iddia üzrə iddiaçı, borc məbləğindən 747.136 manat məbləği silməli və yeni lizinq müqaviləsi bağlamalı olduğu halda bunu etməmiş, artıq hesablanmış borc məbləğini və açıq-aşkar şişirdilmiş cərimə faizlərinin qarşılıqlı iddia üzrə iddiaçıdan tutulması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ilkin iddiaçı yuxarıda sadalanan normativ aktlarla Cavabdeh MMM- nə verilmiş güzəştləri tətbiq etməməklə, sonuncunun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit edilmiş hüquqlarının pozulmasına cəhd edir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsinə əsasən: Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konstitusiyanın 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinəə əsasən, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Sonradan ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 12- LA/13 nömrəli müqavilə üzrə 633.148 manat gecikdirilmiş borcun və hesablanmış 392.813,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 400 manat mediasiyaya dair xərcin cəmi: 1.026.711,22 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" X1rşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra ilin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yazılı etirazla məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 nömrəli Qərarına, sözügedən qərarla təsdiq edilmiş qaydalara istinad edərək agentliyin zərəri hesabına 40 faiz güzəşt tətbiqi hüquqlarının olmasını, ilkin iddiaçının sadalanan normativ aktlarla ilkin iddia üzrə cavabdehə verilmiş güzəştləri tətbiq etməməklə sonuncunun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit edilmiş hüquqlarının pozulmasına cəhd edildiyini göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın 2.7-1- ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. Xüsusi olaraq qeyd edilməlidir ki, qaydalar üzrə yeni 2.7- 1-ci bənd "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli Qərarı ilə əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarına nəzər yetirdikdə sözügedən Qərarın 2-ci bəndində məhz həmin Qərarın qüvvəyə mindiyi tarixədək, Qərarın 3-cü bəndində bu qərar qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, həmin Qərarın 3-1 –ci bəndində isə məhz 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən lizinqə götürülən və lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə turulmuşdur. Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli Qərarının yuxarıda qeyd olunan 2-ci, 3-cü və 3-1-ci bəndlərini müqayisəli təhlil etdikdə, aşkar surətdə görünür ki, qanunverici orqan suvarma sistemləri dəstinə və avadanlığına münasibətdə güzəşt tətbiqinə dair fərqli qayda müəyyən etmişdir. Belə ki, Qaydaların 2-ci və 3-cü bəndlərində lizinqə götürülmüş və götürüləcək texnikaya (kənd təsərrüfatı texnikalarına) münasibətdə 40 faizlik güzəştin tətbiqinə hər hansı tarix (ay, il, gün) məhdudiyyəti nəzərdə tutulmamışdır. Lakin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiqini nəzərdə tutan Qaydaların 3-1-ci bəndində isə bu güzəştin yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinə və avadanlığına münasibətdə tətbiqi nəzərdə tutulmuşdur. Beləliklə, həm Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli Qərarından, həm də həmin Qərar ilə təsdiqlənmiş Qaydalardan göründüyü kimi, qanunverici “texnika” və “suvarma sistemləri dəsti və avadanlığı”nı bir-birindən fərqli lizinq obyektləri kimi ayırmaqla yanaşı, texnika (kənd təsərrüftaı texnikası) üzrə, suvarma sistemləri dəsti və avadanlığı üzrə güzəştlərin tətbiq olunma tarixi (lizinqə verilmə tarixi) baxımından da fərqli qaydalar müəyyən etmişdir. Əlavə olaraq bildirirlər ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın hazırlanmasına əsas olmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2451 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Onu da bildirirlər ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilə üzrə heç də qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi 2015-ci ilin 2-ci rübünə avadanlığın ilkin dəyərinin 20 %-dən artığı, yəni 419 284 manat ödəniş aparılmamışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 10 fevral 2022-ci il tarixli, MİHO\1.2.2-2-2022-401 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş "xxxx" MMM-in öhdəliklərinə dair lizinq borclarının idarə edilməsi üzrə proqram təminatından əldə edilmiş məlumatlardan görünür ki, 2013-cü ildən 2015-ci ilin son rübü də daxil olmaqla ilkin iddia üzrə cavabdeh tərəfindən cəmi 323.300 (üç yüz iyirmi üç min üç yüz) manat: 1. xx.xx.2013-cü il – 170.000 manat (avadanlığın dəyərindən əvvəlcədən ödənilmiş); 2. xx.xx.2014-cü il – 63.300 manat; 3. xx.xx.2014-cü il – 25.000 manat; 4. xx.xx.2015-ci il – 30.000 manat; 5. xx.xx.2015-ci il – 20.000 manat; 6. xx.xx.2015-ci il – 15.000 manat ödəniş aparılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini, eyni zamanda qarşılıqlı iddia tələbinin əsassız olduğunu, eləcə də qarşılıqlı iddia verilərkən prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyini əsas göstərərək qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi dəyəri 1.867.840 manat olan Kürdəmir rayonunda 320 ha sahədə damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verir. Həmin Müqavilənin: 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 170.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. -“Aqrolizinq ASC-yə məxsus Kürdəmir rayonu ərazisində 320 ha sahədə quraşdırılmış damcılı suvarma sistemi avadanlığının lizinqə alana təhvil verilməsi barədə xx.xx.2012-ci akta əsasən müəyyən edilir ki, 171 adda damcılı suvarma sistemi avadanlıqların quraşdırma işləri tam başa çatdırılaraq tam hazır işlək vəziyyətdə lizinq alan "xxxx" MMM-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2013-cü il tarixli 12-LA/13 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikinə əsasən müəyyən edilir ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 2-ci rübündə 16.784 manat, 2014-cü ilin 2-ci rübündən 2015-ci ilin 4-cü rübünədək hər bir rübdə 46.500 manat, 2016-ci ilin hər rübündə 46.000 manat, 2017-ci ilin hər rübündə 45.800 manat, 2018-ci ilin hər rübündə 45.500 manat, 2019-cu ildən 2020-ci ilədək hər rübdə 45.000 manat, 2021-ci ilin hər rübündə 44.800 manat, 2022-ci ilin hər rübündə 44.600 manat, 2023-cü ilin 1-ci rübündə 44.400 manat, 2-ci rübündə 44.356 manat olmaqla ümumilikdə 1.697.840 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 19 oktyabr 2018-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, 22 sentyabr 2018-ci il tarixli müraciətə cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən Səhmdar Cəmiyyətdən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Müraciətdə qeyd olunan fiziki və hüquqi şəxslərlə "xxxx" ASC arasında lizinq müqavilələri güzəştin tətbiq edildiyi tarixdən əvvəl bağlandığından həmin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi nəzərdə tutulmamışdır”. 28 aprel 2021-ci il tarixli xx/xx-2021 nömrəli məktuba əsasən müəyyən edilir ki, "xxxx" MMM Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarın, ölkə başçısı cənab İlham Əliyevin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli sərəncamını və "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarını nəzərə alınaraq, xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi üzrə "xxxx" MMM-yə avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsini xahiş etmişdir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 12- LA/13 saylı lizinq müqaviləsi üzrə lizinq alan "xxxx" MMM-nin gecikdirilmiş borcu 633.148 manat, cərimə borcu 392.813,22 manat olmaqla, cəmi borc 1.025.961,22 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, "xxxx" MMM-nin xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi üzrə öhdəliyi 1.867.840 manat olmaqla, ümumilikdə 877.936 manat məbləğində ödənişlər edilmiş, borc məbləği 989.904 manat (1533 gün gecikdirilmiş günlərə görə borc 722.748 manat) təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2891 nömrəli məhkəməmühasibatlıq ekspertiza rəyindən görünür ki, "xxxx" MMM-nin hal-hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə "xxxx" MMM-nin "xxxx" ASC-yə olan borcu 633.148 manat, "xxxx" MMM tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, həmin müqavilə üzrə lizinqə verilmiş avadanlıqların ilkin dəyərinin 40 faizi məbləğində güzəşt tətbiq edilməklə maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə "xxxx" MMM-nin "xxxx" ASC-yə olan borcu 242.768 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, "xxxx" MMM-yə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 1812 saylı müqavilədən görünür ki, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC (mübahisəli hüquq münasibətində hüquqi varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) ilə ilkin iddia üzrə cavabdeh "xxxx" MMM arasında xx.xx.2013-cü il tarixli 12-LA/13 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, "xxxx" MMM lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə "xxxx" MMM-nin lizinq müqaviləsi üzrə cəmi 633.148 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMM-yə qarşı 633.148 manat gecikdirilmiş borcun və hesablanmış 392.813,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, mediasiyaya xərcləri ilə bağlı 400 manat məbləğində pul vəsaitinin, cəmi 1.026.711,22 manat pul vəsaitinin tutulması barədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarda nəzərdə tutulmuş güzəşt tətbiq edilməklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 lizinq müqaviləsi üzrə ödəməli olduğu məbləğdən 747.136 manat məbləğinin silinməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. İlkin iddianın baxılması nəticəsi qarşılıqlı iddiaya axılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri sayır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarına əsasən həmin qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi, qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi qərara alınmışdır. Qərarda həmin qərarın 5 il müddətində qüvvədə olması qeyd edilmişdir. Həmin qərara AR Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli 273 saylı qərarı ilə əlavə edilmiş 3-1-ci bəndə əsasən 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərarla təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Bu Qaydaların qüvvəyə mindiyi tarixdən sonra istifadəçilər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli qərarı ilə həmin qaydalara əlavə edilmiş 2.7-1 bəndə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə xüsusi komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarının məzmunundan da göründüyü kimi qərarda göstərilən - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına güzəştlərin həmin texnikanın lizinqə götürülməsi tarixindən asılı olmayaraq tətbiq edilməsi nəzərdə tutulduğu halda suvarma sistemləri dəstinin və avadanlığına münasibətdə güzəştlərin tətbiq edilməsi ilkin olaraq ümumiyyətlə nəzərdə tutulmamış, 04 avqust 2015-ci il tarixdə sözügedən qərara, eləcə də həmin qərarla təsdiq edilmiş Qaydalara güzəştlərin 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlıqlarına şamil edilməsi barədə müvafiq bəndlər əlavə edilmişdir. Hazırkı iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış damcılı suvarma sistemi üçün avadanlıqların lizinqə verilməsinə dair mübahisəli lizinq müqaviləsi xx.xx.2013-cü il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən tətbiq edilməsi nəzərdə tutulan güzəştlərin şamil edildiyi tarixdən əvvəl bağlanmışdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsinin şamil edilməsi ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, hazırkı halda AR Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyi zaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir. İkincisi, hazırkı mübahisə hər iki tərəfin mülki hüququn bərabərhüquqlu subyekti qismində iştirak etdiyi müqavilə münasibətlərdən irəli gəlir. Odur ki, sözügedən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi bir tərəfin hüquqi vəziyyətini yaxşılaşdırdırdığı halda digər tərəfin mənafelərinə ziyan vurulmasına və ya onun vəziyyəti pisləşməsinə səbəb olur. Bu baxımdan hazırkı halda Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi tətbiq edilməklə normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.2-ci madəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı tələblərinin əsaslılığını təsdiq etmək üçün həmçinin ona istinad edir ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il “26” aprel tarixli “Q-08- 19” nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilmiş və belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarında kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş güzəştlər suvarma sistemləri dəsti və suvarma avadanlığına da şamil edilməlidir. Göstərilən dəlillərlə bağlı məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi siyahı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən güzəşt tətbiq ediləcək kənd təsərrüfatı texnikaların dairəsini müəyyən edir. Sözügedən Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydası isə müvəkkil kredit təşkilatları tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin lizinqə verilməsi zamanı tətbiq edilən güzəştlərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsinin qaydalarını müəyyən edir. Məhkəmə hesab edir ki, subyekt, predmet və zaman baxımından fərqli münasibətləri tənzimlədiyindən sözügedən qaydalar üçün nəzərdə tutulmuş siyahının (və həmin siyahıda istifadə edilmiş klassifikasiya meyarlarının) 2013-cü ildə lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan "xxxx" MMM arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinə şamil edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə məhkəmə suvarma texnikası və avadanlığının da kənd təsərrüfatı texnikası olması barədə qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilən xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarında güzəştlərin iki növ əsas vəsaitə - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına və suvarma sistemləri dəsti və avadanlığına şamil edilməsi nəzərdə tutulmuşdur. Birincisi, suvarma dəsti və avadanlığının kənd təsərrüfatı texnikasının növlərindən birinin olması ehtimal edilsə belə, həmin avadanlığın özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikası olmaması açıq-aşkardır. İkincisi, suvarma sistemləri dəstinin və avadanlığının qərarda güzəştlərin tətbiq edildiyi əmlakların ayrıca növü kimi göstərilməsi, həmin dəst və avadanlıqlar üçün güzəşt tətbiq edilməsinin fərqli qaydasının müəyyən edilməsi həmin həmin qərar tətbiq edilərkən suvarma sistemləri dəstinin və avadanlığının kənd təsərrüfatı texnikasına aid edilməsini istisna edir. Üçüncüsü, həmin qərarla təsdiq edilmiş Qaydalarda qərarın qəbul edildiyi tarixədək lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına və qərar qəbul edildiyi tarixdən lizinqə götürüləcək kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsinin fərqli qaydaları müəyyən edilmişdir. Belə ki, güzəştlər tətbiq edilərkən artıq bağlanmış lizinq müqavilələri üzrə istifadəçilərin ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətlərini xüsusi komissiyaya təqdim etməsi, xüsusi komissiyanın sənədləri araşdırması, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə qarşılıqlı iddia üzrə iddiaçının AR Nazirlər Kabinetinin sözügedən qərarının qüvvədə olduğu müddət ərzində xüsusi komissiyaya müraciət etməsi, komissiya tərəfindən yeni müqavilənin bağlanılması barədə qərar qəbul edilməsi və belə bir müqavilənin bağlanılması iş materiallarından görünmür. Odur ki, qərarda özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına üçün nəzərdə tutulmuş güzəştlərin suvarma texnikasına da şamil edilməli olmasını fərz etsək də, qarşılıqlı üzrə iddiaçı tərəfindən müvafiq güzəştin ona şamil edilməsi üçün Qaydalarda nəzərdə tutulmuş addımlar atılması iş materialları ilə öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir. İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də ilkin iddia üzrə cavabdeh "xxxx" MMM-nin mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə "xxxx" MMM-nin lizinq müqaviləsi üzrə cəmi 633.148 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin yenidən təşkil edildiyini və kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanığının, damazlıq heyvanlarının kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin iddia üzrə cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu (cərimə) xx.xx.2013-cü il tarixli 12-LA/13 saylı müqavilə üzrə 30.000 manat məbləğində müəyyən edilməlidir. İlkin iddia üzrə cavabdehin istinad etdiyi müqavilə üzrə öhdəliklərini fors-major halla (quraqlıqla) bağlı vaxtında icra edilə bilməməsi, bu səbəbdən həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən – dəbbə pulunu ödəməkdən azad edilməli olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəlikləri vaxtında icra edilməməsinin fors-major halla bağlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh "xxxx" MMM-dən lizinq müqaviləsi üzrə cəmi 633.148 manat, xx.xx.2013-cü il tarixli 12-LA/13 saylı müqavilə üzrə 30.000 manat məbləğində dəbbə pulu tutularaq ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq mediasiya xərcləri tərəflər arasında bölüşdürüldürülərək ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi büdcə təşkilatı olmaqla dövlət rüsumu ödəməkdən azad edildiyindən ilkin iddia verilərkən dövlət rüsumunu ödəməmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, ilkin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu 1303 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göründüyü kimi hazırkı iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərclərini nəzərə alsaq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun məbləği 903 manat təşkil edir. Odur ki, sözügedən dövlət rüsumunun iddia tələblərinin təmin edilmiş hissəsinə (təxminən 65%) mütənasib olaraq 600 manat hissəsi MPM-in 124-cü maddəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" MMM-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə ilkin iddia üzrə cavabdehdən 200 (iki yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə hazırkı qətnamə ilə əsas borc məbləğinə münasibətdə (ekspertiza ilə müəyyən edilən mübahisəli hala) tam təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" MMM-dən xx.xx.2013-cü il tarixli, 12-LA/13 saylı müqavilə üzrə 633.148 (altmış yüz otuz üç min yüz qırx səkkiz) manat məbləğində gecikdirilmiş əsas borc, 30.000 (otuz min) manat məbləğində dəbbə pulu, cəmi 663.148 (altı yüz altmış üç min yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 600 (altı yüz) manat hissəsi ilkin iddia üzrə cavabdeh "xxxx" MMM-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı güzəştin tətbiq edilməsi və müqavilə üzrə hesablanmış məbləğin silinməsinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar