Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-625/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 180-LD/18 nömrəli müqavilə üzrə yaranmış 1538.74 (bir min beş yüz otuz səkkiz manat, 74 qəpik) manat gecikdirilmiş əsas borc və 1741.84 (bir min yeddi yüz qırx bir manat, 84 qəpik) manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli 183- LD/18 nömrəli müqavilə üzrə yaranmış 5169.66 (beş min bir yüz altmış doqquz manat, 66 qəpik) manat gecikdirilmiş əsas borc və 5104.91 (beş min bir yüz dörd manat, 91 qəpik) manat cərimə borcu borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 (iki yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 14,055.15 (on dörd min əlli beş manat, 15 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli 180-LD/18 nömrəli müqavilə üzrə yaranmış 1538.74 (bir min beş yüz otuz səkkiz manat, 74 qəpik) manat gecikdirilmiş əsas borc və 1741.84 (bir min yeddi yüz qırx bir manat, 84 qəpik) manat cərimə borcunun, eləcə də xx.xx.2018-ci il tarixli 183-LD/18 nömrəli müqavilə üzrə yaranmış 5169.66 (beş min bir yüz altmış doqquz manat, 66 qəpik) manat gecikdirilmiş əsas borc və 5104.91 (beş min bir yüz dörd manat, 91 qəpik) manat cərimə borcu borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 (iki yüz) manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manatın, cəmi: 14,055.15 (on dörd min əlli beş manat, 15 qəpik) manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-625/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-625/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver