Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6251/2022 12.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, C-001-AAE-22 nömrəli müqavilə üzrə təhvil verilmiş Changan CS 55 plus (VİN: LS5A3DKE3MA2276147) markalı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və ödənilmiş 242,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, C-001-AAE-22 nömrəli müqavilə üzrə təhvil verilmiş Changan CS 55 plus (VİN: LS5A3DKE3MA2276147) markalı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması və ödənilmiş 242,00 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (“Satıcı”) ilə cavabdeh (“Alıcı”) arasında xx.xx.2022-ci il tarixində Avtomobil alqı-satqısı üzrə C-001-AAE-22 nömrəli müqavilə imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 50.667,00 manat müəyyən edilən Changan CS 55 plus (VİN: LS5A3DKE3MA2276147) markalı avtonəqliyyat vasitəsi iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmişdir. Müqavilənin 2.7-ci maddəsinə əsasən, cavabdeh 6.675,00 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 43.992,00 manat məbləği isə 12 ay müddətinə, ayda 3.666,00 manat olmaqla ödəməyi iddiaçı qarşısında öz öhdəsinə götürmüşdür. Lakin, xx.xx.2022-ci il tarixindən etibarən cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Müqavilənin 3.2.2; 3.2.5 və 3.2.6-cı bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Bu halda, avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satıcı məbləği “Alıcı”nın borcunu tam bağladıqda Satıcı yerdə qalan məbləği Alıcıya tam geri qaytarır. Bu məbləğ “Alıcı”nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Sarıcı”ya ödəməlidir. “Alıcı”nın qeyd olunanlardan imtina edəcəyi təqdirdə, “Satıcı” qeyd olunan məbləği məhkəmə qaydasında tələb edəcəkdir. Müvafiq borc məbləğinin ödənilməsi və ya təhvil verilmiş “Changan CS 55” markalı nəqliyyat vasitəsinin geri qaytarılması tələbi ilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Xəbərdarlıq məktubları göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, sözügedən müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Habelə, cavabdehin mediasiya prosesinə gəlməməsi və telefon zənglərinə cavab verməməsi səbəbindən, mübahisənin mediasiya vasitəsi ilə də həll edilməsi mümkün olmamışdır. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli C-001-AAE-22 nömrəli Avtomobil alqı-satqısı üzrə Müqavilədən görünür ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan CS 55 Plus, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE3MA276147, Rəng Qara metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən modeli Changan CS 55 Plus, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE3MA276147, Rəng Qara metallik) avtomobil qüsursuz və texniki saz vəziyyətdə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən avtomobil təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli C-001-AAE-22 nömrəli Avtomobil alqı-satqısı üzrə Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan CS 55 Plus, buraxılış ili 2021 olan (VİN: LS5A3DKE3MA276147, Rəng Qara metallik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda cavabdehin istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən avtomobil təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, avtomobilin dəyəri vaxtlı-vaxtında iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə satmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli C-001-AAE-22 nömrəli Avtomobil alqı-satqısı üzrə Müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, iddiaçı dəyəri ödənilməmiş avtomobilin qaytarılmasını tələb etməkdə haqlı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli, C-001-AAE-22 nömrəli müqavilə üzrə təhvil verilmiş Changan CS 55 plus (VİN: LS5A3DKE3MA2276147) markalı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən İddiaçınə geri qaytarılsın. Ödənilmiş 242,00 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6251/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6251/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver