Məhkəmə qərarları › İş №e-2-2(113)-6256/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6256/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6256/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20582,40 (iyirmi min beş yüz səksən iki manat qırx qəpik) manat borc və ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən 16142,4 (on altı min bir yüz qırx iki manat dörd qəpik) manat borc və ödənilmiş 152 (bir yüz əlli iki) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 03 dekabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki: Nəzərə alaraq ki, a. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-6256/2024 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. b. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən 20582,40 (iyirmi min beş yüz səksən iki manat qırx qəpik) manat və ödənilmiş 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir c. Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olandan sonra ümumilikdə 14160 manat (ƏDV daxil) ödəniş etmişdir. d. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı barışıq sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər. Və aşağıdakı şərtlərlə bu barışıq sazişini imzalayırlar:

1. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən borcun ümumi məbləği 11420,40 manat (ƏDV daxil) və dövlət rüsumu kimi ödənilmiş 152 manat (bundan sonra birlikdə “əsas borc” adlandırılacaq) məbləğində müəyyən olunur.

2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun ödənilməsi öhdəliyini daşıyır və bu məbləğlə məhdudlaşır və cavabdeh əsas borcdan savayı hər hansı dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək.

3. Cavabdeh əsas borcu aşağıdakı qraflkə uyğun ödəməyi öhdəsinə götürür: Ödəniş tarixi Borc 25 dekabr 2024-cü il 5710,20 manat (ƏDV daxıl) 25 yanvar 2025-ci il 5710,20 manat (ƏDV daxil) 25 yanvar 2025-ci il 152 manat (dövlət rüsumu) Cəmi: 11422,40 manat (ƏDV daxil) və 152 manat

4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.4-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra cavabdeh iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir.

6. Cavabdeh tərəfindən əsas borc məbləğinin sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.

7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tan həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycaı Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar.

10. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Nəzərə alaraq ki, a. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-6256/2024 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. b. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən 20582,40 (iyirmi min beş yüz səksən iki manat qırx qəpik) manat və ödənilmiş 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir c. Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olandan sonra ümumilikdə 14160 manat (ƏDV daxil) ödəniş etmişdir. d. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı barışıq sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər. Və aşağıdakı şərtlərlə bu barışıq sazişini imzalayırlar:

1. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən borcun ümumi məbləği 11420,40 manat (ƏDV daxil) və dövlət rüsumu kimi ödənilmiş 152 manat (bundan sonra birlikdə “əsas borc” adlandırılacaq) məbləğində müəyyən olunur.

2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun ödənilməsi öhdəliyini daşıyır və bu məbləğlə məhdudlaşır və cavabdeh əsas borcdan savayı hər hansı dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək.

3. Cavabdeh əsas borcu aşağıdakı qraflkə uyğun ödəməyi öhdəsinə götürür: Ödəniş tarixi Borc 25 dekabr 2024-cü il 5710,20 manat (ƏDV daxıl) 25 yanvar 2025-ci il 5710,20 manat (ƏDV daxil) 25 yanvar 2025-ci il 152 manat (dövlət rüsumu) Cəmi: 11422,40 manat (ƏDV daxil) və 152 manat

4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür.

5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.4-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra cavabdeh iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir.

6. Cavabdeh tərəfindən əsas borc məbləğinin sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.

7. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tan həcmdə icra edildiyi tarixədək qüvvədədir.

9. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycaı Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu sazişi imzalamışlar.

10. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar