Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-628/2023 27.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rays Group MMC-dən "xxxx" MMC-nin xeyrinə 9267.02 manat məbləğində pulun tutulması 120 manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən “müqaviləyə əsasən “satıcı” alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyyat hissələrini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Elektron qaimələrdən də görünür ki, Cavabdeh MMC-yə ƏDV-də daxil olmaqla, 25771,69 manat dəyərində mal satılmışdır. Belə ki, malların dəyəri 21840,44 manat, ƏDV dəyəri isə 3931,25 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 9267,02 manat məbləğində pulu 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. "xxxx" MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış 13 noyabr 2019 tarixli 133 nömrəli alğı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyat hissələrini satır, “alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətdə malın haqqını ödəyir. 2.1.1 bəndə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. 2.2.2 bəndə əsasən alınmış malın dəyəri 7 gün müddətində ödənilməlidir. 6.1 bəndə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir. Müddətin sonunda tərəflərdən birinin yazılı müraciəti olmadığı halda müqavilənin müddəti avtomatik olaraq hər növbəti 1 il müddətinə uzadılmış hesab olunur. EBAC seriyalı, 427576 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 212,4 manat, EBAE seriyalı, 068677 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 494,42 manat, EBAE seriyalı, 531051 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 637,2 manat, EBAE seriyalı, 417663 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 384,68 manat, EBAE seriyalı, 910250 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 3462,12 manat, EBAG seriyalı, 109679 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2456,73 manat, EBAİ seriyalı, 495706 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 885 manat, EBAW seriyalı, 954256 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2.482,99 manat, EBAY seriyalı, 288198 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 599,97 manat, EBAZ seriyalı, 621776 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1.192 manat, EBBB seriyalı, 259309 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 581,10 manat, EBBC seriyalı, 714190 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1.422,98 manat, EBBE seriyalı, 374027 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 474,97 manat, EBBG seriyalı, 001967 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 320,01 manat, EBBH seriyalı, 700768 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 378,02 manat, EBBL seriyalı, 873158 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 71,98 manat, EBBK seriyalı, 324319 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 539,99 manat, EBAH seriyalı, 609318 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 1989,49 manat, EBAJ seriyalı, 771844 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 318,6 manat, EBAK seriyalı, 929493 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 990,02 manat, EBAP seriyalı, 704922 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 638,38 manat, EBAN seriyalı, 320288 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 282,02 manat, EBAM seriyalı, 010865 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 895,62 manat, EBAR seriyalı, 071496 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 631,30 manat, EBAS seriyalı, 214246 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2.060,28 manat, EBAS seriyalı, 823533 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 166,38 manat, EBAV seriyalı, 920525 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 1.200,01 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2022 tarixli ödəniş qəbzinə əsasən 101 manat Bakı “6” saylı Mediasiya Təşkilatının bank hesabına ödəniş olmuşdur. "xxxx" MMC-nin bank hesabından çıxarışdan məlum olur ki, həmin hesaba Cavabdeh MMC tərəfindən xx.xx.2020 tarixində EBAS 823533 EBAS 214246 EBAR 071496EBAP 70492 EBAN ******* EBAM 010865 EBAK 929493 elektron qaimələr üzrə 4.800 manat məbləğində mədaxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında avtomobil ehtiyat hissələrinin alqı-satqısına dair müqavilə imzalanmış, həmin müqavilənin əsasında "xxxx" MMC tərəfindən mallar Cavabdeh MMC-yə təqdim edilmşdir. Hazırda iddiaçı alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların əsasında ödənişin bir hissəsinin olduğunu qeyd etmiş, lakin tam olaraq ödənilmədiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə iş materiallarını və sadalanan maddi hüquq normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə 9.267,02 manat tutulmalıdır. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə malların təhvil-təslimi əsasında ödənişlərin aparılması razılaşdırılsa da qeyd edilən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla belə iddiaçının bank hesabından çıxarışından məlum oldu ki, cavabdeh müqavilə üzrə ödənişi həyata keçirmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, tərəflər öz aralarında bu qaydada razılaşmış və müqavilə münasibətlərini davam etdirmişlər. Bu baxımdan iddia tələbinin əsaslı olması sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiqlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 (dörd yüz) manat mediasiaya xərci, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulımalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə 9267,02 manat, 100 manat mediasiya xərci, 20 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən "xxxx" MMC-nin xeyrinə 9267,02 manat, 100 manat mediasiya xərci, 20 manat dövlət rüsumu tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-628/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-628/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver