Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-629/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı “hesabların ləğv edilməsi və tariflərin aylıq deyil, illik götürülməklə yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə Cavabdeh MMC-dən 98400 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində İddiaçı ilə Cavabdeh MMC arasında 38 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçınə təqdim olunmuş anket materiallarına əsasən Cavabdeh MMC-yə 2018 və 2019-cu illər üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə 98400 manat məbləğində 36M-18, 37M-19, 37 M-19-1 saylı hesablar təqdim olunmuşdur. Cavabdeh MMC-yə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş “Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri”nin 75 və “Qeydlər” bölməsinin 1-ci bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı 38 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq, Cavabdeh MMC müqavilənin 3-cü bəndini icra etməmişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixli DRİ-HKŞ-9/259 saylı və xx.xx.2020- ci il tarixli DRİ-HKŞ-9/780 saylı pretenziyaların göndərilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh MMC Azərbaycan Respublikası Tarif Şurasının təsdiq etdiyi tariflərə uyğun təqdim olunan hesabı ödəməmişdir. Eyni zamanda Cavabdeh “Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Cəmiyyətə təqdim olunmuş 36M-18 və 37M-19 saylı hesabların ləğv olunması və qarşılıqlı iddia üzrə cavabdehin üzərinə 38-36M-18 və 37M- 19 saylı hesabların əvəzinə Preyskurantın Cəmiyyətdə istifadə olunan radiorabitə vericilərinin çıxış gücünə uyğun gələn 43 və 44-cü bənddə təsbit edilmiş tariflər tətbiq edilməklə və tezlik sayı düzgün tətbiq olunmaqla və tariflər bir ildə bir dəfə tədbiq olunmaqla yeni hesabların tərtib edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə Cəmiyyətə təqdim etdiyi 36M-18 və 37M-19 saylı hesablarda həqiqətə uyğun olmayan, Preyskurantın Cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edilmişdir. Bununla qarşılıqlı iddia üzrə cavabdeh hüquqdan sui-istifadə etmişdir. Sui-istifadənin də başlanğıcı kimi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilədə Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantının konkret olaraq hansı bəndlərində nəzərdə tutulmuş tariflərin tətbiq olunacağını qəsdən göstərilməməsini hesab edirik. Çünki adı gedən preyskurantda 90-a yaxın müxtəlif tarifləri əks etdirən bəndlər vardır və qarşılıqlı iddia üzrə cavabdehin müqavilədə konkret olaraq 90 bənddən hansılarında əks olunmuş tariflərin tətbiq olunacağını qəsdən göstərməməsi açıq-aşkar görsənir. xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə təqdim edilmiş 36M-18 və 37M- 19 saylı hesablar əsassız və qanunsuzdur. Belə ki, Cəmiyyətdə isitfadə olunan kanallar, tezliklər 4-4.2 GhZ diapazonunda işləyir ki, bu da santimetrlik diapazon hesab olunur. Qeyd olunanlar İddiaçınə təqdim edilmiş anket məlumatları ilə təsdiqini tapır. İddiaçı tərəfindən isə Preyskurantın desimetrik diapazona uyğun tarifləri tətbiq edilmişdir (75-ci bənd). Bununla yanaşı, Preyskurantın 75-ci bəndində göstərilmiş tariflər illik ödəniş kimi, yəni bir ildə (12 ay ərzində) bir dəfə ödənişin edilməsi kimi nəzərdə tutulsa da, hər hesabda iki dəfə eyni dövrü əhatə edən illik ödənişlər tətbiq edilmişdir. Digər tərəfdən, Cəmiyyətin 2 tezlik zolağı olduğundan və tarif hər bir tezliyə görə tətbiq olunmalı olduğundan REV sayı nəzərə alınmadan və tezlik sayı olaraq 12 və ya 24 deyil, məhz 2 götürülməklə hesablama aparılmal idi. Lakin qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi hesablarda “Tele və radioyayım paylayıcı şəbəkələrdə (efır-kabel) bir tezliyin (kanalın) istismarı” üzrə ödənişlər hesablanarkən 12 və 24 tezlik sayı və eyni zamanda REV sayı da tətbiq edilmişdir. Əslində isə Preyskurantın radiotezliklərə nəzarət və istismar haqqları (illik ödəniş) bölümümün“ bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı oaraq bir tezliyin istismarı üçün” yarımbölümünün “3 Vt-a qədər, 3 Vt daxil olmaqla” (43-cü bənd) və “3 Vtdan 30 Vt-a qədər, 30 Vt daxil olmaqla” (44-cü bənd) bəndlərindəki tariflər tətbiq edilməli idi. Belə ki, İddiaçınə təqdim edilmiş anket məlumatlarında həm isitfadə olunan kanalların, tezliklərin diapazonun 4-4.2 GhZ olması, həm də radiorabitə vericilərinin çıxış gücünün 3Vt-30Vt olması aydın şəkildə göstərilmişdir. Digər tərəfədn isə, İddiaçı ilə olan başqa bir analoji məhkəmə işləri zamanı keçirilmiş ekspertiza zamanı ekspert müəyyən etmişdir ki, Cəmiyyətdə istifadə olunan avadanlıqların ötürdüyü siqnalın tezliyi 4-4.2 Ghz olmaqla “C” (santimetirlik) diapazonuna aiddir. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 38 saylı müqavilə üzrə İdarə tərəfindən Cəmiyyətə təqdim olunmuş 36M-18 və 37M-19 saylı hesablarda Preyskurantın Cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən (desimetrik) tarifləri tətbiq olunmuş, eyni zamanda ödəniş məbləği hesablanarkən tezlik sayları səhv yazılmış, səhvən REV sayları tətbiq edilmiş və nəticədə hesablarda düzgün olmayan və şişirdilmiş məbləğlər formalaşmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İcraçı qismind Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim etməyi, icraçı isə radiorabitə şəbəkəsi üçün tezlikləri təyin etməyi və ödəniş aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verməyi öz öhdəisinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də “Pokc” QAM 2W markalı, ******* zavod nömrəli, 2 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də MMDS, Televideo, MS6/3VC12 Multisegment markalı, 289 zavod nömrəli, 8 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də MMDS, Televideo, MS4/2VN8 Multisegment markalı, 288 zavod nömrəli, 8 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2014cü il tarixdə Cavabdeh MMC-də MMDS, Televideo, MS4/1VN8 Multisegment markalı, 287 zavod nömrəli, 4 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2015-ci il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2013cü il tarixdə Cavabdeh MMC-də MMDS, Televideo, MS24/6HO50 Multisegment markalı, 284 zavod nömrəli, 50 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4200 Mhz, 8 Mhz-lik, 24 kanal olmuşdur. - xx.xx.2013-cü il tarixli baza radiostansiyalarının anketindən görünür ki, xx.xx.2013cü il tarixdə Cavabdeh MMC-də MMDS, Televideo markalı, 256 zavod nömrəli, 50 vatt çıxış gücü olan, efirkabel televiziya yayımı radiostansiyası Cavabdeh MMC-də quraşdırılmış, icazə verilən işçi tezlikləri 4000-4096 Mhz olmuşdur. -xx.xx.2018-ci il tarixli, 36M-18 nömrəli hesaba əsasən cəmi ödənilməli məbləğ 49200 manat olmuşdur. -xx.xx.2019-cu il tarixli, 37M-19 nömrəli hesaba əsasən cəmi ödənilməli məbləğ 43200 manat olmuşdur. -xx.xx.2019-cu il tarixli, 37M-19-1 nömrəli hesaba əsasən cəmi ödənilməli məbləğ 6000 manat olmuşdur. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli, DRİ-HKŞ- 9/259 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyi bildirilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli, DRİ-HKŞ- 9/780 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlərin görüləcəyi bildirilmişdir. - xxxx” MMC tərəfindən İddiaçınə ünvanlanan xx.xx.2021-ci il tarixli, 02 nömrəli pretenziya məktubundan görünür ki, 36M-18 və 37M-19 saylı hesabların ləğv edilməsi və 3 iş günü ərzində Cəmiyyətə düzgün tariflərə uyğun hesablanmış ödənişləri əks etdirən yeni hesabların təqdim edilməsi xahiş edilmiş, əks halda mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə imzalanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq simsiz internet şəbəkəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Cavabdeh MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda İddiaçınə borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materiallarına əlavə olunmuş hesablarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh MMC İddiaçı xx.xx.2015-ci il tarixli 38 saylı müqavilə üzrə cəmiyyətə təqdim etdiyi 36M-18, 37M-19 saylı hesablarda həqiqətə uyğun olmayan, preyskurantın cəmiyyətdə istifadə olunan kanalların, tezliklərin diapazonuna uyğun gəlməyən tarifləri və düzgün olmayan hesablanma qaydası tətbiq edildiyini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 38 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi radirabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunan radirabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir. 2.11-ci bəndinə əsasən, icraçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir. 2.12-ci bəndinə əsasən ödənişlər aparıldıqdan sorna 1 il müddətinə radirabitə avadanlıqlarının istismarı üçün icacə verir. 2.13-cü bəndinə əsasən ayrılmış tezliklərin və radirabitə vasitələrinin qeydiyyatını aparır. 2.15-ci bəndinə əsasən radiotezliklərdən düzgün istifadə olunmasına nəzarət edir Müqavilənin 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda “İcraçı” hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini “Sifarişçi”dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Cavabdeh MMC istifadə etdiyi avadanlıqların santimetrik diapazonda işlədiyini bildirsə də, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xidmətlər göstərilmiş və sonuncu həmin xidmətlərdən istifadə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 38 nömrəli müqavilə üzrə Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirmədiyindən, 98400 manat pulun Cavabdeh MMC-dən tutulması barədə ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. 36M-18, 37M-19 və 37M-19-1 saylı hesablar üzrə İddiaçı pul tələbi əsaslı olduğundan və hesabların ləğvi üçün əsas müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehndən xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə 98400 (doxsan səkkiz min dörd yüz) manat məbləğində borc tutularaq İddiaçı hesabına köçürülsün. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-629/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-629/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver