Məhkəmə qərarları › İş №e-2-2(113)-6296/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6296/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6296/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdeh X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı xx.xx.2022-ci il tarixli, 95-İ/22 saylı müqaviləyə əsasən pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh X3 qarşı xx.xx.2022-ci il tarixli, 95-İ/22 saylı müqaviləyə əsasən pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 alqı-satqı müqaviləsinə əsasən yaranmış 712,50 manat məbləğində borcun, 50 manat məbləğində dəbbə pulunun, mediasiya sessiyasına ödənilmiş 40 manat məbləğində pul vəsaitinin, cəmi 802,50 pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh X5 ilə arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 22 fevral 2022-ci il tarixli, 95- İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə satıcı özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə alıcıya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktura ilə müəyyən edilir və naqdsız qaydada 30 gün müddətinə ödənilməsini alıcı təmin etməlidir. Müqavilənin 4.1-ci bəndinə görə müqavilənin 2.1-ci bəndində nəzərə alınmaqla alıcı tərəfindən mal(ların) faktura ilə müəyyən olunmuş dəyəri köcürmə yolu ilə satıcıya ödəlnikdə, alıcı müvəkkil banka verdiyi ödəniş tapşırığının müvəkkil bank tərəfindən təstiq olunmuş surətini təqdim edərək satıcı”nı xəbərdar etmək alıcının vəsifəsidir. Müqavilənin 4.2.4-cü bəndinə görə alıcı tərəfindən təhvil alınan malların dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində peniya ödəyir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi qaimə-faktura əsasında təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 5.1.1-ci bəndinə görə tərəflər qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında həll olunur. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə elektron qaimələrdən görünür ki, cavabdeh X5 ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 712.50 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə Mediasiya Şürasına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə İlkin mediasiya sessiyasının arayışı qəbul olundu. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddiaçıdan cəmi 1052 manat məbləğində mal aldığını t, lakin həmin mallara görə 210 manat məbləğində pulun ödənildiyini, eləcə də malların 296 manat məbləğində olan hissəsinin qaytarıldığını bildirmiş və sadəcə 548 manat məbləğində borcunun mövcud olmasını təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə X5 (alıcı) arasında 22 fevral 2022-ci il tarixli, 95-İ/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən tərəflərin müqaviləni imzaladığı və təsdiq etdiyi andan etibarən satıcı rəsmi distribülorıı olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli spirtsiz içkilər və s. məhsulları alıcının sifarişi nəzərə alınmaqla qaiməfaktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən satıcı öz ambarından realizə edilməsi üçün alıcıya verdiyi malların bir vahidinin qiymətini, ümumi dəyərini və həmçinin qanunverivciliyə müvafiq olaraq hesablanmış ƏDV-ni faktııra ilə müəyyən edir. Alıcıya faktura təqdim olunan gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləğ alıcı tərəfindən ödənilməlidir. 3.2.1-ci bəndinə əsasən alıcı tərəfindən sifariş olunmuş malların satıcı tərəfindən təhvil verilməsi zamanı tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim aktı əsasında keçiriləcək. 4.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində nəzərə alınmaqla alıcı tərəfindən mal(ların) faktura ilə müəyyən olunmuş dəyəri köcürmə yolu ilə satıcıya ödəlnikdə, alıcı müvəkkil banka verdiyi ödəniş tapşırığının müvəkkil bank tərəfindən təstiq olunmuş surətini təqdim edərək satıcını xəbərdar etmək alıcının vəsifəsidir. 4.2.4-cü bəndinə əsasən alıcı tərəfindən təhvil alınan malların dəyərini bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün mal(ların) dəyərinin ödənilməmiş qalığının 0,2 % həcmində peniya ödəyir. Müqavilə hər iki tərəfin imzası və İddiaçı möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 712,50 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 726067 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə X3 göndərilmişdir. xx.xx.2022-ci il tarixli 0103-2681 nömrəli satış fakturasına əsasən 22 fevral 2022-ci il tarixli, 95-İ/22 saylı müqavilə şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən ümumilikdə 712,50 manat dəyərində mallar X3 təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfdən imza ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli 0103-3060 nömrəli satış fakturasına əsasən 22 fevral 2022-ci il tarixli, 95-İ/22 saylı müqavilə şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən ümumilikdə 342 manat dəyərində mallar X3 təhvil verilmiş və faktura üzrə müştərinin cari qalıq borcu 1054,50 (342+712,50) manat məbləğində göstərilmişdir. Təhvil-təslim aktı hər iki tərəfdən imza ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən X3 pretenziya məktubu ünvanlanaraq şirkətə olan 712,50 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X5 arasında 22 fevral 2022-ci il tarixli, 95-İ/22 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmişdir. Hazırda İddiaçı MMC cavabdeh X2 ona 712,5 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçıya olan borcunun 548 manat təşkil etdiyini bildirir. Göründüyü kimi işin mübahisəli halı mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcunun məbləği ilə bağlıdır. Göstərilən halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh X5 məhkəməyə verdiyi izahatında iddiaçıdan 1054 manat məbləğində mal alması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən cavabdeh X5 iddiaya etirazına əsas kimi sonradan aldığı malların bir hissəsinin geri qaytarılmasını, bir hissəsinin də dəyərinin ödənilməsinə istinad etsə də, istinad etdiyi halları sübuta yetirə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 712,50 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X1 712,50 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2.4-cü bəndinə əsasən hesablanmış 50 manat məbləğində dəbbə pulunun cavabdeh X1 tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdeh X2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 22 fevral 2022-ci il tarixli, 95- İ/22 saylı müqavilə üzrə 50 manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 712,5 manat məbləğində borc, 50 manat məbləğində dəbbə pulu, cəmi 762,5 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar