Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6303/2025 15.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, tələbin gözəşti, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 85772 manat (səksən beş min yeddi yüz yetmiş iki) zərər və 1 may 2022-ci il tarixli, 05-MM/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 221564,46 (iki yüz iyirmi bir min beş yüz altmış dörd manat qırx altı qəpik) manat, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən 85860 (səksən beş min səkkiz yüz altmış) manat borc məbləğinin və 65519,83 (altmış beş min beş yüz on doqquz manat səksən üç qəpik) manat məbləğində faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 749 (yeddi yüz qırx doqquz) manat olmaqla, ümumilikdə 459465,29 (dörd yüz əlli doqquz min dörd yüz altmış beş manat iyirmi doqquz qəpik) manat pul məbləğinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində fərdi sahibkar İddiaçı ilə Cavabdeh MTK arasında alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən satıcı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023- cü il tarixədək beton, sement-qum məhlulunu Cavabdeh MTK-ya çatdırmağı öhdəsinə götürmüşdür. Göstərilən xidmətə görə ƏDV də daxil olmaqla: 1. xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 30610,4 manat; 2. xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 31880,05 manat; 3. xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 32707,48 manat; 4. xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 31805.2 manat; 5. xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 32030,77 manat; 6. xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 31916,64 manat; 7. xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 30613,92 manat ödənilməmiş borc məbləği yaranmışdır. Bundan başqa, cavabdehin X4 ilə aralarındakı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbilə 85860 manat məbləğində borcu yaranmışdır. Hansı ki, həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı da mövcuddur və bu, iddia ərizəsinin qoşmasında təqdim edilir. Həmçinin iddia ərizəsinin qoşmasına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmadan görünür ki, kreditor X4 cavabdehdən 85860 manat məbləğində alacaq haqlarını iddiaçıya güzəşt etmişdir. Bununla da, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququ tam şəkildə iddiaçıya keçmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 307424,46 (üç yüz yeddi min dörd yüz iyirmi dörd manat qırx altı qəpik) manat məbləğində ödəniş edilməlidir. Bununla belə, Cavabdeh MTK həmin borcunu bugünkü tarixədək ödəməyərək müqavilədən irəli gələn öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmçinin 2022-ci ilin dekabr ayı üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi 8.5% olduğu üçün həmin vaxtdan bu günə kimi əsas borca münasibətdə gecikmə faizi 65519,83 (altmış beş min beş yüz on doqquz manat səksən üç qəpik) manatdır. Nəzərə çatdırılır ki, yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən Cavabdeh MTK-ya elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də İddiaçı 307424,46 manat (üç yüz yeddi min dörd yüz iyirmi dörd manat qırx altı qəpik) əsas borc və 65519,83 manat (altmış beş min beş yüz on doqquz manat səksən üç qəpik) faiz olmaqla, ümumilikdə 372944,3 manat borcun Cavabdeh MTK-dan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması da zərər anlayışına daxildir və bu səbəbdən də hazırkı borca görə inflyasiya nəticəsində yaranan zərər də cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhz ödəniləcək borca görə cavabdehlər 2022-ci ildən öhdəliyini icra etmədiyindən son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc aşağıdakı kimidir: İl – 2022, İnflyasiya (%) – 13.9, İnflyasiya məbləği (AZN) – 42732; İl – 2023, İnflyasiya (%) – 8.8, İnflyasiya məbləği (AZN) – 27054; İl – 2024, İnflyasiya (%) – 2.2, İnflyasiya məbləği (AZN) – 6763; İl – 2025, İnflyasiya (%) – 3, İnflyasiya məbləği (AZN) – 9223; cəmi – 85772 manat. İnflyasiya faizləri Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/), uçot faiz dərəcələri Mərkəzi Bankın rəsmi internet saytından (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2017) əldə edilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 -ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 307429,46 (üç yüz yeddi min dörd yüz iyirmi doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc və 151286,83 (yüz əlli bir min iki yüz səksən altı manat səksən üç qəpik) manat məbləğində zərər olmaqla, ümumilikdə 458716,29 (dörd yüz əlli səkkiz min yeddi yüz on altı manat iyirmi doqquz qəpik) manat pulun; hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 (dörd yüz əlli səkkiz min yeddi yüz on altı manat iyirmi doqquz qəpik) manat pula görə bank uçot faiz dərəcəsinə uyğun olaraq faizlərin; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 749 (yeddi yüz qırx doqquz) manat rüsumun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2022-ci il tarixli, 05-MM/2022 №-li müqavilə bağlamışdır. Müqaviləyə əsasən satıcı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək beton, sement-qum məhlulunu Cavabdeh MTK-ya çatdırmağı, Cavabdeh MTK isə buna müvafiq olaraq pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəsinə götürdüyü işləri görmüş və beton, sement-qum məhlulunu cavabdehə təqdim etmişdir. Sözügedən məhsullar müvafiq qaimələr tərtib edilməklə cavabdehə çatdırılmışdır: 1. EBCD 569625 №-li, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 99250,27 (doxsan doqquz min iki yüz əlli manat iyirmi yeddi qəpik) manat məbləğində beton; 2. EBCJ 970653 №-li, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 33948,10 (otuz üç min doqquz yüz qırx səkkiz manat on qəpik) manat məbləğində beton; 3. EBCL 523254 №-li, xx.xx.2022-ci il tarixli qaiməyə əsasən 32707,48 (otuz iki min yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat məbləğində beton; 4. EBCM 569056 №-li, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 31805,20 (otuz bir min səkkiz yüz beş manat iyirmi qəpik) manat məbləğində beton; 5. EBCN 772311 №-li, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 32030,77 (otuz iki min otuz manat yetmiş yeddi qəpik) manat məbləğində beton; 6. EBDB 866197 №-li, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 31916,64 (otuz bir min doqquz yüz on altı manat altmış dörd qəpik) manat məbləğində beton; 7. EBDC 751614 №-li, xx.xx.2023-cü il tarixli qaiməyə əsasən 30613,92 (otuz min altı yüz on üç manat doxsan iki qəpik) manat məbləğində beton cavabdehə verilmişdir. Göründüyü kimi, sözügedən qaimələr üzrə ümumilikdə 292272,38 (iki yüz doxsan iki min iki yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat məbləğində beton cavabdehə verilmişdir. Cavabdeh bu qaimələr üzrə ümumilikdə 70702,92 (yetmiş min yeddi yüz iki manat doxsan iki qəpik) manat ödəniş etmişdir. Lakin yerdə qalan 221569,46 (iki yüz iyirmi bir min beş yüz altmış doqquz manat qırx altı qəpik) manat cavabdeh tərəfindən ödənilməmişdir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı qaynı X4 da beton işi ilə məşğul olmaqdadır. Belə ki, X4 da cavabdehlə aralarındakı şifahi alğı-satqı müqaviləsinə uyğun olaraq ona 85860 (səksən beş min səkkiz yüz altmış manat) manat məbləğində beton versə də, cavabdeh bu məbləği də geri qaytarmamışdır. Həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı mövcuddur. Sözügedən üzləşmə aktı Cavabdeh MTK direktoru Qanuni nümayəndə tərəfindən imzalanmışdır. İddiaçı ilə X4 arasında xx.xx.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən X4 Cavabdeh MTK-dan 85860 (səksən beş min səkkiz yüz altmış manat) manat məbləğində alacaq haqlarını İddiaçı güzəşt etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli, 05-MM/2022 №-li müqaviləyə əsasən 221569,46 (iki yüz iyirmi bir min beş yüz altmış doqquz manat qırx altı qəpik) manat pul və xx.xx.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmaya əsasən 85860 (səksən beş min səkkiz yüz altmış manat) manat məbləğində pul olmaqla, ümumilikdə 307429,46 (üç yüz yeddi min dörd yüz iyirmi doqquz manat qırx altı qəpik) manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməli idi. Lakin iddiaçı bu pulu ödəməkdən yayınmışdır. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin azalması da zərər anlayışına daxildir və bu səbəbdən də hazırkı borca görə inflyasiya nəticəsində yaranan zərər də cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhz ödəniləcək borca görə cavabdehlər 2022-ci ildən öhdəliyini icra etmədiyindən son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc aşağıdakı kimidir: İl – 2022, İnflyasiya (%) – 13.9, İnflyasiya məbləği (AZN) – 42732; İl – 2023, İnflyasiya (%) – 8.8, İnflyasiya məbləği (AZN) – 27054; İl – 2024, İnflyasiya (%) – 2.2, İnflyasiya məbləği (AZN) – 6763; İl – 2025, İnflyasiya (%) – 3, İnflyasiya məbləği (AZN) – 9223; cəmi – 85772 manat. İnflyasiya faizləri Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/), uçot faiz dərəcələri Mərkəzi Bankın rəsmi internet saytından (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2017) əldə edilmişdir. Həmçinin 2022-ci ilin dekabr ayından bu günə kimi Mərkəzi Bankın uçot faiz dərəcəsi uyğun olaraq əsas borca münasibətdə gecikmə faizi 65514,01 (altmış beş min beş yüz on dörd manat bir qəpik) manatdır. Beləliklə, son 3 il ərzində cavabdeh öz öhdəliklərini icra etmədiyindən iddiaçıya əlavə olaraq 151286,83 (yüz əlli bir min iki yüz səksən altı manat səksən üç qəpik) manat məbləğində zərər dəymişdir. Bu səbəbdən də 307429,46 (üç yüz yeddi min dörd yüz iyirmi doqquz manat qırx altı qəpik) manat məbləğində əsas borc və 151286,83 (yüz əlli bir min iki yüz səksən altı manat səksən üç qəpik) manat məbləğində zərər olmaqla, ümumilikdə 458716,29 (dörd yüz əlli səkkiz min yeddi yüz on altı manat iyirmi doqquz qəpik) manat pul və xx.xx.2025-ci il tarixindən (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix) hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 (dörd yüz əlli səkkiz min yeddi yüz on altı manat iyirmi doqquz qəpik) manat pula görə bank uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanmalı və cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yaranan borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən Cavabdeh MTK-ya elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair” iddiası əsassız olduğundan rədd edilməlidir: 1. İddia tələbinin 221569,46 manat borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdehə beton və sement-qum məhlulunun təqdim edildiyi göstərilsə də, lakin məhkəməyə təqdim olunmuş 7 ədəd elektron-qaimə fakturada yalnız beton məsulunun adı çəkilir. Həmin qaiməfakturalar isə cavabdeh tərəfindən qəbul edilməmiş, elektron sistem tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, tərəflər arasında bağlanmış 01 may 2022-ci il tarixli müqavilədə yalnız elektron qaimə-fakturanın təqdim edilməsi ilə mal(lar)ın cavabdehə təhvil verilməsini şərtləndirən hər hansı müddəa yoxdur. Bu mənada iddia ərizəsində göstərildiyi kimi, 292272,38 manat təşkil edən beton məhsulunun həqiqətən də cavabdehə təhvil verildiyi sübuta yetirilməmişdir (qeyd: iddiaçı tərəfindən cavabdehə hansı həcmdə mal verilmişsə, dəyəri tam şəkildə ödənilmişdir). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki: ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər isə ifadələrində cavabdehə hansı məbləğdə mal çatdırıldığını təsdiq edə bilməmişlər. Digər tərəfdən həmin şahidlərin məhz iddiaçının mövqeyindən ifadə verməsi istisnasızdır. Odur ki, şahid ifadələrinə tənqidi yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 2. İddia tələbinin 85860 manatın cavabdehdən tutulmasına dair hissəsinin ümumiyyətlə, cavabdehə aidiyyəti yoxdur. Belə ki, tələbin bu hissədə əsaslandırılması üçün Qanuni nümayəndə əlyazmasına və tələbin güzəşti haqqında müqaviləyə istinad edilmişdir ki, həmin əlyazmada cavabdehlə bağlı hər hansı qeyd, cavabdehin adı belə yoxdur. Bu mənada sözügedən əlyazma üzrə Niyaməddin Mamedov tərəfindən tələbin iddiaçıya güzəşt edilərək, sonradan cavabdehə yönəldilməsi heç bir faktiki və hüquqi əsasa söykənmir. Başqa sözlə, cavabdehin “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 3. İddianın sonuncu – 151286 manat pul tələbinə dair hissəsi aydın deyil. İddianın bu hissəsində gah cavabdeh tərəfindən zərərin əvəzinin (85772,82 manat) ödənilməsi, gah da Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə gecikmə faizinin tutulması (65514,01 manat) istənilir. Hər iki məbləğ yekunda zərər şəklində ifadə olunur. Qeyd edilir ki, zərərin vurulmasına istinad edən şəxs (iddiaçı) zərərin nədən ibarət olduğunu, həcmini və s. məsələləri, Mərkəzi Bankın uçot dərəcəsi üzrə faiz tutulması tələb edən şəxs isə Mülki Məcəllənin 449.1-ci maddəsində təsbit olunmuş əsası (özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq) sübuta yetirməlidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.
7. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı müdirləri olub. Hazırda zavod üçün sürücü işləyir. "xxxx" MTK ilə əlaqəsi yoxdur, sadəcə ora beton daşımışlar. Tarixləri dəqiq deyə bilmir, amma təxminən 2 il əvvəl işləmişdir. Hər beton götürüləndə 5-6 reys etmiş, hər reysdə 10 kub beton olmuşdur. Şəxsən onun apardığı beton 150 kub olar. Ödənişlə bağlı indi məlumatı olmuşdur ki, ödənişlər edilməyib. Maşının nömrəsini dəqiq deyə bilməyəcək, 2 fərqli maşınla işləmişdir. Betonu "xxxx" MTK-ya Binəqədi rayonu ərazisində Azadlıq metrosu yaxınlığına daşıyırdılar. Binanın 7-ci mərtəbəsinə qədər işləmişlər. Daşıdığı betonun ümumi dəyəri barədə məlumatı yoxdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı beton zavodunun müdiridir. "xxxx" MTK-da işləmişdir. Təxminən 3 il olar ki, işləmişlər, betonu aralıqlarla daşıyırdılar, təxminən 1 ay keçirdi, təzədən sifariş gəlirdi, təkrar daşıyırdılar. Betonları Binəqədidəki obyektə daşımışlar. Təxminən 200-250 kub olardı. Betonun ödənişləri barədə məlumatı yoxdur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı işçisi olmuşdur, hazırda işləmir. "xxxx" MTK üçün Azadlıq prospekti ərazisinə “Hollywood” restoranının arxasına beton daşımışlar. Təxminən 30 maşın beton daşınmışdır. Hər maşında 10-12 kub beton olurdu. Ödənişlərin ödənilməsi ilə bağlı dəqiq məlumatı yoxdur, sadəcə gecikmələrin olduğunu bilir.
13. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MTK arasında xx.xx.2022ci il tarixdə 05-MM/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı məhsulu (beton; sement - qum məhlulunu) alıcıya çatdırmağı, alıcı isə həmin məhsulu qəbul etməyi öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən “Saticı” məhsulu “Alıcı”ya “Alıcı”nın sifarişi əsasında yerinə yetirir. Sifariş “Satıcı”ya yazılı surətdə, faks, elektron poçt və ya telefonoqramla rəsmi surətdə gəlməlidir; 2.4-cü bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi razılaşdırma protokolu hesab edilir; 2.5-ci bəndinə əsasən bundan əlavə aşağıda göstərilən sənədlərin şərti ilə aparılır: hesab-faktura, yerinə yetirilmiş işlərin təhvili aktı (forma-2), təhvil-təslim aktı və ya elektron qaimə möhürlü imzalı; 3.1-ci bəndinə əsasən alıcı hər iki tərəfin razılığına əsasən aldığı betonun dəyərini aşağıdakı cədvələ uyğun olaraq X12 daxil olmaqla ödəyir. Ödəniş razılaşdırılma protokoluna əsasən verilən elektron qaiməyə əsasən ödənilir. M-100 64,90 manat, M-200 70,80 manat, M-350 95,58 manat; 3.4-cü bəndinə əsasən məhsulun dəyəri və miqdarı müqaviləyə əlavə razılaşdırılma protokoluna əsasən həyata keçirilir.
14. xx.xx.2022-ci il tarixli, EBCD seriyalı, 569625 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 99250,27 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 970653 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 33948,10 manat (ƏDV daxil) təşkil edir.
16. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 523254 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32707,48 manat (ƏDV daxil) təşkil edir.
17. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 569056 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31805,20 manat (ƏDV daxil) təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 772311 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 32030,77 manat (ƏDV daxil) təşkil edir.
19. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 866197 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31916,64 manat (ƏDV daxil) təşkil edir.
20. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 751614 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 30613,92 manat (ƏDV daxil) təşkil edir.
21. İddiaçı tərəfindən təqdim olunan elektron qaimələrin təsdiqlənməsinə dair çıxarışdan görünür ki, 7 elektron qaimənin 6-sı sistem tərəfindən, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 970653 nömrəli elektron qaimə isə cavabdeh tərəfindən təsdiqlənmişdir.
22. Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 1) qərarın təsviri hissəsində göstərilənlərə əsasən vət.İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, 2) qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməsi; 3) qərarın surətinin vət.İddiaçı göndərilməsi və qərardan razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud Azərbaycan Respublikasnın MPM-nin 4-cü maddəsinə əsasən mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququna malik olmasının ona izah edilməsi qərara alınmışdır. Həmçinin qərarda izahatı alınmış Qanuni nümayəndə oğu qeyd etmişdir ki, İddiaçı onun barəsində yazmış olduğu ərizəsi ilə tanış olmuş, işin mahiyyəti üzrə izahatında qeyd etmişdir ki, İddiaçı 2022-ci il tarixdə Niyaməddin Məmmədovun vasitəsi ilə tanımışdır. O, hal-hazırda "xxxx" MTK-nın sədri işləyir. “Xəmsə Palace" MTK hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şimal hissəsi adlanan ünvanda ayrılmış boş torpaq sahəsində hündür mərtbəli yaşayış evlərinin inşa edilməsi ilə bağlı layihə üzrə fəaliyyətə başlamışdır. Bununla da, MTK-nın balansında inşa olunan hündür mərtəbəli yaşayış evlərinin inşası üçün Bakı şəhəri, Suraxanı rayon ərazisində “Kərpiç” zavod adlanan ünvanda yerləşən “Günəşli” Beton zavodunun müdiri kimi tanıdığı İddiaçıla müqavilə bağlayaraq, müxtəlif markada hazır məhsul olan beton alınaraq yaşayış evlərində istifadə olunurdu. Rəhbərlik etdiyi MTK-da mühasib işləyən Anar Muradlı inşa edilmiş yaşayış evlərində istifadə olunan müxtəlif markalı hazır məhsul olan betonun alınması ilə bağlı rəsmi qaydada qaimə yazılaraq, dəqiq hesabatı aparılır. Yəni 2022-ci il tarixdən etibarən "xxxx" MTK nəzrində inşa edilmiş yaşayış evində istifadə olunan hazır betonu məhsulu “Günəşli” beton zavodundan alındıqdan sonra betonun pulu mühasib tərəfindən hesablanır və ondan sonra pul köçürmə işləri həyata keçirilir. “Günəşli” beton zavodunun alınan hazır məhsul olan betonun alınması ilə bağlı kifayət qədər pul köçürlmüşdür. Lakin alınan hazır beton məhsulunun pulunun əvəzinə yeni inşa edilmiş yaşayış evindən mənzil verilmişdir. Beton zavodla MTK arasında yaranmış borcla bağlı mənzil, bir ədəd “BMW” markalı avtomobil, bir ədəd “Nissan” markalı və bir ədəd “Chevrolet” markalı avtomobil verilərək tam tərkibdə borc bağlanılmışdır. Ondan sonra isə Niyamədin Məmmədov başqa yerdə beton zavodu açaraq, "xxxx" MTK ilə işləməyə başlanılmasını təklif etmişdir. Lakin sonradan Niyaməddin Məmmədovun təklifinə əsasən MTK-da inşa edilən mənzillərin eyvan və pəncərə yerlərinə plastik qapı-pəncərənin quraşdılması ilə bağlı təyinatlı podratçı qismində fəaliyyətə başlamışdır. "xxxx" MTK-nın balansında inşa edilmiş yaşayış evlərinə sərf olunan müxtəlif markalı hazır məhsul olan betonun alınması ilə bağlı MTK-da mühasibatlıq işlərini aparan Anar Muradlı və Niyaməddin Məmmədov arasında aparılmış və alınan betonun kubundan və markasından aslı olmayaraq, pulu nağd və köçürmə yolu ilə aparılmış, lakin arada yaranmış borc məsələsini aradan qaldırmaq üçün borc əvəzinə yeni inşa edilmiş bina evindən mənzil və üç ədəd avtomobil verilmişdir. Mühasibatçı işləyən Anar Muradlı ona bir neçə dəfə izah vermişdir ki, “Günəşli” beton zavodunda fəaliyyət göstərən mühasibatlıq düzgün aparılmır və bu səbəbdən də gələcəkdə mübahisəli məsənənin yaranması etimal ola bilər. Bu səbəbdən də tərəfindən mühasibat işləri aparılan zaman qaimə və digər pul köçürmə işləri aparılan zaman qeydiyyat aparmışlar və onlar da rəsmi sənəd üzərində “Günəşli” beton zavodundan 418980 manat dəyərində müxtəlif markalı beton alınması ilə bağlı pul köçürülmüşdür.
23. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli əlyazma formasında olan sənəddən görünür ki, Qanuni nümayəndə tərəfindən “mənim Niyaməddinə olan borcum 85860 manatdır” qeydi edilərək, imza çəkilmişdir.
24. xx.xx.2025-ci il tarixli X4 və İddiaçı arasında bağlanılmış Tələbin güzəştinə dair razılaşmanın 1-ci bəndinə əsasən X4 təsdiq edir ki, Cavabdeh MTK-dan 85860 manat məbləğində alacaq haqları X3 məxsusdur; 2-ci bəndinə əsasən X1 1-ci bəndində qeyd olunan faktı xx.xx.2025-ci il tarixli aktla təsdiq edir; 3-cü bəndinə əsasən tərəflər Cavabdeh MTK tərəfindən ödəniləcək 85860 manat pulun İddiaçı bank hesabına ödənilməsinə dair razılaşırlar; 4-cü bəndinə əsasənCavabdeh MTK-dan 85860 manat məbləğində ödənişə dair bütün tələb haqları İddiaçı məxsusdur.
25. İddiaçı tərəfindən Cavabdeh MTK-ya göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1-ci maddəsinə əsasən (əvvəlki redaksiya) özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı alıcı-cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, 1 may 2022-ci il tarixli, 05- MM/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 221564,46 (iki yüz iyirmi bir min beş yüz altmış dörd manat qırx altı qəpik) manat məbləğində pulun cavabdehdən tutulmasına dair tələb irəli sürmüşdür (iddia tələbinin bir hissəsi).
29. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MTK-dan 221569,46 manat (iki yüz iyirmi bir min beş yüz altmış doqquz manat qırx altı qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Məhkəmə hazırkı qənaətə gələrkən onu nəzərə almışdır ki, iddia ərizəsində göstərilən iddiaçı tərəfindən beton məhsulu satışına görə cavabdehə göndərilən 7 elektron qaimə üzrə təhvil verilən malların ümumi dəyəri 221569,46 manat (99250,27 + 33948,10 + 32707,48 + 31805,20 + 32030,77 + 31916,64 + 30613,92 = 221569,46) təşkil edir. Qaimələrdə verilən sifarişlərin tarixi qeyd edilmiş, əsas kimi xx.xx.2022-ci il tarixli 05- MM/2022 nömrəli müqavilə göstərilmişdir.
31. Cavabdeh iddiaya yuxarıda qeyd olunan əsaslarla etiraz etmişdir. Etirazdan göründüyü kimi, cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə hansı həcmdə mal verilmişsə, dəyəri tam şəkildə ödənilmişdir, elektron qaimələr malın təhvil verilməsini sübuta yetrimir, elektron qaimələr məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilə bilər. İddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər isə ifadələrində cavabdehə hansı məbləğdə mal çatdırıldığını təsdiq edə bilməmişlər. Digər tərəfdən həmin şahidlərin məhz iddiaçının mövqeyindən ifadə verməsi istisnasızdır. Odur ki, şahid ifadələrinə tənqidi yanaşılmalıdır.
32. Məhkəmə cavabdehin etirazını həmin hissədə əsassız sayır. Belə ki, əvvəla, cavabdeh tərəf cavabdehə hansı həcmdə mal verilmişsə, dəyərinin tam şəkildə ödənildiyini, əvəzində cavabdehə əmlakın verilməsini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
33. Məhkəməyə təqdim olunan elektron qaimələrin təsdiqlənməsinə dair çıxarışdan göründüyü kimi, 7 elektron qaimənin 6-sı sistem tərəfindən, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 970653 nömrəli elektron qaimə isə cavabdeh tərəfindən təsdiqlənmişdir. Həmin qaimələrə cavabdeh tərəfindən etiraz edilməmiş, geri qaytarılmamış, ləğv edilməmişdir. Müəyyən olunur ki, tərəflər heç də müqavilə şərtlərinə uyğun davranmamışlar. Belə ki, cavabdeh dəyərinin tam şəkildə ödənildiyini bildirdiyi mallar üzrə təhvil-təslim sənədlərinin tərtib olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
34. Beləliklə, məhkəmə qeyd olunan halları, iş üzrə elektron qaimələrlə yanaşı, malların cavabdehin ünvanına çatdırılmasına dair şahid ifadələrini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı (həmin qərardakı cavabdehin izahatını) və yuxarıda sadalanan digər sübutları əlaqəli şəkildə qiymətləndirərək, iddia tələbinin həmin hissəsi ilə bağlı hazırkı nəticəyə gəlmişdir.
35. İddia tələbinin digər hissəsini Cavabdeh MTK-dan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən 85860 (səksən beş min səkkiz yüz altmış) manat borc məbləğinin iddiaçının xeyrinə tutulması təşkil edir.
36. İddiaçı iddia etmişdir ki, cavabdehin X4 ilə aralarındakı şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbilə 85860 manat məbləğində borcu yaranmışdır. Həmin borcun cavabdeh tərəfindən etiraf edilməsinə dair xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı da mövcuddur. Həmçinin xx.xx.2025-ci il tarixli tələbin güzəştinə dair razılaşmadan görünür ki, kreditor X4 cavabdehdən 85860 manat məbləğində alacaq haqlarını iddiaçıya güzəşt etmişdir. Bununla da, həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququ tam şəkildə iddiaçıya keçmişdir.
37. Cavabdeh tərəf həmin hissədə də iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən əlyazma üzrə Niyaməddin Mamedov tərəfindən tələbin iddiaçıya güzəşt edilərək, sonradan cavabdehə yönəldilməsi heç bir faktiki və hüquqi əsasa söykənmir. Başqa sözlə, cavabdehin “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edir.
38. Məhkəmə hesab edir ki, həmin hissədə etiraz əsaslı, iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı” deyilən, xx.xx.2025-ci il tarixli əlyazma ilə yazılar olan vərəqdən görünür ki, Qanuni nümayəndə tərəfindən “mənim Niyaməddinə olan borcum 85860 manatdır” qeydi edilərək, imza çəkilmişdir. Cavabdeh haqlı olaraq belə bir mövqedən çıxış etmişdir ki, məhz Cavabdeh MTK-nın “Niyaməddin” adlı şəxs qarşısında mövcud öhdəliyi olmalı idi ki, sonuncunun müvafiq tələbi iddiaçıya güzəşt edilə bilsin. Bu faktın olmaması tələbin güzəşt edilməsini, nəticə etibarilə iddiaçının cavabdehə qarşı tələb hüququnu, cavabdehin isə həmin hüquqa münasibətdə öhdəliyini tamamilə istisna edir. Belə ki, xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı” deyilən, xx.xx.2025-ci il tarixli əlyazma ilə yazılar olan vərəqdə ümumiyyətlə Cavabdeh MTK-nın adı çəkilmir. Qanuni nümayəndə MTK-nın sədri olması da fərqli nəticəyə gəlmək üçün əsas ola biməz. Eyni zamanda vərəqdə “şəxsi əmioğluya verilən beton” ifadələri kimi ifadələr də yer alır.
39. Mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Eyni zamanda əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.
40. İddiaçı cavabdehdən 151286,83 manat (yüz əlli bir min iki yüz səksən altı manat səksən üç qəpik) məbləğində zərərin tutulmasını xahiş etmişdir. Həmin məbləğin bir hissəsini Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq əsas borca münasibətdə gecikmə faizi kimi 65514,01 (altmış beş min beş yüz on dörd manat bir qəpik) manat, eyni zamanda son 3 il ərzindəki inflyasiya faiz dərəcələri və buna uyğun olaraq ödənilməli borc kimi cəmi 85772,82 manat məbləğində pulun tutulması təşkil edir. Eyni zamanda iddiaçı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilib icra edilənədək 458716,29 (dörd yüz əlli səkkiz min yeddi yüz on altı manat iyirmi doqquz qəpik) manat pula görə bank uçot faiz dərəcəsinə uyğun olaraq faizlərin cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Əvvəla qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddia tələbinin göstərilən hissələrinə münasibətdə MM-nin 449.3 və 449.4-cü maddəsində nəzərdə tutulmuş əsasların olması müəyyən edilmir. Belə ki, MM-nin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
42. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissələrdə qismən əsaslı olduğundan qismən təmin olunmalı, bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat (on dörd min doqquz yüz əlli beş manat altmış qəpik) faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
43. Belə ki, MM-nin 598.3-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
44. Hesab olunur ki, cavabdeh alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmədiyindən iddiaçının MM-nin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb etmək hüququ yaranmışdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 449.1-ci maddəsindən də göründüyü kimi, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən maddənin tələbindən irəli gələrək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə yekun məhkəmə aktı – qətnamə çıxarılan tarix xx.xx.2026 olduğundan, qeyd edilən günə isə Mərkəzi Bankın uçot faiz dərəcəsi 6,75% təşkil etdiyindən, cavabdehdən AR MM-nin 598.3-ci və 449-cu maddələrinə əsasən bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat (221564,46x6,75%:100=14955,60) faiz məbləği tutulmalıdır.
46. Eləcə də, iddiaçı ödənilmiş 749 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
47. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 386,10 manat (üç yüz səksən altı manat on qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 221569,46 manat (iki yüz iyirmi bir min beş yüz altmış doqquz manat qırx altı qəpik) əsas borc, bank uçot dərəcəsinə (6,75%) uyğun olaraq 14955,60 manat (on dörd min doqquz yüz əlli beş manat altmış qəpik) faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 386,10 manat (üç yüz səksən altı manat on qəpik) olmaqla, ümumilikdə 236911,16 manat (iki yüz otuz altı min doqquz yüz on bir manat on altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova