Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6307/2024 12.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət, tərəflər arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2317,28 manat məbləğində pulun və ödənilmiş 43,17 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, iddiaçı istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşmiş qaydada realizə edir, cavabdeh isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 3.1-ci maddəsinə görə ödəniş cavabdeh tərəfindən köçürmə və ya nağd ödəmə yolu ilə ödənməlidir. Cavabdehin adıçəkilən müqavilə üzrə 2317,28 manat borcu vardır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 427, 449-cu və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6307/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçının nümayəndələri X1 və X2 iddianın məzmununa uyğun izahalar verdilər və iddianın təmin edilməsini xahiş etdilər.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X2 01 dekabr 2017ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənişlərin köçürmə yolu ilə edildiyini, elektron qaimələrin də cavabdehə göndərildiyini bildirdi.
9. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək yekun olaraq 01 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə onun imza etdiyini, xx.xx.2023-cü il tarixli təhviltəslim aktına qardaşının (üçüncü şəxs) onun adından imza etdiyini, 2317,18 manat məbləğində borcu qəbul etdiyini bildirdi və eyni zamanda göstərdi ki, müqaviləni üçüncü şəxs X3 icarəyə götürdüyü mağaza üçün bağlamış, mallar da sonuncuya verilmişdir.
10. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən üçüncü şəxs X4 mağazanın təqribən 2 il əvvəl icarəyə verildiyini, 06 mart 2023-cü il tarixli akta imza etdiyini bildirdi.
11. Tərəflər və üçüncü şəxs məhkəmənin baxış iclasında iştirak etməmiş, məhkəmə işdə işitak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İddia ərizəsinə əlavə edilən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı iddiaçı, satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 117 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən “Satıcı” istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşmiş qaydada realizə edir. “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir (1.1). Mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir (2.1.1). Təhvil verilmə anında malların kəmiyyətində və yaxud keyfiyyətində çatışmamazlıq üzə çıxarsa yenisi ilə əvəz edilməlidir (2.1.2). “Alıcı” malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir (2.2.1). Alınmış malların dəyəri köçürmə və ya nağd ödəmə yolu ilə ödənməlidir (2.2.2). Mallar təhvil alınandan və təhvil-təslim sənədləri rəsmiləşdiriləndən sonra “Alıcı” “Satıcıya” malların keyfiyyət və kəmiyyəti barəsində iddia verə bilməz (2.2.3). Ödəniş “Alıcı” tərəfindən köçürmə və ya nağd ödəmə yolu ilə həyata keçiriləcəkdir (3.1).
16. İş materiallarına əlavə edilən elektron qaimə-fakturalara əsasən, xx.xx.2018-ci il tarixli EAAG 570891 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6928,8 manat, xx.xx.2018-ci il tarixli EAAH 198103 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8667,4 manat, xx.xx.2018-ci il tarixli EAAH 295829 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5741,6 manat, xx.xx.2018-ci il tarixli EAAİ 689897 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6830,01 manat, xx.xx.2018-ci il tarixli EAAJ 375463 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8459,8 manat, xx.xx.2018-ci il tarixli EAAJ 463185 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5802,4 manat, xx.xx.2018-ci il tarixli EAAJ 898512 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6318,3 manat, xx.xx.2018-ci il tarixli EAAK 879739 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2301,1 manat, xx.xx.2018-ci il tarixli EAAL 232099 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1393,11 manat, xx.xx.2018-ci il tarixli EAAL 338600 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1213 manat, xx.xx.2018-ci il tarixli EAAL 365752 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1569,7 manat, xx.xx.2018-ci il tarixli EAAL 524224 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 767 manat, xx.xx.2018-ci il tarixli EAAL 632195 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1137,2 manat, xx.xx.2018-ci il tarixli EAAL 659571 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 384 manat, xx.xx.2018-ci il tarixli EAAL 737853 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 599,2 manat, xx.xx.2018-ci il tarixli EAAL 831304 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 313,2 manat, xx.xx.2018-ci il tarixili EAAL 872519 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 364,2 manat, xx.xx.2018-ci il tarixili EAAM 118703 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3894,6 manat, xx.xx.2018-ci il tarixli EAAM 181950 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3317,7 manat dəyərində malın verilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
17. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli akta əsasən, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan qalıq borcu 2317,28 manat təşkil edir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 117 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı istehsal etdiyi alkoqollu içkilərin satışını mərkəzləşmiş qaydada realizə etməyi, cavabdeh isə həmin malları qəbul edib razılaşdırılmış müddətlərdə haqqını ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli aktla cavabdehin iddiaçıya olan borcu 2317,28 manat təsdiq edilmişdir.
19. İddiaçı xx.xx.2017-ci il tarixli 117 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 2317,28 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
20. Cavabdeh 2317,28 manat məbləğində borcu qəbul edir, xx.xx.2023-cü il tarixli akta onun adından qardaşı – üçüncü şəxs X3 imza etdiyini bildirir.
21. Üçüncü şəxs xx.xx.2023-cü il tarixli aktı imzaladığını qəbul edir.
22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
28. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
29. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
35. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2017-ci il tarixli 117 nömrəli alqı-satqı müqaviləsi üzrə 2317,28 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı eyni zamanda ödənilmiş 43,17 manat dövlət rüsumunun tutulmasını tələb edir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 43,17 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,17 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2317,28 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,17 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova