Məhkəmə qərarları › İş №e-2-2(113)-6313/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6313/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6313/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı1 Anonim Şirketinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Anonim Şirketi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddia qiymətini təşkil edən 1071410,71 manat məbləğində əsas borc, 192853,93 manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 1264264,64 manat borc, 47498 (qırx yeddi min dörd yüz doxsan səkkiz) manat gecikmə cəriməsi və 1423 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 Anonim Şirketinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, Cavabdeh MMC-dən 651410,71 manat məbləğində əsas borc, 117253,93 manat ƏDV borcu olmaqla, ümumilikdə 768664,64 manat borc, 47498 manat gecikmə cəriməsi və 1423 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 Anonim Şirketinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 02 sentyabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki:

1. Sazişin məzmunu 1.1. İddiaçının cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 6313/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə borcun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə iddiaçı cavabdehdən 1071410,71 manat məbləğində əsas borc məbləği, 192853,93 manat məbləğində ƏDV borcu ümumilikdə 1264264,64 manat borc, 47498 manat gecikmə cəriməsi va 1423 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. Məhkəmə gedişində cavabdeh tərəfindən iddiaçıya 420000 manat əsas borcun, 75600 manat ƏDV borcunun ödənişi hayata keçirilmişdir. Bununla bağlı iddiaçı borcun azaldılması ilə bağlı məhkəməyə əriza təqdim edəcəkdir. Hazırda cavabdehin iddiaçıya 651410,71 manat asas borcu, 117253,93 ƏDV borcu olmaqla, ümumilikdə 768664,64 manat borcu qalmışdır. 1.3. Saziş üzrə cavabdeh 651410,71 manat əsas borcun, 117253,93 manat ƏDV borcun, ümumilikdə 768664,64 manat borcun ödənilməsi barədə iddiaçı ilə razılığa gəlir. 1.4. Cavabdeh iddiaçıya olan borcunun olduğunu etiraf edir va ümumilikdə 768664,64 manat borc məbləğini ödəniş qrafikinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, iddiaçı isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki sazişin 2-ci maddəsində öz əksini tapmışdır.

2. Ödəniş qrafiki

№ Ödəniş tarixi: Ödəniş məbləği: 1 xx.xx.2024 200000 manat 2 xx.xx.2024 200000 manat 3 xx.xx.2024 368664,64 manat Toplam ƏDV daxil: 768664,64 manat

3.Hüquq və öhdəliklər 3.1. Cavabdeh öhdəsinə götürür ki, saziş üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən cavabdehin yuxarıda qeyd edilmiş qralikə uyğun iddiaçıya ödəməli olduğu borc məbləğləri iddiaçı əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.4. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq 4.1. Tərəflər aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı sazişə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız tərəflərin qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. Tərəflər hazırkı öhdəliyi sazişin imzalandığı andan üzərilərinə götürürlər. Sazişin başa çatması tərəflərin hazırkı öhdəliyinə təsir etməyəcək.

5. Əlavələr və düzəlişlər 5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Əlavələrə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. Tərəflər imzaladığı andan Əlavələr hüquqi qüvvəyə minir. 5.2. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 5.3. Qeyd olunan protokollar hər iki tərəf imzaladığı andan qüvvəyə minir.

6. Mübahisələrin həlli 6.1. Hazırkı saziş Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı sazişdən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir aynlığı, yaxud onun şərtlərinin pozulması tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Fors major 7.1. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itinniş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

8. Müqavilənin müddəti 8.1. Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən tərəflər üçün məcburi xarakter daşıyır. Saziş tam imzalandığı gündən və ya müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən bu sazişin 1.3-cü bəndinə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. Tərəflər bu sazişi mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu saziş 3 (üç) nüsxədə, Azərbaycan dillərində tərtib edilmişdir. Nüsxələrin bir Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə tərəflərdə saxlanılacaqdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Anonim Şirketinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Sazişin məzmunu 1.1. İddiaçının cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 6313/2024 saylı iş üzrə kommersiya mübahisəsi üzrə borcun ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə iddiaçı cavabdehdən 1071410,71 manat məbləğində əsas borc məbləği, 192853,93 manat məbləğində ƏDV borcu ümumilikdə 1264264,64 manat borc, 47498 manat gecikmə cəriməsi va 1423 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. Məhkəmə gedişində cavabdeh tərəfindən iddiaçıya 420000 manat əsas borcun, 75600 manat ƏDV borcunun ödənişi hayata keçirilmişdir. Bununla bağlı iddiaçı borcun azaldılması ilə bağlı məhkəməyə əriza təqdim edəcəkdir. Hazırda cavabdehin iddiaçıya 651410,71 manat asas borcu, 117253,93 ƏDV borcu olmaqla, ümumilikdə 768664,64 manat borcu qalmışdır. 1.3. Saziş üzrə cavabdeh 651410,71 manat əsas borcun, 117253,93 manat ƏDV borcun, ümumilikdə 768664,64 manat borcun ödənilməsi barədə iddiaçı ilə razılığa gəlir. 1.4. Cavabdeh iddiaçıya olan borcunun olduğunu etiraf edir va ümumilikdə 768664,64 manat borc məbləğini ödəniş qrafikinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, iddiaçı isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki sazişin 2-ci maddəsində öz əksini tapmışdır.

2. Ödəniş qrafiki

№ Ödəniş tarixi: Ödəniş məbləği: 1 xx.xx.2024 200000 manat 2 xx.xx.2024 200000 manat 3 xx.xx.2024 368664,64 manat Toplam ƏDV daxil: 768664,64 manat

3.Hüquq və öhdəliklər 3.1. Cavabdeh öhdəsinə götürür ki, saziş üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2. Bu sazişin şərtlərinə əsasən cavabdehin yuxarıda qeyd edilmiş qralikə uyğun iddiaçıya ödəməli olduğu borc məbləğləri iddiaçı əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.4. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. Tərəflər razılaşırlar ki, hazırkı sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq 4.1. Tərəflər aldığı konfidensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfidensial məlumatın hazırkı sazişə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız tərəflərin qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. Tərəflər hazırkı öhdəliyi sazişin imzalandığı andan üzərilərinə götürürlər. Sazişin başa çatması tərəflərin hazırkı öhdəliyinə təsir etməyəcək.

5. Əlavələr və düzəlişlər 5.1. Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Əlavələrə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. Tərəflər imzaladığı andan Əlavələr hüquqi qüvvəyə minir. 5.2. Tərəflər razılığa gəlirlər ki, tərəflərin birinin yazılı razılığı olmadan sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 5.3. Qeyd olunan protokollar hər iki tərəf imzaladığı andan qüvvəyə minir.

6. Mübahisələrin həlli 6.1. Hazırkı saziş Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı sazişdən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir aynlığı, yaxud onun şərtlərinin pozulması tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə tərəflər aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Fors major 7.1. Tərəflər bu sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə sazişin bağlanmasından sonra yaranmış, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan tərəf digər tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən tərəf saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itinniş tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

8. Müqavilənin müddəti 8.1. Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən tərəflər üçün məcburi xarakter daşıyır. Saziş tam imzalandığı gündən və ya müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən bu sazişin 1.3-cü bəndinə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. Tərəflər bu sazişi mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu saziş 3 (üç) nüsxədə, Azərbaycan dillərində tərtib edilmişdir. Nüsxələrin bir Bakı Kommersiya Məhkəməsinə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə tərəflərdə saxlanılacaqdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar