Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6317/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (“X9 Olmayan Kredit Təşkilatı” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi və dəbbə pulu tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Üçüncü şəxsin iştirakı olmadan, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (“X9 Olmayan Kredit Təşkilatı” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən xx.xx.2023-cü il tarixdə “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı 16005 manat məbləğində sığorta ödənişinin, 6610 manat məbləğində dəbbə pulunun, həmçinin 157.84 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanılmış 01LİZ056022 saylı, 31 oktyabr 2022-ci il tarixli lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni istifadəsindədir. Qeyd edilən avtomobil həmçinin Cavabdeh Sığorta Şirkəti ASC ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, **********4 saylı sığorta şəhadətnaməsi üzrə xx.xx.2025-ci il tarixədək tam şəkildə sığortalanmışdır. Sözügedən şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölmünün 5ci bəndinə əsasən o hazırkı münasibətlər üzrə sığorta olunan hesab edilir. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni sahibliyində olan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə X7 ərazisində yol nəqliyyat vasitəsi baş vermişdir. Nəticədə avtomobil qaz boru kəmərinə çırpılmış və aşmış, xoşbəxtlikdən avtomobildə olan heç bir sərnişin xəsarət almamışdır. Hazırda AR "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ME 00092/23 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəmə 16.005 manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı dərhal Baş Dövlət Yol Polis İdarəsinə və Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edilmişdir. Qeyd edilən qurumların səlahiyyətli nümayəndələri hadisə yerinə gəlmiş və qanun çərçivəsində nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmişlər. Lakin bir müddət sonra Cavabdeh Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-yə göndərdiyi 17 mart 2023-cü il tarixli, O-AP-2023 0346 saylı məktubdan aydın olmuşdur ki, sığorta təşkilatı baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi hesab etmir və sığorta ödənişinin ödənilməsindən imtina edir. İmtinanın əsası ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC aşağıdakı formada izah verir: “Hadisənin araşdırılması zamanı 02.11.22-ci il tarixdə bağlanılan könüllü sığorta növü üzrə **********4 saylı sığorta müqaviləsi bağlanan zaman avtomobilin mülkiyyətçisi "xxxx" MMC olması aşkarlanmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədə avtomobili X2 yanında yəni, İddiaçı yanında idarə etməsi aşkarlanmışdır. Məlumat üçün bildirmək istəyirik ki, könüllü sığorta növü üzrə **********4 saylı sığorta müqavilənin "Səlahiyyətləndirilmiş sürücülər" bölməsində səlahiyyətləndirilmiş sürücünün anlayışı verilmişdir. Belə ki, sığorta müqaviləsinə əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, avtomobilin sahibi olan fiziki şəxs va ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə va ya yol vərəqi) əsasında idarə edən istənilən şəxs başa düşülür. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilən etibarnamə əsasında avtomobili qanununvericiliyinin tələbinə əsasən səlahiyyətləndirilmiş sürücü kimi İddiaçı tanınmışdır. Məlumunuz olduğu kimi, Cavabdeh Sığorta Şirkəti ASC 30 yanvar 2009-cu il tarixli "Avtonəqliyyat vasitələrinin könüllü sığorta" qaydalarının 21-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin bu Qaydalara əsasən Səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi sığorta təminatında məhdudiyyətlər siyahısında olduğundan imtina əsasıdır. Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, həmin qaydalara əsasən səlahiyyətləndirilmiş sürücü dedikdə, sığorta müqaviləsində göstərilmiş va ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs başa düşülür. Beləliklə, hadisənin baş verdiyi vaxtda sığortalı avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü tərəfindən idarə edilmədiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci və "Avtonəqliyyat vasitələrinin könüllü sığortası" qaydalarının 38.1.7-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir va "xxxx" Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitənizə dəyən zərərlə bağlı sığorta ödənişi etmək öhdəliyi yaranmır və sığorta ödənişin ödənilməsindən imtina edir. Göründüyü kimi verilən imtina məktubunun əsası özü-özlüyündə əksinə sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni sahibliyində olan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaxın qohumu X5 idarə etmişdir. Lakin hadisə zamanı onun yanında sərnişin oturacağında olmuşdur. Buna səbəb isə həmin gecə alkoqol içki qəbul etdiyimnən ümumiyyətlə sükan arxasına oturmamağı olmuşdur. Şikayətinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən də açıq-aşkar göründüyü kimi, nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cəmiyyət avtomobili idarə etmək səlahiyyətini ona, həmçinin özünü pis hiss etdiyi və ya alkoqollu içki qəbul etdiyi halda sürücülük vəsiqəsi olan istənilən digər şəxsə etibar etmişdir. Göründüyü kimi "xxxx" MMC tərəfindən verilmiş etibarnamə X4 nəqliyyat vasitəsini idarə etməyə tam hüquq verir. Bundan əlavə nəqliyyat vasitəsini idarə edən Nəsib Əliyev barəsində Xəzər rayon DYPŞ tərəfindən İXM 327.1-ci maddəsinin (əks zolağa çıxmadan manevr etmə qaydalarının pozulması) tələblərini pozduğuna görə inzibati tənbehin tətbiq edilməsi barədə TP ******* saylı qərar qəbul edilmişdir. Sözügedən cərimə ilə bağlı qərar bir daha sübuta yetirir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qanunvericiliyin yalnız bir tələbi pozulub ki, o da manevr etmə qaydasıdır. Əgər hətta qeyd etdiyi etibarnamə əsasında Nəsib Əliyev nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətli olmasa idi o, həmçinin AR İXM-nin 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Halbuki qanunvericiliyin bu maddəsi birbaşa qeyd edir ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə sürücü qırx manat məbləğində cərimə edilir. Hətta maddənin qeyd hissəsində bildirilir ki, bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Beləliklə, göründüyü kimi Cavabdeh Sığorta Şirkəti ASC-nin 30 yanvar 2009-cu il tarixli "Avtonəqliyyat vasitələrinin könüllü sığorta" qaydalarının 21.6-cı maddəsinin tələbləri pozulmamışdır. Həmin qaydaların anlayışlar hissəsində nəzərdə tutulan səlahiyyətləndirilmiş sürücü olan Nəsib Əliyev etibarnamədə birbaşa qeyd edildiyindən, hətta qeyd edilməzsə belə onun həmin avtomobildə onun yanında olduğundan, Nəsib Əliyevin qanunvericiliyə uyğun olaraq müvafiq avtonəqliyyat vasitəsini idarə etmək hüquna malik olduğu təkrar olaraq öz təsdiqini tapır. Hadisə baş verdiyi tarixdən bugünədək dəfələrlə tərəfindən cavabdeh sığorta təşkilatı ilə danışıqlar aparılsa da, təəssüf ki, bu bir nəticə vermir. Aidiyyəti orqanlara etdiyi şikayətlər əsasında Cavabdeh Sığorta Şirkəti ASC hər dəfə yeni əsaslar gətirərək qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Bu səbəbdən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Sığorta ŞirkətiASC tərəfindən imtina məktubunun "xxxx" MMC-yə 17 mart 2023-cü il tarixdə təqdim edildiyini nəzərə alınsa sadə riyazi hesablama əsasında cavabdehin əlavə olaraq ona 413 gün gecikməyə görə 6610 manat məbləğində dəbbə pulu ödəməli olduğunu müəyyən edilir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Sığorta Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsinə dair” e-2-2(113)-6317/2024 saylı mülki iş məhkəmənin icraatıdadır. İddiaçının cavabdehə qarşı sığorta ödənişi tələbi əsassızdır və təmin edilə bilməz. Sığortalı “City Finance" BOKT MMC-yə məxsus “Kia Optima” markalı, 7AG115 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində **********4 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin könüllü sığortası növü (kasko) üzrə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İşin təfərrüatlarına əsasən, xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış nəqliyyat vasitəsinə zərər dəymişdir. Sığortaçı Cavabdeh SŞ ASC və "xxxx" BOKT MMC arasında bağlanan avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsinin **********4 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. Həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" Bokt MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun nəqliyyat vasitəsini əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. İddia sığorta müqaviləsi üzrə sığortalının hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda- sığorta müqaviləsi üzrə sığortaçıdan tələb hüququ) yaranmamışdır. İddiaçı subyektiv hüquqa malik olmadığı üçün prosessual qənaət prinsipi baxımndan onun irəli sürdüyü dəlillər araşdırılmamalıdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta olunan, səlahiyyətləndirilmiş sürücü kimi yalnız İddiaçı göstərilmiş və sığortaçı tərəfindən tanınmışdır. Səlahiyyətləndirilmiş sürücü dedikdə sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəzərdə tutulur. Göründüyü kimi hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığortaçı tərəfindən hadisə baş verən vaxtadək tanınmadığına, qeyri-müəyyən olduğuna və tərəflər arasında bağlanan sığorta müqaviləsində adı qeyd olunmadığına görə səlahiyyətləndirilmiş sürücü hesab edilmir. Sığorta müqaviləsinə əsasən sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququna yalnız İddiaçı malikdir. İddia ərizəsinə əlavə edilən, sığortalı tərəfindən iddiaçıya verilən etibarnamədə də nəqliyyat vasitəsinin idarə edilməsi yalnız İddiaçı etibar edilmişdir. Bu etibarnamə yalnız İddiaçı səlahiyyətləndirilmiş sürücü olduğunu təsdiq edir. Lakin baxılan halda, sığorta ödənişi həmin etibarnamə əsasında deyil, sığorta müqaviləsində qeyd olunanlara əsasən verilən kompensasiya ödənişidir və sığorta müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə isə sığorta olunan və sürücü kimi İddiaçı tanınmışdır. Etibarnamə üzrə səlahiyyətin digər şəxsə verilməsi sürücünün müəyyən hallarda inzibati məsuliyyətə cəlb edilməsini aradan qaldırmaq məqsədi güdmüşdür. Həmçinin, həmin etibarnamə ilə iddiaçıya sahiblik hüququ deyil istifadə hüququ verilmiş və qüvvədə olma müddəti 1 ay göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı müqavilə üzrə nə sığortalanan, nə də ki, faydalanan şəxs olmadığı üçün iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. İddiaçı isə sadəcə səlahiyyətləndirilmiş sürücü kimi göstərilmişdir və nəqliyyat vasitəsi səlahiyyətləndirilmiş şəxs tərəfindən idarə olunmadığına görə iddiaçı bu cür iddia ilə müraciət edə bilməz. Çünki müqavilə üzrə yalnız səlahiyyətləndirilmiş sürücünün törətdiyi qəzalara görə sığorta təminatı verilir. Lakin hazırki halda avtomobil müqavilə üzrə sığortaçı tərəfindən tanınmayan şəxs tərəfindən idarə olunduğuna görə bu hadisəni cavabdeh sığorta hadisəsi kimi tanımır və sığorta ödənişin edilməsindən imtina edir.
5. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
7. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Lizinq alan - İddiaçı ilə Lizinq verən - "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 01LZİZ056022 saylı lizinq müqaviləsinə əsasən KİA Optima Sedan 2014 nəqliyyat vasitəsi lizinqə verilmişdir.
9. xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi üzrə sığortalı və faydalan şəxs kimi "xxxx" BOKT MMC tanınmış və şəhadətnamə müddəti xx.xx.2022-ci ildən xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmişdir. Şəhadətnamənin əlavə şərtlər və təminatlar bölməsində nəqliyyat vasitəsinin icarəyə verilməsi zamanı baş vermiş hadisələrə təminat verilmədiyi və şəhadətnamə üzrə İddiaçı sığorta olunan hesab olunduğu qeyd olunmuşdur.
10. 28.02.2023-cü il tarixli “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təyin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması il əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP5594892 sayl qərara əsasən X5 tərəfindən Binə atçılıqmasssivi ərazisində KİA Optima minik markalı, 77AG115 DQN nəqliyyat vasitəsi idarə edilərkən Azərbaycan Respublikası İXM 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd olunmuş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
11. "xxxx" BOK MMC-nin xx.xx.2023-cü il tarixli etibarnaməsinə əsasən İddiaçı nəqliyyat vasitəsinin idarə edilməsi üzrə səlahiyyətlər xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə və xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərinə kimi verilmişdir.
12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
13. Belə ki, iddiaçı bildirir ki, "xxxx" MMC arasında bağlanılmış 01LİZ056022 saylı, 31 oktyabr 2022-ci il tarixli lizinq müqaviləsinə əsasən “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının qanuni istifadəsindədir. Qeyd edilən avtomobil həmçinin Cavabdeh Sığorta Şirkəti ASC ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, **********4 saylı sığorta şəhadətnaməsi üzrə xx.xx.2025-ci il tarixədək tam şəkildə sığortalanmışdır. Sözügedən şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölmünün 5-ci bəndinə əsasən o hazırkı münasibətlər üzrə sığorta olunan hesab edilir. Belə ki, xx.xx.2023-cü il tarixdə qanuni sahibliyində olan “Kia Optima” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə X7 ərazisində yol nəqliyyat vasitəsi baş vermişdir. Nəticədə avtomobil qaz boru kəmərinə çırpılmış və aşmış. Hazırda AR "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ME 00092/23 saylı ekspert rəyinə əsasən nəqliyyat vasitəmə 16.005 manat məbləğində ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı dərhal Baş Dövlət Yol Polis İdarəsinə və Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edilmişdir. Qeyd edilən qurumların səlahiyyətli nümayəndələri hadisə yerinə gəlmiş və qanun çərçivəsində nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmişlər. Lakin bir müddət sonra Cavabdeh Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMCyə göndərdiyi 17 mart 2023-cü il tarixli, O-AP-2023 0346 saylı məktubdan aydın olmuşdur ki, sığorta təşkilatı baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi hesab etmir və sığorta ödənişinin ödənilməsindən imtina edir.
14. Hal-hazırda iddiaçı həmin imtinanı məhkəmədə mübahisələndirmişdir.
15. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. Həmin Məcəllənin 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir.
21. Həmin Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
22. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
23. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Məhkəmə qeyd edir ki, Sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və Sığortalı "xxxx" BOKT MMC arasında bağlanmış avtonəqliyyat vasitələrinin könüllü sığorta müqaviləsi üzrə **********4 saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı və faydalanan şəxs qismində "xxxx" BOKT MMC göstərilmişdir. Həmin şəhadətnamə üzrə sığortalı və faydalanan şəxs qismində "xxxx" Bokt MMC göstərildiyi üçün hazırkı mübahisə üzrə iddiaçı sığorta ödənişini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
25. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun nəqliyyat vasitəsini əldə edəcək başqa şəxsə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır.
26. İddia sığorta müqaviləsi üzrə sığortalının hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda- sığorta müqaviləsi üzrə sığortaçıdan tələb hüququ) yaranmamışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta olunan, səlahiyyətləndirilmiş sürücü kimi yalnız İddiaçı göstərilmiş və sığortaçı tərəfindən tanınmışdır. Səlahiyyətləndirilmiş sürücü dedikdə sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəzərdə tutulur.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ərizəsinin irəli sürməsi üçün sübyektiv hüququ olmadığı üçün iddia tələbi rədd edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
30. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
31. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova