Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6337/2022 15.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMM-nin nümayəndəsi vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı MMM-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65799 manat qalıq borc, 6579,9 manat məbləğində cərimə olmaqla, cəmi 72378,90 manat məbləğində pul vəsaitinin, 401 manat mediasiya xərcinin tutularaq, İddiaçı MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış 30/AS/2021 saylı, xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, cavabdehə ümumi dəyəri 83728 manat məbləğində olan “Vydate L”, “Fufanon”, “Coragen” adlarında mallar satılmışdır (müqaviləyə əlavə nömrə 1). Müqavilənin ödəniş şərtlərinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək həmin məbləğin 43728 manat hissəsini, xx.xx.2022-ci il tarixədək isə 40000 manat hissəsini ödəməli idi. Lakin Ə. Mustafayev tərəfindən cəmi 14941 manat ödənilmişdir və ümumi dəyəri 2988 manat olan mal geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixə qalıq borcu 65799 manat təşkil etmişdir. Müqavilənin 5.2 bəndində nəzərdə tutulan cərimə hissəsi isə 01 aprel- 20 sentyabr 2022-ci il dövrü üçün hesabladıqda 11383,22 ((65799 x 0,1%) x173 gün) manat təşkil edir. Lakin cərimənin ümumi məbləğinin borcun 10%-dən artıq olmaması şərtinə görə hesablanmış cərimə 6579,9 manat təşkil edir. Yuxarıdakı cədvəldə Cavabdeh 17 noyabr 2021-ci il tarixli, 30/AS/2021 nömrəli müqavilə üzrə borcunun hesablanması qaydası göstərilmişdir. Beləliklə 30/AS/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli müqavilə üzrə 20 sentyabr 2022ci il tarixə cavabdehin ümumi borcu 72378,9 manat təşkil edir Məhkəmə iclasında iştirak edən İddiaçı MMM-nin nümayəndəsi vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən Cavabdeh izahatında iddianı əsas borc hissədə qəbul etdiyini, cərimə ilə isə razılaşmadığını bildirərək, cərimə hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 30/AS/2021 nömrəli İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin predmetini Cavabdeh müntəzəm sifarişlərinə uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavələrdə göstərilən malların İddiaçı MMC tərəfindən Cavabdeh mülkiyyətinə verilməsini, Cavabdeh tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 5.2-ci bəndinə əsasən Cavabdeh aldığı malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 %-i məbləğində (ümumi dəyərin 10 %-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. xx.xx.2021-ci il tarixli, 30/AS/2021 nömrəli İddiaçı MMM ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, ümumi dəyəri 83728 manat məbləğində olan mallar cavabdehə satılmalı və cavabdeh isə malların dəyərini xx.xx.2022-ci il tarixədək 43728 manat, xx.xx.2022-ci il tarixədək isə 40000 manat olmaqla tam şəkildə ödəməlidir. 18 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, alqı-satqı müqaviləsinə 1 nömrəli əlavədə nəzərdə tutulmuş mallar Cavabdeh təhvil verilmişdir. 02 fevral 2022-ci il tarixli malların qaytarılması aktından görünür ki, Cavabdeh tərəfindən ümumi dəyəri 2988 manat məbləğində olan mallar iddiaçıya geri qaytarılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 83728 manat məbləğində mal almış, 31 mart 2022-ci il tarixə kimi həmin məbləğdən 14941 manat ödəmiş, eyni zamanda 2988 manat məbləğində olan malı iddiaçıya geri qaytarılmış, 65799 manat məbləğində borc qalmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 401 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMM ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə 65799 manat məbləğində borcunu ödəməmişdir. Məhkəmə qeyd olunları nəzərə alaraq hesab edir ki, iddia 65799 manat əsas borc və 401 manat mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 701 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 65799 manat əsas borc və 701 manat cərimə cəmi 66500 manat, həmçinin 401 manat mediasiya xərci tutularaq İddiaçı MMM-ə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 65799 manat əsas borc və 701 manat cərimə cəmi 66500 manat, həmçinin 401 manat mediasiya xərci tutularaq İddiaçı MMM-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6337/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6337/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver