Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-634/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-dən 08 may 2023-cü il tarixli, SPARK-051/2023 saylı alqı-satqı müqaviləsi üzrə 227234,92 (iki yüz iyirmi yeddi min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat əsas borc, 32000 cərimə, 550 (beş yüz əllialtı) manat dövlət rüsumu olmaqla, ümumilikdə 259784,92 (iki yüz əlli doqquz min yeddi yüz səksən dörd manat doxsan iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı ********** VÖEN ilə dövlət qeydiyyatına alınmış İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, məhkəmə prosesi dövründə cavabdeh tərəfindən ödəniş olunduğunu və hal-hazırda cavabdehin ƏDV daxil 117234,92 manat məbləğində borcunun qaldığı bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 28 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 32000 (otuz iki min) manat cəriməni, 550 (beş yüz əlli) manat dövlət rüsumunu cavabdehə güzəşt edir.
2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən qismən ödəniş olunduğundan bu barışıq sazişi imzalan tarixdə cavabdehin iddiaçıya borcu ƏDV daxil 117234,92 (bir yüz on yeddi min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat təşkil edir.
3. Cavabdeh bu sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 3 ay ərzində hər ay 39078,30 (otuz doqquz min yetmiş səkkiz manat otuz qəpik) manat olmaqla ödəyir.
4. Cavabdeh tərəfindən sazişin 2-ci bəndində qeyd edilən məbləğin 3-cü bənddə qeyd edilən vaxtda və qaydada ödənilməməsi sazişin icra edilməməsi sayılır və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
7. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 32000 (otuz iki min) manat cəriməni, 550 (beş yüz əlli) manat dövlət rüsumunu cavabdehə güzəşt edir.
2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən qismən ödəniş olunduğundan bu barışıq sazişi imzalanan tarixdə cavabdehin iddiaçıya borcu ƏDV daxil 117234,92 (bir yüz on yeddi min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat təşkil edir.
3. Cavabdeh bu sazişin 2-ci bəndində qeyd edilən məbləği saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu tarixdən 3 ay ərzində hər ay 39078,30 (otuz doqquz min yetmiş səkkiz manat otuz qəpik) manat olmaqla ödəyir.
4. Cavabdeh tərəfindən sazişin 2-ci bəndində qeyd edilən məbləğin 3-cü bənddə qeyd edilən vaxtda və qaydada ödənilməməsi sazişin icra edilməməsi sayılır və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.
5. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
7. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova