Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-635/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-dən aldığı malın dəyəri olan 7805 manatın, 2952 faiz borcunun, 600 manat vəkil qonorarı xərcinin və ödənilmiş 161 manat dövlət rüsumunun, ümumilikdə 11518 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 avqust 2023-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh QSC arasında 0108/23 nömrəli beton məhsulunun alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtinə əsasən tərəflər razılaşmışlar ki, satıcı olan İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı olan Cavabdeh QSC tərəfindən verilmiş spesifikasiyalara (əlavə 2) uyğun olaraq “Alıcı”nın tikinti obyektlərini beton qarışığı ilə təchiz etməsini öz öhdəsinə götürür, “Alıcı” isə öz növbəsində “Satıcı” tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməsini və dəyərini Razılaşma Protokolunda (Əlavə 1) göstərilən qiymətlərə əsasən 5 iş günü ərzində ödənilməsini öz öhdəsinə götürür. 02-03 avqust 2023-cü il tarixlərində müqavilə şərtinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh QSC-nin obyektinə hər kubu 223 manatdan olmaqla ümumikdə 7805 manat (ƏDV xaric) dəyərində 35 kub beton məhsulu göndərilmiş və alıcı tərəfindən həmin beton məhsulu tam həcmdə qəbul edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. 22 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh QSC-yə alınmış beton məhsulunun dəyərinin ödənilməsi ilə bağlı EBDO seriyaıl 885346 nömrəli və EBDO seriyah 885750 nömrəli elektron qaimə-fakturalar göndərilmiş, lakin bü günədək alıcı tərəfindən məhsulun dəyəri ödənilməmişdir. Bundan başqa qeyd edilən alqısatqı müqaviləsinin 6.3-cü bəndinə əsasən Alıcı bu müqavilənın 6.1-ci bəndində göstərilmiş müddətdə malın dəyərini ödəmədiyi halda Satıcıya hər gecikdirilmiş gün üçün hesab fakturada göstərilmiş məbləğinin 0,1% məbləğində cərimə pulu ödəməlidir. Bununla da alıcı olan Cavabdeh QSC tərəfindən malın dəyərinin ödənilməsi 3-8 gün gecikdirilmişdir. Bu isə 2952 manat təşkil edir. 14 mart 2024-cü il tarixdə satıcı olan İddiaçı MMC tərəfindən alıcı olan Cavabdeh QSC-yə alınmış məhsulun dəyərinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq QSC şifahı olaraq alınan malın dəyərini ödəyəcəyini vəd versə də, bunu etməmişdir. Bundan başqa 16 avqust 2024-cü il tarixdə İddiaçı MMC tərəfindən alıcı elan Cavabdeh QSC-yə alınmış məhsulun dəyərinin ödənilməsi ilə bağlı təkrar pretenziya məktubu göndərilmişdır. Lakin bu zaman nə malın dəyəri ödənilmiş, nə də ki, cavab verilməmişdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425, 430.1, 442, 445.3, 449.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçı MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC tərəfindən 7805 manat borcun ödənildiyini bildirmiş, buna görə də cavabdehdən 2952 faiz borcunun, 600 manat vəkil qonorarı xərcinin və ödənilmiş 161 manat dövlət rüsumunun, ümumilikdə 3713 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etmiş, sadəcə borcdan əsas məbləğin ödənildiyini, qalan məbləği tələb etdiklərini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə ilə əlaqə saxlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı "xxxx" MMC ilə Alıcı Cavabdeh QSC arasında bağlanmış 0108/23 nömrəli xx.xx.2023-cü il tarixli beton məhsulunun alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı tərəfindən verilmiş spesifikasiyalara (əlavə 2) uyğun olaraq alıcının tikinti obyektlərini beton qarışığı ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməsini və dəyərini Razılaşma Protokolunda (Əlavə 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. 6.2-ci bəndinə əsasən alıcı sifarişçidən aldığı malın dəyərini hesab-faktura təqdim olunan gündən beş iş günü ərzində ödəməlidir. 6.3-cü bəndinə əsasən alıcı bu müqavilənın 6.1-ci bəndində göstərilmiş müddətdə malın dəyərini ödəmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün hesab fakturada göstərilmiş məbləğinin 0,1% məbləğində cərimə pulu ödəməlidir. 0108/23 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı Əlavə olan xx.xx.2023-cü il tarixli X1 əsasən müxtəlif məhsulların (beton marka 200, pompa) ümumi dəyəri ƏDV-siz 1033 manat təşkil edir. EBDO seriyalı 885750 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3683,96 manat, EBDO seriyalı 885346 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5525,94 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il İB**********_568162_241115 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri 5 Saylı Vəkil Börosuna 600 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə 7805 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 85 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə beton məhsulunu təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməyərək təhvil verilmiş beton məhsulunun dəyərini müəyyən olunmuş müddətdə ödəməmiş, yalnız iddiaçı məhkəməyə müraciət etdikdən sonra aldığı malların dəyərini ödəmişdir. Buna görə də iddiaçı həmin hissədə iddia tələbinin həcmini azaltmışdır. Hazırda iddiaçı cavabdehdən 2952 manat cərimə məbləğinin tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 0108/23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 6.1-ci bəndində ödənişin gecikdirildiyi təqdirdə gecikmə faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 390 manat müəyyən olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 600 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 161 manat dövlət rüsumunun 102 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 0108/23 nömrəli xx.xx.2023-cü il tarixli beton məhsulunun alqısatqı müqaviləsinə əsasən 390 (üç yüz doxsan) manat dəbbə pulu, habelə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manatın və ödənilmiş dövlət rüsumunun 102 (bir yüz iki) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-635/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-635/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver