Məhkəmə qərarları › İş №e-2-2(113)-6367/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6367/2023

07.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6367/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər olan “X2” MMC və “Aqroinfo” Qəzeti Redaksiyası tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1441,33 manat, dövlət sosial müdafiə fonduna olan 963,85 manat, işsizlikdən sığorta fonduna olan 38,56 manat, icbari tibbi sığorta fonduna olan 157,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icbari tibbi sığorta fonduna 157,16 manat, dövlət büdcəsinə 1441,13 manat məbləğində (o cümlədən, vergilər üzrə 1293,19 manat, faizlər üzrə 107,94 manat, maliyyə sanksiyası üzrə 40 manat), işsizlikdən sığorta fonduna 38,56 manat, dövlət sosial müdafiə fonduna 963,85 manat, “Aqroinfo” Qəzeti Redaksiyasının (VÖEN: **********) dövlət büdcəsinə 0,20 manat məbləğində (o cümlədən, faizlər üzrə 0,20 manat) olmaqla, ümumilikdə 2600,90 manat borcu vardır. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs tələbi qəbul etməyərək izahatında ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 24 noyabr 2023-cü il tarixə vergi ödəyicisi olan hüquqi şəxslər “X2” MMC-nin icbari tibbi sığorta fonduna 157,16 manat, dövlət büdcəsinə 1441,13 manat, işsizlikdən sığorta fonduna 38,56 manat, dövlət sosial müdafiə fonduna 963,85 manat və “Aqroinfo” Qəzeti Redaksiyasının dövlət büdcəsinə 0,20 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar