Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6376/2024 14.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehin nümayəndəsinin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia və iddia ərizəsini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10 may 2023-cü il tarixli 03 nömrəli müqavilə və onun tərkib hissəsi olan 28 noyabr 2023-cü il tarixli 4 saylı X2 üzrə 10,145.05 manat borc, 6,883.69 manat cərimə, 08 dekabr 2023-cü il tarixli 5 saylı X2 üzrə 5,579.04 manat borc, 1,807.61 manat cərimə borc məbləği, hüquqi yardım xərci olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə göndərilməsi ilə bağlı-ödənilmiş 173 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 03 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı (iddiaçı) Alıcıya (cavabdehə) sifarişi əsasında mal-material, avadanlıq satır, Alıcı isə həmin malı qəbul edir, müqavilə ilə razılaşdırılmış qaydada malın, iş (xidmətin) dəyərini iddiaçıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Əlavə Razılaşma ilə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 03 saylı Alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 08 dekabr 2023-cü il tarixli 05 saylı X2 əsasında cavabdehin sifarişi əsasında iddiaçı cəmi dəyəri (ƏDV daxil) 5,579.04 (beş min beş yüz yetmiş doqquz manat dörd qəpik) manat olan PALET YY 06 ÖZEL (2 ədəd), ROTOR KORUMA E03 ÖZEL (16 ədəd), 28 noyabr 2023-cü il tarixli 04 saylı X2 əsasında iddiaçı cəmi dəyəri (ƏDV daxil) 18,995.05 manat olan PALET YY 06 ÖZEL (8 ədəd), ASTAR E04 (75 ədəd), ASTAR E09 (8 ədəd), ASTAR 20x20 (8 ədəd), JOM 109 SABİT çene (1 ədəd) cavabdehin sifarişi əsasında satmış və mal xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Təhvilqəbul Aktı ilə cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən təhvil alınmışdır. Həmin AKT-lardan göründüyü kimi, malın qəbulu zamanı heç bir qüsur aşkarlanmamışdır. Razılaşma Protokolunun 2-ci bəndinə əsasən Alıcı (cavabdeh) aldığı malın dəyərini (ayrı yazılı razılaşma yoxdursa) Razılaşma imzalanan tarixdən ən geci 20 (iyirmi) gün ərzində Satıcının (iddiaçı) təqdim etdiyi elektron qaimə-faktura əsasında Bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin edir. Əlavə Razılaşmada malın dəyərinin ödənişi 20 (iyirmi) gün göstərilmiş, həyata keçirilməmiş, bununla yanaşı müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan ödəniş müddəti ərzində cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh ödənişi 28 noyabr 2023-cü il tarixli 4 saylı X2 üzrə 346 gün gecikdirmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə Alıcı (cavabdeh) malın dəyərinin 0.3% -İ həcmində əlavə ödəniş etməlidir. Cavabdehin 21 may 2024-cü il tarixinə 25 may 2023-cü il tarixli X2 üzrə 7,788.00 manat borcu, 8,083.94 manat cərimə borcu yaranmışdır və borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 403510 №-li elektron qaimə-faktura göndərmiş, lakin cavabdeh ödəməli olduğu borcun köçürülməsini təmin etməmişdir. Bununla yanaşı borcun qaytarılması ilə bağlı müqavilənin 6.1-ci bəndinə əsasən danışıqlar aparılmış, eyni zamanda pretenziya qaydasında ödənilməsini təmin etmək üçün cavabdehə Pretenziya göndərilmişdir. Lakin cavabdeh borcun ödənilməsini təmin etməməkdə davam edir. İddia ərizəsinə əlavə edilən sübutlar malın cavabdeh tərəfindən alındığını təsdiq edir. İddia ərizəsi və ona əlavə edilmiş sübutlara əsasən cavabdehdən 25 may 2023-cü il tarixli 04 nömrəli Alqı-satqı müqaviləsi, onun tərkib hissəsi olan 25 may 2023-cü il tarixli X2 üzrə 7,788.00 manat borc, 8,083.94 manat cərimə borc məbləği, hüquqi yardım xərci olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə göndərilməsi ilə bağlı ödənilmiş 138 manat tutulmalı iddiaçıya ödənilməlidir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, müqavilə üzrə cəmi 15724 manat ƏDV daxil borcun olduğunu bilir. Borcu inkar etmir və ödəmək niyyətindədir, sadəcə bunun üçün iddiaçıdan bir qədər vaxt istəyir. Cərimə məbləğinə isə etiraz edir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı (iddiaçı) Alıcıya (cavabdehə) sifarişi əsasında mal-material, avadanlıq satır, Alıcı isə həmin malı qəbul edir, müqavilə ilə razılaşdırılmış qaydada malın, iş (xidmətin) dəyərini ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Əlavə Razılaşma ilə müəyyən edilir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquqları:
12. Müqavilənin 3.1.1-ci bəndinə əsasən müqavilə və müqaviləyə əlavə razılaşma ilə müəyyən edilmiş qaydada və müddətə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək;
13. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcının vəzifələri:
14. Müqavilənin 3.4.2-ci bəndinə əsasən malın sifariş və əlavə razılaşmada müəyyənləşdirilmiş satış dəyərini ödəmək.
15. Müqavilənin 5.1-ci bəndiə əsasən alıcı sifarişi təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə fakturanə aldıqdan sonra ödənişini müqaviləyə əlavə azılaşmada qeyd edilən məbləğ həcmində elektron qaimə-faktura təqdim edilən ay daxilində köçürmə yolu ilə həyata keçirir.
16. Müqavilənin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər gecikən günə görə alıcı malın dəyərinin 0.2% həcmində əlavə ödəniş etməlidir.
17. xx.xx.2023-cü il tarixli 4 saylı X2na əsasən 18995,05 manat dəyərində mal sifarişi həyata keçirilmiş və razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. Ödəniş vaxtı e-qaimə təqdim edildiyi tarixdən 20 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
18. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 5 fərqli çeşiddə mal təhvil verilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
19. 29.11.2023-cü il tarixli, EBDT783203 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 18995,05 manat dəyərində mal satışına dair elektron qaimə tərtib edilmişdir.
20. xx.xx.2023-cü il tarixli 5 saylı X2na əsasən 5579,04 manat dəyərində mal sifarişi həyata keçirilmiş və razılaşma hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir. Ödəniş vaxtı e-qaimə təqdim edildiyi tarixdən 20 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur.
21. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 2 fərqli çeşiddə mal təhvil verilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
22. xx.xx.2023-cü il tarixli, EBDU316055 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 5579,04 manat dəyərində mal satışına dair elektron qaimə tərtib edilmişdir.
23. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 4 saylı X2 üzrə 17028,74 manat və 5 saylı X2na əsasən isə 7386,65 manat borcu qaldığı qeyd olunmuşdur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03 saylı alqı-satqı müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı (iddiaçı) Alıcıya (cavabdehə) sifarişi əsasında mal-material, avadanlıq satır, Alıcı isə həmin malı qəbul edir, müqavilə ilə razılaşdırılmış qaydada malın, iş (xidmətin) dəyərini ödəyir və müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Əlavə Razılaşma ilə müəyyən edilir.
30. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktı və cavabdehin nümayəndəsinin izahatı ilə təstiq olunduğu üçün 10145,05 manat və 5579,04 manat borclara dair hissədə iddia tələbi təmin edilməlidir.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya xx.xx.2023-cü il tarixli 04 saylı Əlavə Razılaşma üzrə 10145,05 manat və xx.xx.2023-cü il tarixli 5 saylı X2 üzrə 5579,04 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.
32. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 28 noyabr 2023-cü il tarixli 4 saylı X2 üzrə 6,883.69 manat cərimə, 08 dekabr 2023cü il tarixli 5 saylı X2 üzrə 1807,61 manat cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2023-cü il tarixli 04 saylı Əlavə Razılaşma üzrə 507 manat və xx.xx.2023-cü il tarixli 5 saylı X2 üzrə 279 manat məbləğində müəyyən edilməlidir.
37. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 173 manat dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.
38. Azərbaycan Respublikası MPM-in:
39. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
41. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 140 manat məbləğində pul vəsaiti və 500 manmat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10 may 2023-cü il tarixli 03 nömrəli və onun tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 04 saylı Əlavə Razılaşma üzrə 10145,05 manat əsas borc, 507 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 5 saylı X2 üzrə 5579,04 manat əsas borc və 279 manat dəbbə pulu, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 140 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova