Məhkəmə qərarları › İş №e-2-2(113)-6377/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6377/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6377/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2022-ci il tarixli MAS-5476 saylı lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 16 sentyabr 2022-ci il tarixli MAS-5476 saylı X4nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 iyul 2024-cü il tarixə 1544,13 manat gecikdirilmiş əsas, 557,64 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 453,34 manat dəbbə pulu, cəmi 2555,11 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli MAS-5476 saylı X4nə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X4nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.50% hesablanmaqla 41 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 424,57 manat, ümumilikdə isə 17407 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17407 manatın 13033 manatı əsas məbləğ təşkil edir. 20 yanvar 2023-cü il tarixdə X5, X3 və İddiaçı MMC arasında MAS-5476 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 sentyabr 2022-ci il tarixli MAS-5476 saylı X4 üzrə bütün öhdəlikləri A.Paşayeva öz üzərinə götürmüşdür. 22 noyabr 2023-cü il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-5476 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 16 sentyabr 2022-ci il tarixli MAS-5476 saylı X4 üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. X4 üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5476 saylı X4nə əsasən 30 iyul 2024-cü il tarixə ümumilikdə 2555,11 manat gecikmə borcu yaranmışdır. X4 və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. X4nin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehdən 1866,6 manat əsas borc, 659,74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1178,65 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, 77PK732 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5236,38 manat olmaqla, ümumilikdə 8941,37 manat borc və ödənilmiş 109,4 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, lizinq obyekti olan avtomobil 09 sentyabr 2024-cü il tarixdə şirkətə geri qaytarılmış və “X8” MMC tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5236.38 manat maddi zərər dəymişdir. Qeyd olunanlardan göründüyü kimi, avtomobil şirkətə qaytarıldığı tarixə gecikdirilmiş məbləğin və avtomobilə dəymiş zərərin tələb olunması zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan, qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” - İddiaçı MMC ilə “Lizinq alan” – X5 arasında xx.xx.2022-ci il tarixli, MAS-5476 saylı X4 bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra “lizinq obyekti”) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə müqavilədə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin əsas məbləğini 13033 manat təşkil edir. Bu məbləğə 41 ay müddətində illik 17.5% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. - xx.xx.2022-ci il tarixli müqaviləyə edilən 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, təchiz ediləcək əmlakın ümumi dəyəri 13033 manat təşkil edir. - 16 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “Khazar SD” markalı, 77PK732 dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. - xx.xx.2022-ci il tarixli MAS-5476 nömrəli X4nə 3 saylı Əlavədən məlum olur ki, X5 xx.xx.2026-cı il tarixədək 13033 manat əsas məbləğ, 4374 manat mükafat məbləği olmaqla, ümumilikdə 17407 manatın İddiaçı MMC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Əlavədə qeyd olunmuşdur ki, aylıq ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.3% cərimə hesablanaraq tutulacaqdır. Əlavə tərəflərin imzası ilə təsdiq olunmuşdur. - xx.xx.2023-cü il tarixli MAS-5476 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MAS-5476 saylı X4 üzrə X5 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri X1 ötürür, X3 işə bu öhdəlikləri X2 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinö dair öhdəlik gğtürür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən İddiaçı MMC-nin lizinq müqaviləsinin bütün şərtlərinin öhdəlikləri qəbul edən tərəfindən tam həcmdə və lazımınca icra edilməsinə nəzarət etmək və icranı tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlik qəbul edən öhdəliklərin ötürülməsi müqaviləsi və lizinq müqaviləsinə əsasən bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək öhdəliyini üzərinə götürür. - xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən 16 sentyabr 2022-ci il tarixli təhviltəslim aktı ilə İddiaçı MMC tərəfindən X2 təhvil verilmiş “Khazar SD” markalı, 77PK732 dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən X1 təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. - xx.xx.2023-cü il tarixli MAS-5476 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən İddiaçı MMC, X5 və X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MAS-5476 saylı Öhdəliklərin ötürülməsi müqaviləsi üzrə İddiaçı MMC qarşısında öhdəlik götürən X3 götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürür, Cavabdeh isə bu öhdəlikləri X1 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviuləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən İddiaçı MMC-nin lizinq müqaviləsinin bütün şərtlərinin öhdəlikləri qəbul edən tərəfindən tam həcmdə və lazımınca icra edilməsinə nəzarət etmək və icranı tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlik qəbul edən öhdəliklərin ötürülməsi müqaviləsi və lizinq müqaviləsinə əsasən bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək öhdəliyini üzərinə götürür. - xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə İddiaçı MMC tərəfindən X1 təhvil verilmiş “Khazar SD” markalı, 77PK732 dövlət qeydiyyat nişanlı avtomobil X3 tərəfindən Cavabdeh təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq olunmuşdur. - xx.xx.2024-cü il tarixli, 2110 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı MMC qarşısında xx.xx.2023-cü il tarixli MAS-5476 nömrəli lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 1866,6 manat gecikdirilmiş əsas borc, 659,74 manat mükafat borcu, 1178,99 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 3704,99 manat borcu vardır. - İddiaçı MMC xx.xx.2024-cü il tarixli, 1667 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, gecikdirilmiş borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. - Avto servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, avtomobilə 5236.38 manat maddi zərər dəymişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi və öhdəliklərin ötürülməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, öhdəlikləri vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı hazırkı iddia ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli MAS-5476 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 1866,6 manat əsas borc, 659,74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1178,65 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, 77PK732 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5236,38 manat və ödənilmiş 109,4 manat dövlət rüsumu olmaqla ümumilikdə 9050,77 manat İddiaçı xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 sentyabr 2022-ci il tarixli, MAS-5476 saylı “X4”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 sentyabr 2024-cü il tarixə olan 1866,60 manat gecikdirilmiş əsas borc, 659,74 manat gecikdirilmiş mükafat və 1178,65 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar SD” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5236,38 manat olmaqla, ümumilikdə 8941,37 manat məbləğində pul vəsaiti və ödənilmiş 109,40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar