Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6380/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, D074 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq məbləği üzrə lizinq mükafatı (faiz məbləği) 2710 ABŞ dolları və 3150 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla ümumilikdə 5860 ABŞ dolları məbləğində borcun, 119,62 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, mənzil 58, Yeni qaydalarla; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, D074 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq məbləği üzrə lizinq mükafatı (faiz məbləği) 2710 ABŞ dolları və 3150 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla ümumilikdə 5860 ABŞ dolları məbləğində borcun, 119,62 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, mənzil 58, Yeni qaydalarla; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə və həmin normanın qeyd olunan şərtlərinə əməl etmədən bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh 29 iyul 2021-ci il tarixli, D074 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədən məhkəməyə verildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2021-ci il tarixli, D074 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq məbləği üzrə lizinq mükafatı (faiz məbləği) 2710 ABŞ dolları və 3150 ABŞ dolları məbləğində hesablanmış cərimə olmaqla ümumilikdə 5860 ABŞ dolları məbləğində borcun, 119,62 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, mənzil 58, Yeni qaydalarla; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanındakı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6380/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6380/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver